FAQ

Tez-tez verilən suallar

Bu bölmədə Forest Education Azerbaijan qeyri-formal təhsil proqramları, görüşlər, ödənişlər, təhlükəsizlik və iştirak qaydaları ilə bağlı tez-tez verilən suallara ətraflı cavablar təqdim olunur.

Forest Education Azerbaijan (FEA) ətraf mühit, təhsil və davamlı inkişaf sahəsində fəaliyyət göstərən, xüsusilə qeyri-formal təhsil yanaşmalarını əsas tutan bir birlikdir.

 

FEA-nın əsas məqsədi uşaqların və gənclərin ekoloji düşüncəsini, sosial bacarıqlarını və məsuliyyətli vətəndaşlıq dəyərlərini inkişaf etdirməkdir.

Qeyri-formal təhsil, ekoloji maarifləndirmə, uşaqlar və gənclərlə iş, təlimlər, düşərgələr və icma əsaslı layihələr.

FEA 2020-ci ildə təsis olunub.

Forest Education Azerbaijan hüquqi baxımdan birlikdir və MMC hüquqi formasında fəaliyyət göstərir.

Forest Education Azerbaijan (FEA) uşaqlar üçün təbiət əsaslı qeyri-formal təhsil proqramları həyata keçirən bir birlikdir. FEA skaut təşkilatı deyil və hər hansı skaut strukturuna bağlı fəaliyyət göstərmir. Bizim yanaşmamız uşaqların təbiətdə oyun, araşdırma, təcrübə və iştirak yolu ilə öyrənməsinə əsaslanır.

Öyrənmə prosesi “öyrən – sına – düşün – yenidən cəhd et” prinsipi üzərində qurulur. Uşaqlar (FEA terminologiyasında ləpirçilər) hazır bilikləri əzbərləmir, əksinə:

  • müşahidə edir,

  • suallar verir,

  • problem həll edir,

  • komanda ilə işləyir,

  • təbiətlə real əlaqə qurur.

FEA proqramları uşaqların bütöv inkişafını hədəfləyir:

  • Fiziki inkişaf: açıq hava oyunları, hərəkət, koordinasiya

  • Zehni inkişaf: araşdırma, yaradıcılıq, səbəb-nəticə əlaqəsi

  • Sosial inkişaf: ünsiyyət, əməkdaşlıq, paylaşma

  • Emosional inkişaf: özünəinam, səbir, riskləri dəyərləndirmə

  • Dəyərlər və məsuliyyət: təbiətə hörmət, qayğı, etik davranış

Bütün fəaliyyətlər Qeyri-formal təhsil Siyasəti, Sağlamlıq və təhlükəsizlik Siyasəti və Uşaqların müdafiəsi üzrə Siyasət əsasında planlanır.

Forest Education Azerbaijan fəaliyyətləri çərçivəsində görüşlər ayda orta hesabla 2–3 dəfə keçirilir. Görüşlərin günü, saatı və məkanı proqramın məzmununa, hava şəraitinə və mövsümə uyğun olaraq əvvəlcədən planlaşdırılır və valideynlərlə rəsmi kanallar vasitəsilə paylaşılır.

Görüşlər əsasən açıq hava məkanlarında – parklar, meşə sahələri, yaşıl zonalar və uyğun təbiət mühitlərində təşkil olunur. Zərurət yarandıqda və təhlükəsizlik məqsədilə bəzi görüşlər alternativ məkanda və ya fərqli formatda keçirilə bilər. Bütün dəyişikliklər valideynlərə vaxtında bildirilir.

FEA yaşa deyil, inkişaf mərhələsinə uyğun qruplaşma prinsipini tətbiq edir. Ləpirçilər aşağıdakı mərhələlər üzrə “Meşə təhsili qrupları”nda iştirak edirlər:

  • 5–8 yaş: oyuna əsaslanan öyrənmə, təhlükəsizlik vərdişləri

  • 9–12 yaş: komanda işi, müşahidə və bacarıqların formalaşması

  • 13–17 yaş: məsuliyyət, layihə əsaslı fəaliyyətlər

  • 18+ yaş: gənclər və böyüklər üçün ömürboyu öyrənmə, könüllülük və mentorluq

Hər qrupun fəaliyyəti yaşa uyğun şəkildə təhlükəsizlik, emosional rifah və maraqlar nəzərə alınaraq planlaşdırılır.

Təhlükəsizlik FEA fəaliyyətlərinin əsas prioritetidir. Hər görüş və tədbir:

  • əvvəlcədən risk qiymətləndirilməsi ilə planlanır,

  • təhlükəsizlik qaydaları uşaqlara sadə dildə izah olunur,

  • fövqəladə hallar üçün prosedurlar mövcuddur.

