Ləpirçi üzvlük forması (#8)

Ləpirçi üzvlük forması

Bu forma Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin fəaliyyətlərində iştirak etmək istəyən ləpirçilərin qeydiyyatı, təhlükəsizliyi və öyrənmə prosesinin düzgün təşkili məqsədi ilə hazırlanmışdır. Təqdim edilən bütün məlumatlar Şəxsi məlumatların qorunması Siyasətinə uyğun olaraq məxfi saxlanılır və yalnız proqramların icrası üçün istifadə olunur.


1. Şəxsi məlumatlar


2. Yaş qrupu və öyrənmə mərhələsi


3. Valideyn / qanuni nümayəndə məlumatları

(18 yaşdan aşağı ləpirçilər üçün məcburidir)


4. Təcili əlaqə məlumatı


5. Sağlamlıq və təhlükəsizlik məlumatları


6. Foto və video ilə bağlı razılıq

Forest Education Azerbaijan fəaliyyətləri zamanı tədris, hesabat və ictimaiyyətlə əlaqə məqsədilə çəkilən foto və video materialların yalnız etik prinsiplərə uyğun, uşağın təhlükəsizliyi və ləyaqəti qorunmaqla və yalnız rəsmi platformalarda, Şəxsi məlumatların qorunması Siyasəti, Uşaqların müdafiəsi və təhlükəsizliyi üzrə Siyasət və Daxili nizam-intizam və etik davranış Qaydalarına uyğun istifadə olunmasına razılıq verirəm.


7. Üzvlük və ödənişlər barədə açıq məlumatlandırma

Bu formanı doldurmaqla aşağıdakı maliyyə şərtləri ilə tanış olduğumu və razı olduğumu təsdiq edirəm:

– Forest Education Azerbaijan fəaliyyətləri ay ərzində orta hesabla 2–3 dəfə keçirilir;
– Ləpirçi üçün üzvlük haqqı aylıq 10 AZN, illik isə 120 AZN təşkil edir;
– Üzvlük haqqı ümumi qeyri-formal təhsil fəaliyyətlərini (planlama, öyrədənlərin iştirakı, əsas resurslar və təşkilati xərclər) əhatə edir;
– Düşərgələr, səfərlər və xüsusi proqramlar ödənişlidir və bu fəaliyyətlər zamanı ləpirçinin yol, qida, yerləşmə və digər xərcləri valideyn tərəfindən qarşılanır;
– Düşərgə və ödənişli fəaliyyətlər barədə məlumatlar əvvəlcədən valideynlərə yazılı şəkildə təqdim olunur və iştirak yalnız razılıq əsasında həyata keçirilir.


8. Siyasətlər və davranış qaydaları ilə tanışlıq

Bu formanı doldurmaqla aşağıdakı sənədlərlə tanış olduğumu (Siyasətlər və Qaydalar) və onlara əməl edəcəyimi təsdiq edirəm:

– Qeyri-formal təhsil Siyasəti
– Sağlamlıq və təhlükəsizlik Siyasəti
– Uşaqların müdafiəsi və təhlükəsizliyi üzrə Siyasət
– Bərabər imkanlar və inklüzivlik Siyasəti
– Şəxsi məlumatların qorunması Siyasəti
– Daxili nizam-intizam və etik davranış Qaydaları
– Təbiətdə davranış Qaydaları
– Ləpirçilər üçün davranış qaydaları və etik prinsiplər