İDARƏetmə komandası
Zamin Məmmədov
Həmtəsisçi, Direktor, İK üzvü
Zamin Məmmədov qeyri-formal və formal təhsil sahəsində uzunillik təcrübəyə və geniş beynəlxalq fəaliyyətə malik mütəxəssisdir. O, İngiltərə, Polşa, Almaniya, Finlandiya, Ukrayna, Yunanıstan, Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkiyə və Gürcüstan kimi ölkələrdə həyata keçirilən beynəlxalq təhsil, gənclər və qeyri-formal öyrənmə yönümlü layihələrdə iştirak etmişdir. Bu layihələr çərçivəsində innovativ təlim metodları, gənclərlə iş modelləri və beynəlxalq yaxşı təcrübələr üzrə dərin bilik və bacarıqlar qazanmışdır. Müxtəlif mədəni və təhsil sistemləri ilə tanışlıq onun təhsilə yanaşmasını daha çevik, inklüziv və müasir etmişdir. O, ölkədə ilk “Qeyri-formal təhsildə təlimçinin əl kitabı”nın həmmüəlliflərindən biri olaraq bu sahənin elmi və praktik əsaslarının formalaşmasına mühüm töhfə vermişdir.
- Phone:+994 50 722 48 62
- Email:zamin.mammadov@forestedu.az
Ülvi Məmmədov
Həmtəsisçi, İK üzvü
Ülvi Məmmədov qeyri-formal təhsil, gənclərlə iş və liderlik sahəsində yerli və beynəlxalq səviyyədə geniş təcrübəyə malikdir. O, Böyük Britaniya, Fransa, İsveçrə, Avropa Şurası, Sloveniya, Küveyt, Gürcüstan, Türkiyə və Qazaxıstanda keçirilən beynəlxalq təlimlər, seminarlar və uzunmüddətli tədris proqramlarında iştirak edərək peşəkar bacarıqlarını inkişaf etdirmişdir. Beynəlxalq mühitdə əldə etdiyi biliklər onun yerli layihələrdə daha sistemli, təsirli və davamlı təlim modelləri tətbiq etməsinə imkan yaratmışdır. Ülvi Məmmədov ölkədə ilk dəfə qeyri-formal təhsil sahəsində hazırlanmış təlimçi əl kitabının həmmüəlliflərindən biri kimi bu sahənin inkişafında mühüm rol oynamışdır. Onun fəaliyyəti gənclərin fəal vətəndaşlıq, liderlik və sosial məsuliyyət bacarıqlarının inkişafına yönəlmişdir.
- Phone:+994 50 441 19 99
- Email:ulvi.mammadov@forestedu.az
ELNUR ARİFZADƏ
İK üzvü
Elnur Arifzadə gənclərlə iş, təhsil və davamlı inkişaf sahəsində zəngin və çoxşaxəli təcrübəyə malikdir. O, illər ərzində məktəblərdə, universitetlərdə və gənclər təşkilatlarında yüzlərlə gəncin inkişafında mühüm rol oynamışdır. Elnur Arifzadə Azərbaycanı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (New York) və Avropa Parlamentində (Brüssel) təmsil etmiş, eyni zamanda ABŞ, Belçika, Fransa, Macarıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Yaponiya, Tacikistan və Misirdə keçirilən beynəlxalq konfranslar və gənclər forumlarında nümayəndə, spiker və fasilitator kimi çıxış etmişdir. Onun fəaliyyəti davamlı inkişaf məqsədləri, iqlim dəyişikliyi, keyfiyyətli təhsil və gənclərin qərar qəbuletmədə iştirakı mövzularını əhatə edir. Bu sahədəki töhfələrinə görə bir sıra təşəkkürnamə və dəyərləndirmə məktubları ilə təltif olunmuşdur.
- Phone:+994 51 665 66 78
- Email:elnur.arifzade@forestedu.az
ruslan həsənov
İK üzvü
Ruslan Həsənov uzun illərdir qeyri-formal təhsil və skautinq sahəsində fəaliyyət göstərən təcrübəli pedaqoqdur. O, Türkiyə, Qazaxıstan və Belarusiya Mübariz İbrahimov adına Liseydə çalışaraq müxtəlif yaş qrupları ilə tədris və təlim fəaliyyəti aparmışdır. Skautinqin təşəkkül tapması və inkişafında aktiv rol oynamış, bu sahədə beynəlxalq səviyyədə tanınan Wood Badge proqramının məzunu olmuşdur. Ruslan Həsənov qeyri-formal təhsil metodları əsasında pedaqoqların hazırlanması və yeni təlimçilərin yetişdirilməsi istiqamətində mühüm töhfələr vermişdir. Onun fəaliyyəti təhsildə dəyərlər, liderlik və praktik öyrənmə yanaşmalarının gücləndirilməsinə yönəlmişdir.