FEA Sağlamlıq və təhlükəsizlik Siyasəti, Risklərin qiymətləndirilməsi Təlimatı və Təbiətdə davranış Qaydaları əsasında fəaliyyət göstərir. Uşaqların rifahı, fiziki və emosional təhlükəsizliyi daim nəzarətdə saxlanılır.

Uşaqlarla birbaşa çalışan şəxslər FEA-da  “öyrədən” adlandırılır. Bu, uşaqlarla bərabər öyrənən, onları istiqamətləndirən və təhlükəsiz mühit yaradan roldur.

Öyrədənlər:

  • seçilmiş və hazırlanmış şəxslərdir,

  • etik davranış və uşaq mühafizəsi üzrə təlim alırlar,

  • ilk yardım və risk idarəetməsi biliklərinə malikdirlər,

  • Daxili nizam-intizam və etik davranış Qaydalarına əməl edirlər.

Bəli. Hər fəaliyyət zamanı məsul öyrədənlərdə:

  • təcili əlaqə siyahısı,

  • ilk tibbi çanta,

  • fövqəladə hallarda görüləcək addımlar mövcuddur.

Zərurət yarandıqda valideyn dərhal məlumatlandırılır və müvafiq xidmətlərlə əlaqə saxlanılır.

Üzvlük elektron qeydiyyat vasitəsilə həyata keçirilir. Valideynlərdən:

  • qeydiyyat forması,

  • tibbi və xüsusi ehtiyaclar barədə məlumat,

  • foto/video razılığı tələb olunur.

Bütün şəxsi məlumatlar Şəxsi məlumatların qorunması Siyasətinə uyğun saxlanılır.

Forest Education Azerbaijan qeyri-kommersiya prinsipləri ilə fəaliyyət göstərən qeyri-formal təhsil birliyidir. Fəaliyyətlər üçün illik üzvlük haqqı mövcuddur.

  • Üzvlük haqqı: aylıq 10 AZN, illik 120 AZN
    Bu üzvlük haqqı müntəzəm görüşlərin təşkili, tədris planlaması, təhlükəsizlik tədbirləri, resursların hazırlanması və inzibati xərclərin bir hissəsinin qarşılanmasına yönəldilir.

Düşərgələr ayrıca ödənişlidir.
Düşərgələr zamanı:

  • uşağın qalma, qidalanma, nəqliyyat, material və digər təşkilati xərcləri
    tam şəkildə valideynlər tərəfindən ödənilir;

  • düşərgənin büdcəsi və xərclər öncədən şəffaf formada valideynlərlə paylaşılır;

  • heç bir gizli və ya sonradan əlavə olunan ödəniş tətbiq edilmir.

Bütün maliyyə məsələləri Ödənişlər və maliyyə qaydaları üzrə Siyasət əsasında, şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun şəkildə tənzimlənir.

Bəli. Bütün ləpirçilər Ləpirçilər üçün davranış qaydaları və etik prinsiplərə əməl edirlər. Əsas prinsiplər:

  • hörmət,

  • təhlükəsizlik,

  • inklüzivlik,

  • təbiətə qayğı.

Qaydalar cəza üzərindən deyil, öyrədici və bərpaedici yanaşma ilə tətbiq olunur.

Bəli. FEA inklüzivlik prinsipini əsas götürür. Xüsusi ehtiyaclar əvvəlcədən bildirildikdə fəaliyyətlər uyğunlaşdırılır və uşağın təhlükəsiz iştirakı təmin edilir.

FEA fəaliyyətləri hava şəraitinə uyğunlaşdırılır. Təhlükəli hava şəraitində görüşlər:

  • təxirə salına,

  • qapalı məkana,

  • və ya alternativ formata keçirilə bilər.

Valideynlərə əvvəlcədən məlumat verilir.

Valideynlər:

  • geri bildirim verə,

  • tədbirlərdə könüllü dəstək göstərə,

  • icma əsaslı təşəbbüslərdə iştirak edə bilərlər.

FEA valideynləri təhsil prosesinin tərəfdaşı hesab edir.

Əlaqə

Bizim dəstək komandamızla əlaqə yaratmaqdan çəkinmə

Adətən ən qısa zamanda zəng və məktublarınıza cavab veririk!

Əlaqə məlumatları

+994 50 366 75 64

B.e – Ş.: 9 AM – 6 PM

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr.

info@forestedu.az

Əlaqə forması