Evdə öyrənmə Siyasəti

1. Məqsəd

1.1. Forest Education Azerbaijan evdə öyrənməni (home learning) ləpirçilərin təbiətdə keçirilən qeyri-formal təhsil sessiyalarında qazandıqları bilik və bacarıqları möhkəmləndirən, ailə ilə birlik arasında əməkdaşlığı gücləndirən vacib bir təlim komponenti kimi qəbul edir.

1.2. Bu siyasətin məqsədləri:

  • sessiyalarda öyrənilən bacarıqları evdə qısa tapşırıqlar vasitəsilə möhkəmləndirmək və genişləndirmək;

  • evdə müsbət öyrənmə vərdişləri formalaşdırmaq;

  • ləpirçilərdə vaxtın idarə edilməsi, məsuliyyət və öyrənməyə sahiblik hissini inkişaf etdirmək;

  • yaş artdıqca müstəqillik səviyyəsini artırmaq;

  • valideyn–FEA əməkdaşlığını gücləndirmək və davamlı ünsiyyət yaratmaq;

  • təbiətə bağlılıq, müşahidə, araşdırma və refleksiya vərdişlərini gündəlik həyata inteqrasiya etmək.

2. Əsas yanaşma

2.1. FEA üçün evdə öyrənmə “çox tapşırıq” demək deyil. Tapşırıqlar:

  • qısa, real və tətbiq oluna bilən;

  • yaşa uyğun;

  • sessiyalarda görülən fəaliyyətlərlə əlaqəli;

  • ailə daxilində münasibətləri yormayan;

  • motivasiya və maraq yaradan formatda planlaşdırılır.

2.2. Evin resursları nəzərə alınır: tapşırıqlar üçün bahalı materiallar tələb edilmir. Məqsəd “sistemli vərdiş” və “davamlı öyrənmə”dir.

3. Evdə öyrənmənin məqsədyönlü nəticələri

3.1. Evdə öyrənmə ləpirçilərdə aşağıdakıları inkişaf etdirməyə xidmət edir:

  • müşahidə və diqqət bacarığı;

  • təbiət hadisələrini anlama və səbəb-nəticə əlaqəsi qurmaq;

  • kiçik tapşırıqları tamamlamaq, özünü təşkil etmək;

  • dil bacarıqları (danışmaq, yazmaq, ifadə etmək);

  • yaradıcılıq və problem həll etmə;

  • ailə ilə ünsiyyət və birlikdə fəaliyyət mədəniyyəti.

4. Tapşırıqların növləri

4.1. Evdə öyrənmə tapşırıqları əsasən aşağıdakı formatlarda ola bilər:

  • Oxu və paylaşım: təbiət, heyvanlar, ekoloji davranış, təhlükəsizlik mövzularında yaşa uyğun mətnlər;

  • Müşahidə gündəliyi: hava, bitkilər, quşlar, izlər, su dövranı, mövsüm dəyişiklikləri;

  • Praktik mini-tapşırıq: 5–10 dəqiqəlik fəaliyyət (məs: yarpaq formalarını müqayisə et, 3 fərqi yaz/danış);

  • Refleksiya sualları: sessiyadan sonra “Nə öyrəndim? Nə maraqlı oldu? Nəyi dəyişmək istərdim?”;

  • Ailə ilə birgə fəaliyyət: qısa təbiət gəzintisi, tullantıların çeşidlənməsi, “iz buraxmamaq” mövzusu;

  • Kiçik yaradıcı iş: rəsmlər, kollaj, xəritə, foto-hekayə (razılıq çərçivəsində).

5. Oxu vərdişi və “Təbiət oxusu” proqramı

5.1. FEA oxunu gələcək uğurun əsas göstəricilərindən biri kimi qəbul edir və ləpirçilərdə oxu vərdişini gücləndirməyi hədəfləyir.

5.2. FEA-nın evdə oxu yanaşması iki hissədən ibarətdir:

  • Mətn oxu: yaşa uyğun hekayə və məlumat mətnləri;

  • Təbiəti oxuma: təbiətdə gördüyünü təsvir etmək, fərqləndirmək, sual vermək və nəticə çıxarma.

6. Yaş qrupları üzrə minimum gözləntilər

6.1. 6–8 yaş (başlanğıc səviyyə)

  • həftə ərzində ən azı 4 gün, gündə 5–10 dəqiqə oxu və ya oxunu paylaşma;

  • oxu sonrası 1–2 sual: “Nə baş verdi?”, “Sən olsaydın nə edərdin?”;

  • tapşırıq böyüyün dəstəyi ilə icra olunur.