- Phone:+994 70 337 79 09
- Email:ruslan.hasanov@forestedu.az
ulduz yaqublu
İK üzvü
Ulduz Yaqublu qeyri-formal təhsil, ekoloji maarifləndirmə və gənclərlə iş sahəsində aktiv fəaliyyət göstərən gənc mütəxəssisdir. O, qeyri-formal təhsil hərəkatlarından birindəki fəaliyyəti çərçivəsində İsveçdə, Qazaxıstanda və Türkiyədə keçirilən beynəlxalq layihələrdə iştirak edərək multikultural mühitdə təlimlərə qatılmış, komanda işi və liderlik bacarıqlarını inkişaf etdirmişdir. Yerli və beynəlxalq düşərgələr, ekoloji və sosial layihələr vasitəsilə iştirakçıların ətraf mühitə məsuliyyətli yanaşmasının formalaşmasına töhfə vermişdir. Bu fəaliyyətlər ona praktiki təcrübə, effektiv ünsiyyət bacarıqları və real mühitdə öyrənmə imkanları qazandırmışdır. Ulduz Yaqublu qeyri-formal təhsilin gənclərin şəxsi və sosial inkişafında mühüm rol oynadığına inanır.
- Phone:+994 55 728 21 64
- Email:ulduz.yagublu@forestedu.az
NAMİQ ƏZİZOV
İK üzvü
Namiq Əzizov avarçəkmə üzrə məşqçi-təlimatçı və hakimdir. O, Beynəlxalq Kanoe Federasiyasının (ICF) 2024-cü ildə keçirilən məşqçiliyin təkmilləşdirilməsi kursunun iştirakçısı olmuşdur. Avropa Oyunları və MDB Oyunlarında hakim kimi fəaliyyət göstərmiş, 2006-cı ildə hakimlik kursunu bitirmişdir. 20 ildən artıq hakimlik təcrübəsinə malik olan Namiq Əzizov respublika və beynəlxalq yarışlarda ən məsuliyyətli vəzifələrdən biri olan start hakimi kimi çalışmışdır. Onun fəaliyyəti idman sahəsində peşəkarlıq, obyektivlik və yüksək məsuliyyət prinsiplərinə əsaslanır.
- Phone:+994 55 444 85 23
- Email:namig.azizov@forestedu.az
İSLAM ŞÜKÜROV
İK üzvü
İslam Şükürov qeyri-formal təhsil və gənclərlə iş sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, Şimali Makedoniya, Gürcüstan, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə keçirilən beynəlxalq təlim və kurslarda iştirak edərək pedaqoji və metodoloji bacarıqlarını inkişaf etdirmişdir. Gənc yaşlı insanlarla işləmək, təlim və inkişaf proqramlarının hazırlanması onun əsas fəaliyyət istiqamətlərindəndir. Bununla yanaşı, media və kommunikasiya sahəsində peşəkar fəaliyyəti ilə layihələrin ictimaiyyətə effektiv şəkildə təqdim olunmasına töhfə verir. Onun yanaşması qeyri-formal öyrənməni müasir və əlçatan edən innovativ metodlara əsaslanır.
- Phone:+994 70 979 76 69
- Email:islam.shukurov@forestedu.az
MENECERLƏR KOMANDASI
ruslan həsənov
Baş öyrədən, Öyrənmə və inkişaf Departamenti
Ruslan Həsənov uzun illərdir qeyri-formal təhsil və skautinq sahəsində fəaliyyət göstərən təcrübəli pedaqoqdur. O, Türkiyə, Qazaxıstan və Belarusiya Mübariz İbrahimov adına Liseydə çalışaraq müxtəlif yaş qrupları ilə tədris və təlim fəaliyyəti aparmışdır. Skautinqin təşəkkül tapması və inkişafında aktiv rol oynamış, bu sahədə beynəlxalq səviyyədə tanınan Wood Badge proqramının məzunu olmuşdur. Ruslan Həsənov qeyri-formal təhsil metodları əsasında pedaqoqların hazırlanması və yeni təlimçilərin yetişdirilməsi istiqamətində mühüm töhfələr vermişdir. Onun fəaliyyəti təhsildə dəyərlər, liderlik və praktik öyrənmə yanaşmalarının gücləndirilməsinə yönəlmişdir.
