Risklərin qiymətləndirilməsi üzrə Təlimat

Maddə 1. Ümumi müddəalar

1.1. Forest Education Azerbaijan tərəfindən həyata keçirilən bütün meşə və açıq hava əsaslı fəaliyyətlər risklərin qabaqcadan müəyyən edilməsi və idarə olunması prinsiplərinə əsaslanır.

1.2. Risklərin qiymətləndirilməsi uşaqların, təlimçilərin, könüllülərin və digər iştirakçıların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və bütün fəaliyyətlərin ayrılmaz hissəsi hesab olunur.

Maddə 2. Risk qiymətləndirməsinin növləri

2.1. Forest Education Azerbaijan çərçivəsində aşağıdakı risk qiymətləndirmələri aparılır:

  • fəaliyyət ərazisi üzrə müntəzəm (site) risk qiymətləndirməsi;

  • hər bir sessiyadan əvvəl gündəlik (daily) risk yoxlaması;

  • xüsusi fəaliyyətlər üçün fəaliyyətə əsaslanan (activity-based) risk qiymətləndirməsi.

2.2. Ərazi üzrə risk qiymətləndirməsi müntəzəm olaraq aparılır və fəaliyyət mühitində baş verə biləcək dəyişiklikləri nəzərə alır.

2.3. Gündəlik risk yoxlaması hər bir Forest Education sessiyasından dərhal əvvəl həyata keçirilir.

Maddə 3. Fəaliyyətə əsaslanan risk qiymətləndirmələri

3.1. Aşağıdakı fəaliyyətlər üçün ayrıca risk qiymətləndirməsi hazırlanır:

  • ağac yonma və bıçaqla iş (whittling);

  • odun kəsmə və emalı;

  • sığınacaq qurulması;

  • odun qalaması və açıq odda yemək bişirilməsi;

  • əl alətləri ilə işləmə.

3.2. Bu risk qiymətləndirmələri fəaliyyətə başlamazdan əvvəl hazırlanır və tətbiq edilir.

Maddə 4. Fərdi risk qiymətləndirmələri

4.1. Sağlamlıq vəziyyəti, tibbi ehtiyacları və ya davranış xüsusiyyətləri əlavə risk yarada bilən uşaqlar üçün xüsusi risk qiymətləndirmələri aparılır.

4.2. Bu qiymətləndirmələr uşağın təhlükəsiz və tam iştirakını təmin etmək məqsədi daşıyır və fərdi yanaşmaya əsaslanır.

Maddə 5. Risklərin qiymətləndirilməsi prosesi

5.1. Risklərin qiymətləndirilməsi prosesi aşağıdakı mərhələləri əhatə edir:

  • potensial təhlükələrin müəyyən edilməsi;

  • riskə məruz qala biləcək şəxslərin müəyyənləşdirilməsi;

  • riskin necə baş verə biləcəyinin və mümkün ən ağır nəticənin dəyərləndirilməsi;

  • mövcud risk səviyyəsinin qiymətləndirilməsi;

  • riskin azaldılması üçün tədbirlərin və ya ehtiyat mexanizmlərinin müəyyən edilməsi;

  • görülən tədbirlərdən sonra risk səviyyəsinin yenidən qiymətləndirilməsi.

Maddə 6. Sənədləşmə və məlumatlandırma

6.1. Aparılmış bütün risk qiymətləndirmələri yazılı formada sənədləşdirilir və Forest Education Azerbaijan-ın müvafiq daxili faylında saxlanılır.

6.2. Fəaliyyətlərdə iştirak edən bütün böyüklər və könüllülər müvafiq risk qiymətləndirmələri ilə tanış edilməli və bu sənədləri oxuyub başa düşdüklərini təsdiqləməlidirlər.

Maddə 7. Monitorinq və yenilənmə

7.1. Risk qiymətləndirmələri mütəmadi olaraq nəzarətdə saxlanılır və yenidən nəzərdən keçirilir.

7.2. Risk qiymətləndirmələrinin yenilənməsi:

  • planlı şəkildə dövri olaraq;

  • fəaliyyət şəraitində dəyişiklik olduqda;

  • yeni risklər yarandıqda həyata keçirilir.

Maddə 8. Yekun müddəalar

8.1. Bu Risklərin Qiymətləndirilməsi üzrə Təlimat Forest Education Azerbaijan üçün məcburi daxili sənəd hesab olunur və bütün fəaliyyətlər zamanı rəhbər tutulur.

8.2. Forest Education Azerbaijan risklərin idarə edilməsini təhlükəsiz öyrənmə mühitinin yaradılması və uşaqlarda məsuliyyətli davranış bacarıqlarının formalaşdırılması üçün əsas mexanizm kimi qəbul edir.