6.2. 9–12 yaş (orta səviyyə)

  • həftə ərzində ən azı 5 gün, gündə 10–15 dəqiqə oxu/müşahidə;

  • qısa qeyd: 1–2 cümlə və ya 3 bəndlik fikir;

  • tapşırıqların daha çox hissəsi müstəqil yerinə yetirilir.

6.3. 13+ (yuxarı səviyyə)

  • həftə ərzində ən azı 5 gün, gündə 15–20 dəqiqə oxu və refleksiya;

  • 2–4 cümləlik refleksiya və ya “təbiət müşahidəsi qeydi”;

  • müstəqil icra əsas prinsipdir.

7. Evdə öyrənmənin qeydiyyatı və geri-bildirim

7.1. FEA evdə öyrənmə üçün “ləpirçi gündəliyi” və ya “qısa qeyd kartı” formatından istifadə edə bilər (kağız və ya elektron).

7.2. Qeydiyyatın məqsədi nəzarət yox, öyrənmə vərdişinin formalaşdırılmasıdır. Qısa qeyd kifayətdir:

  • oxunan mətnin adı və ya mövzusu;

  • 1 cümlə hiss/təsvir;

  • 1 sual və ya yeni öyrənilən anlayış.

7.3. Öyrədənlər fəaliyyətlər zamanı ümumi tendensiyaya əsasən şifahi geri-bildirim verir, ehtiyac olduqda valideynlə qısa əlaqə saxlayır.

8. Motivasiya və təşviq mexanizmi

8.1. Evdə öyrənmə vərdişi təşviq üçün FEA müxtəlif motivasiya üsullarından istifadə edə bilər:

  • “həftənin müşahidəçisi” və ya “həftənin oxucusu” kimi simvolik təşəkkür;

  • “təbiət ulduzu” stikerləri/nişanları;

  • düşərgə və proqramlarda rol (məs: “qrup köməkçisi”, “ekoloji müşahidəçi”).

8.2. Təşviq sistemi rəqabəti artırmaq üçün deyil, davamlı vərdişi gücləndirmək üçün tətbiq olunur.

9. “Bilik kartları” və “Təcrübə dəftəri” yanaşması (FEA modeli)

9.1. FEA evdə öyrənməni daha sistemli etmək üçün “Bilik kartları”ndan istifadə edə bilər. Bu kartlar sessiyanın əsas anlayışlarını qısa və sadə formada təqdim edir.

9.2. “Təcrübə dəftəri” (və ya “ləpirçi dəftəri”) ləpirçinin gündəlik qısa öz-öyrənməsini topladığı yerdir. Qeydlər:

  • mind-map;

  • rəsmlə izah;

  • cədvəl;

  • 5 sözlə xülasə;

  • “1 sual – 1 cavab” formatında ola bilər.

9.3. Bu dəftər “gözəl yazı” üçün deyil, öyrənməni möhkəmləndirmək üçündür.

10. Valideynlərin rolu

10.1. Valideynlərin rolu ləpirçinin yerinə tapşırıq etmək deyil, onu dəstəkləməkdir:

  • sakit mühit yaratmaq;

  • qısa motivasiya vermək;

  • gərək olduqda izah və istiqamət göstərmək;

  • “mükəmməl nəticə” yox, “davamlı vərdiş” prinsipini dəstəkləmək.

10.2. Ailə həyatında hər gün eyni imkan olmaya bilər. Bu hal normal qəbul edilir və səbəb qısa qeyd edilə bilər.

11. İcra və uyğunlaşdırma

11.1. Evdə öyrənmə tapşırıqları ləpirçinin yaşına, inkişaf səviyyəsinə, proqramın mövsümünə və ailə kontekstinə uyğunlaşdırılır.

11.2. Xüsusi ehtiyacları olan ləpirçilər üçün tapşırıqlar fərdiləşdirilə bilər (inklüzivlik prinsipinə uyğun).

12. Effektivliyin qiymətləndirilməsi

12.1. Evin öyrənməsinin effektivliyi:

  • öyrədənlərin müşahidələri;

  • ləpirçinin sessiyalarda iştirakı və inkişafı;

  • valideyn rəyi və ehtiyacları
    əsasında dövri olaraq dəyərləndirilir.

 

12.2. Zərurət olduqda tapşırıqların formatı yüngülləşdirilir və ya daha praktik hala gətirilir.