- Phone:+994 70 337 79 09
- Email:ruslan.hasanov@forestedu.az
Səidə Əlizadə
SƏTƏM üzrə menecer, Sağlamlıq və təhlükəsizlik Departamenti
Səidə Əlizadə 2019–2023-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə ali təhsil almışdır. Bununla yanaşı, o, iki dəfə fərqli istiqamətlər üzrə peşə təhsili keçərək praktiki və çoxşaxəli biliklərə yiyələnmişdir. Sosial sahədə aktiv olan Səidə xanım “KitabGəzər”, “Qızlar oxusun” layihələri və “Simart” sosial inkişaf platformasında könüllü kimi fəaliyyət göstərmişdir.
Hazırda o, İctimai iaşə və xidmət üzrə BDPTM-də şəxsi inkişaf və karyera planlaşdırması üzrə müəllim, eyni zamanda “AMAL Xeyriyyə”nin təhsil layihələri üzrə kuratoru kimi çalışır. Səidə Əlizadə gənclərin bilik, bacarıq və karyera inkişafına töhfə verən təşəbbüslərdə fəal iştirak edir və təhsil yönümlü sosial layihələrin icrasına dəstək göstərir.
- Phone:+994 50 655 51 06
- Email:saida.alizade@forestedu.az
Xəlifə şıxəliyev
Mühasib, Maliyyə və ödənişlər Departamenti
Xəlifə Şıxəliyev mühasibat uçotu üzrə ali təhsilə malik, maliyyə və sənədləşmə sahəsində bilik və bacarıqları formalaşmış mütəxəssisdir. O, Mingəçevir Dövlət Universitetində Mühasibat uçotu (bakalavr), Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində isə Mühasibat uçotu (subbakalavr) təhsili almışdır. Analitik düşüncə, detallara diqqət və məsuliyyətli yanaşma onun peşəkar fəaliyyətinin əsas xüsusiyyətləridir.
Forest Education Azerbaijan-da mühasib kimi Xəlifə Şıxəliyev maliyyə uçotunun aparılması, sənədləşmə və hesabatlılığın təmin olunması istiqamətində fəaliyyət göstərir. Onun sistemli və operativ yanaşması təşkilatın maliyyə proseslərinin şəffaf və səmərəli idarə olunmasına töhfə verir.
- Phone:+994 51 523 09 97
- Email:khalifa.shikhaliyev@forestedu.az
ELŞƏN ŞÜKÜROV
PR menecer, Kommunikasiya və valideynlərlə əlaqə Departamenti
Elşən Şükürov informasiya texnologiyaları sahəsində təhsil alan, özünü davamlı inkişaf etdirməyə fokuslanan gənc mütəxəssisdir. Həmçinin qeyri-formal təhsil, skautluq və gənclərlə iş sahəsində aktiv fəaliyyət göstərir. Skautluq fəaliyyəti zamanı məsuliyyət, liderlik və sosial bacarıqlarını inkişaf etdirmiş, müxtəlif yaş qruplarından olan uşaqlarla işləyərək onların şəxsi inkişafına dəstək olmuşdur.
Elşən ingilis və fransız dillərini bilir. O, elmi və intellektual fəaliyyətlərdə iştirak etmiş, “Sabahın Alimləri” müsabiqəsinin qalibi olaraq analitik düşünmə və problem həll etmə bacarıqlarını nümayiş etdirmişdir.
