QALAKTİKA
Ulduzlara doğru!

Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediləcək və orada fəaliyyət göstərən elmi işçilərin təqdimatında iştirakçılarımız geniş məlumat alacaq və teleskoplar haqqında, meteoritlər, planetlər və ulduzlar barədə geniş məlumat əldə edəcəklər.

Ulduzlara birgə səyahət edək!

“Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyi 2023-cü ilin sentyabr ayının 8-9-10 tarixlərində təhsil proqramının bir hissəsi olaraq Şamaxı rayonunun dilbər guşələrinin birində zəngin proqramı olan "Qalaktika" adlı düşərgə təşkil edir.

Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediləcək və orada fəaliyyət göstərən elmi işçilərin təqdimatında iştirakçılarımız geniş məlumat alacaq və teleskoplar haqqında, meteoritlər, planetlər və ulduzlar barədə geniş məlumat əldə edəcəklər. Əyləncəli və öyrədici düşərgəmizin məqsədi uşaqların fiziki, intellektual, sosial, psixoloji və emosional inkişafını dəstəkləməkdir. 7 yaşdan 17 yaşadək uşaqlar iki qrup üzrə tədris prosesinə cəlb ediləcəkdir. 

Qiymət tablosu

Qiymət planları

Qiymətə komfortlu nəqliyyat, yaşam, qidalanma, təlimlər və bütün xərclər daxildir. 

STANDART PAKET

₼‎ 139 / 1 uşaq
  • 01 sentyabr - 7 sentyabr qeydiyyatdan keçdikdə

AİLƏ PAKETİ - 2

₼‎ 360 / 3 uşaq
  • Bir ailədən 3 uşaq qeydiyyatdan keçdiyi təqdirdə

ENDİRİMLİ PLAKET

₼‎ 125 / 1 uşaq
  • 22 avqust - 31 avqust qeydiyyatdan keçdikdə

AİLƏ PAKETİ - 1

₼‎ 250 / 2 uşaq
  • Bir ailədən 2 uşaq qeydiyyatdan keçdiyi təqdirdə
Düşərgəmiznin

İNFORMASİYA Paketi

BİZƏ LAZIM OLACAQ LƏVAZİMATLAR

Təlimlər villa tipli ev şəraitində keçirilcək. İstəyənlər üçün çadır da təşkil ediləcəkdir. Düşərgəyə gələrkən özünüzlə qeyd olunmuş ləvazimatları götürmək məsləhət görülür.

Ləvazimatların adlı siyahısı:

  1. Möhkəm ayaqqabı – ket – krassovka: düşərgədə keçiriləcək aktivitilər, oyunlar və yürüş zamanı lazım olacaq.
  2. İsti paltar: Düşərgə zamanı gecələr soyuq keçə bilər deyə əlavə uzunqol köynək-sviter və kurtka lazım olacaqdır.
  3. Yemək  üçün  ləvazimat  (dəmir  qab  və  fincan,  çəngəl,  qaşıq,  bıçaq): qabların sınmaması və uzunömürlü olması üçün dəmirdən ya da möhkəm plasmasdan olması məsləhətdir.
  4. Dəyişik paltar (alt, üst): düşərgənin müddəti 3 gün olduğu üçün dəyişik şalvar və köynəklərin olması lazımdır.
  5. Möhkəm rükzak: şəxsi ləvazimatların daşınması üçün və düşərgə zamanı saxlanılması üçün istifadə olunacaqdır.
  6. Şəxsi gigiyenik ləvazimatlar: şampun, sabun, dəsmal, diş pastası və fırçası nəzərdə tutulur.
  7. Fanar: gecə vaxtı çadırı tərk edərkən və gecə proqramları zamanı istifadəsi lazım olacaqdır.
  8. Yataq kisəsi və ya adyal

Yola düşmə məkanı Gənclik metro stansiyasının “Atatürk” parkı tərəfdən çıxışının yanıdır.
Çıxış vaxtı 8 sentyabr 2023-cü il, saat 09:00-dır. İştirakçılar saat 08:40-dək düşərgə avtobuslarına minməlidir.

Düşərgəyə qeydiyyat ərizəsi

PEARL CAMP (#3)