Bütün təsdiq edilmiş qaydalar və təlimatlar

Bu bölmədə Forest Education Azerbaijan-ın fəaliyyətlərini tənzimləyən və dəyərlərimizi əks etdirən əsas qaydalar və təlimatlar təqdim olunur. 

Struktur haqqında qaydalar

Bu qaydalar Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin təşkilati strukturunu, idarəetmə səviyyələrini, departamentlərin funksiyalarını və daxili tabelik münasibətlərini tənzimləyir. Sənəd birliyin şəffaf, sistemli və davamlı fəaliyyətini təmin edən əsas çərçivəni təqdim edir.

Təbiətdə davranış qaydaları

Bu sənəd Forest Education Azerbaijan fəaliyyətləri zamanı təbiətdə təhlükəsiz, məsuliyyətli və ekoloji baxımdan düzgün davranış prinsiplərini müəyyən edir. Qaydalar ləpirçilərin, öyrədənlərin və digər iştirakçıların təbiəti qoruyaraq öyrənməsini və fəaliyyət göstərməsini təmin etməyə xidmət edir.

Ləpirçilər üçün davranış qaydaları və etik prinsiplər

Bu sənəd Forest Education Azerbaijan proqramlarında iştirak edən ləpirçilər üçün hörmət, təhlükəsizlik, əməkdaşlıq və məsuliyyətə əsaslanan davranış normalarını müəyyən edir. Qaydalar uşaqların təhlükəsiz, inklüziv və dəstəkləyici mühitdə inkişafını təmin etməyə yönəlib.

Daxili nizam-intizam və etik davranış qaydaları

Bu qaydalar Forest Education Azerbaijan daxilində çalışan əməkdaşlar, öyrədənlər və könüllülər üçün peşəkar davranış, etik münasibətlər, daxili ünsiyyət və məsuliyyət prinsiplərini tənzimləyir. Sənəd təşkilat daxilində sağlam və etibarlı iş mühitinin formalaşdırılmasına xidmət edir.

Risklərin qiymətləndirilməsi üzrə təlimat

Bu təlimat Forest Education Azerbaijan fəaliyyətləri zamanı yarana biləcək risklərin əvvəlcədən müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üçün əsas prosedurları əhatə edir. Məqsəd uşaqların və iştirakçıların təhlükəsizliyini təmin etmək və fəaliyyətlərin planlı şəkildə həyata keçirilməsidir.

TƏLİMAT