- Phone:+994 55 620 37 74
- Email:elshan.shukurov@forestedu.az
HACIMURAD MƏMMƏDOV
Resurslar üzrə menecer, Logistika və resursların idarə olunması Departamenti
Hacımurad Məmmədov mühəndislik və tikinti sahəsində geniş beynəlxalq təcrübəyə malik peşəkar mütəxəssisdir. O, Azərbaycan, Gürcüstan, Polşa və Almaniyada iri miqyaslı layihələrdə sahə meneceri, tikinti mühəndisi və foreman kimi çalışaraq insan resurslarının, texniki heyətin və maddi-texniki təminatın səmərəli idarə olunması sahəsində dərin bilik və bacarıqlar qazanmışdır. Onun fəaliyyəti layihələrin vaxtında, keyfiyyət standartlarına və təhlükəsizlik tələblərinə uyğun icrasına yönəlmişdir.
Forest Education Azerbaijan-da resurslar üzrə menecer kimi Hacımurad Məmmədov resursların koordinasiyası, maddi və texniki resursların planlaşdırılması, ehtiyacların düzgün qiymətləndirilməsi və layihə fəaliyyətlərinin dayanıqlı şəkildə təmin olunması istiqamətində çalışır. Onun sistemli yanaşması və idarəetmə təcrübəsi təşkilatın resurslardan daha səmərəli istifadə etməsinə töhfə verir.
- Phone:+994 70 638 48 66
- Email:hajimurad.mammadov@forestedu.az
İlahə Quliyeva
Layihələr üzrə menecer, Layihələrin idarə edilməsi Departamenti
İlahə Quliyeva uzun illərdir formal və qeyri-formal təhsil sahəsində fəaliyyət göstərən, zəngin pedaqoji və beynəlxalq layihə təcrübəsinə malik təhsil mütəxəssisidir. O, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 71 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışaraq müxtəlif yaş qrupları ilə effektiv tədris və inkişafyönümlü fəaliyyətlər aparmışdır.
İlahə xanım ABŞ, Fransa, Belçika, Gürcüstan, Türkiyə və Şimali Kipr daxil olmaqla bir sıra ölkələrdə keçirilən beynəlxalq təlim, konfrans və mübadilə proqramlarında iştirak etmiş, spiker, fasilitator və layihə qurucusu kimi çıxış etmişdir. Onun peşəkar inkişaf yolunda Fulbright TEA, MOOC LEADER, Training for Trainers (Strasburq), Leaders in Education, University of Pennsylvania – English for Career Development, South Caucasus Regional ELT Conference kimi nüfuzlu proqramlar mühüm yer tutur.
O, eyni zamanda Təhsil Nazirliyi və Avropa Şurasının eTwinning proqramının layihə səfiri olaraq beynəlxalq əməkdaşlıq, innovativ tədris metodları və rəqəmsal təhsil alətlərinin tətbiqi sahəsində aktiv fəaliyyət göstərir. Süni zəka, yaradıcı yanaşmalar və müasir dil tədrisi mövzularında təqdimatları ilə tanınan İlahə xanım “Yaradıcı müəllim” müsabiqələrində I və III yerlərə layiq görülmüşdür.
Forest Education Azerbaijan-da Layihələr üzrə menecer kimi İlahə Quliyeva yerli və beynəlxalq layihələrin planlaşdırılması, icrası və davamlı təsirinin təmin olunması istiqamətində fəaliyyət göstərir. Onun pedaqoji təcrübəsi və strateji baxışı təşkilatın layihə portfelinin gücləndirilməsinə mühüm töhfə verir.
- Phone:+994 55 757 41 07
- Email:ilaha.guliyeva@forestedu.az
Səadət Qasımova
Hüquqşünas, Hüquq Departamenti
Səadət Qasımova hüquq, politologiya və maliyyə sahələri üzrə ali təhsilə və məhkəmə sistemi, icra orqanları və hüquqi sənədlərlə iş üzrə formalaşmış peşəkar təcrübəyə malik hüquq mütəxəssisidir. O, dövlət və maliyyə qurumlarında çalışaraq hüquqi-normativ sənədlərin hazırlanması, icra işlərinə nəzarət və elektron məhkəmə sistemləri ilə iş sahəsində ixtisaslaşmışdır.
Forest Education Azerbaijan-da hüquqi məsələlər üzrə mütəxəssis kimi Səadət Qasımova təşkilati fəaliyyətlərin qanunvericiliyə uyğunluğunun təmin olunması, daxili sənədlərin hüquqi əsaslarla hazırlanması və layihələrin hüquqi müşayiəti istiqamətində komandamızla birgə fəaliyyət göstərir.
- Phone:+994 55 518 80 60
- Email:saadat.gasimova@forestedu.az