Skip to content
  • Əsas
  • Birlik
    • Təhsil fəlsəfəmiz
    • Struktur
      • Struktur
      • Komandamız
      • Meşə təhsili qrupları
      • Təlimçilər bazası
    • Proqramlar
      • Summer School
  • Media
    • Paylaşımlar
    • Müəlliflər
    • Məqalələr
    • Press-reliz
    • Sənədlər
      • Vəsaitlər
      • Siyahətlər
        • Bütün siyasətlər
        • Qeyri-formal təhsil Siyasəti
        • Sağlamlıq və təhlükəsizlik Siyasəti
        • Uşaqların müdafiəsi və təhlükəsizliyi üzrə Siyasət
        • Bərabər imkanlar və inklüzivlik Siyasəti
        • Ödənişlər və maliyyə qaydaları üzrə Siyasət
        • Şəxsi məlumatların qorunması Siyasəti
        • Evdə öyrənmə Siyasəti
      • Qaydalar
        • Bütün qaydalar
        • Struktur haqqında Qaydalar
        • Daxili nizam-intizam və etik davranış qaydaları
        • Ləpirçilər üçün davranış qaydaları və etik prinsiplər
        • Risklərin qiymətləndirilməsi üzrə Təlimat
        • Təbiətdə davranış Qaydaları
        • VTB haqqında Əsasnamə
  • FAQ
cropped empty.png
  • Əsas
  • Birlik
    • Təhsil fəlsəfəmiz
    • Struktur
      • Struktur
      • Komandamız
      • Meşə təhsili qrupları
      • Təlimçilər bazası
    • Proqramlar
      • Summer School
  • Media
    • Paylaşımlar
    • Müəlliflər
    • Məqalələr
    • Press-reliz
    • Sənədlər
      • Vəsaitlər
      • Siyahətlər
        • Bütün siyasətlər
        • Qeyri-formal təhsil Siyasəti
        • Sağlamlıq və təhlükəsizlik Siyasəti
        • Uşaqların müdafiəsi və təhlükəsizliyi üzrə Siyasət
        • Bərabər imkanlar və inklüzivlik Siyasəti
        • Ödənişlər və maliyyə qaydaları üzrə Siyasət
        • Şəxsi məlumatların qorunması Siyasəti
        • Evdə öyrənmə Siyasəti
      • Qaydalar
        • Bütün qaydalar
        • Struktur haqqında Qaydalar
        • Daxili nizam-intizam və etik davranış qaydaları
        • Ləpirçilər üçün davranış qaydaları və etik prinsiplər
        • Risklərin qiymətləndirilməsi üzrə Təlimat
        • Təbiətdə davranış Qaydaları
        • VTB haqqında Əsasnamə
  • FAQ
cropped empty.png
Təlimçilər
Qeydiyyat
IMG_7311
NARMIN AHMADOVA 🇦🇿 🇬🇧 🇹🇷

NƏRMİN ƏHMƏDOVA

TƏLİMÇİ/ FASİLİTATOR/ MENTOR

Azərbaycan Respublikası, Bakı şəhəri 🇦🇿

narmin.ahmadova@forestedu.az

+994 50 295 07 76

ID FEA-VTB-2025/005

VTB Şəhadətnamə
QISA BİOQRAFİK MƏLUMAT
Dövlət idarəçiliyi, ictimaiyyətlə əlaqələr, layihə və kommunikasiya sahələrində 10 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssisdir. O, uzun illər dövlət sektorunda çalışaraq xidmət keyfiyyətinin artırılması, insan resursları ilə effektiv kommunikasiya, təlimlərin təşkili və ictimai əlaqələrin qurulması istiqamətlərində mühüm fəaliyyətlər həyata keçirmişdir. Narmin Ahmadova 2014–2020-ci illərdə “ASAN xidmət” sistemində məsul şəxs və baş məsləhətçi vəzifələrində çalışmışdır. Bu müddət ərzində xidmət keyfiyyətinə nəzarət, könüllülərin seçimi və təlimi, eləcə də vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş proseslərin icrasında aktiv rol oynamışdır. Hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərir. O, rəsmi veb-sayt və sosial media idarəçiliyi, elektron xidmətlərin təşviqi, komanda daxili kommunikasiya və strateji PR fəaliyyətlərinin qurulmasına rəhbərlik edir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişaf Kafedrasında, Siyasi İdarəetmə fakültəsinin tələbələrinə “Davamlı İnkişaf siyasətində İctimaiyyətlə Əlaqələr” fənnindən dərs deyir. Mühazirələr zamanı tələbələrə Davamlı İnkişafın müasir standartlara uyğun şəkildə PR olunması, eləcə də dünyanın daha təmiz və dayanıqlı bir məkana çevrilməsi istiqamətində görülməli işlər barədə biliklər aşılayır. Narmin Ahmadova, həmçinin Azərbaycan Atıcılıq Federasiyasının üzvü olaraq, 10 metr məsafədən pnevmatik tapança ilə gülləatıcılığı idman növü üzrə peşəkar səviyyədə məşğul olur və reytinq sıralarında yer alır. O, ali təhsilini əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix ixtisası, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə tamamlamışdır. Beynəlxalq təcrübə qazanaraq ADA–LUISS Universitetində (Roma, İtaliya) Qlobal İdarəetmə və Siyasət üzrə magistr təhsili almış, dövlət idarəçiliyi və strateji qərarvermə sahəsində akademik biliklərini praktiki fəaliyyətlə uğurla birləşdirmişdir. Narmin Ahmadova dövlət və özəl sektor üçün kommunikasiya strategiyalarının hazırlanması, layihə idarəetməsi, effektiv ünsiyyət, komanda işi və ictimaiyyətlə əlaqələr sahələrində geniş praktik biliklərə malikdir. O, yerli və beynəlxalq təlim və sertifikat proqramlarında mütəmadi iştirak edərək peşəkar bacarıqlarını davamlı şəkildə inkişaf etdirir. Narmin Ahmadova Azərbaycan, ingilis, rus və türk dillərində peşəkar səviyyədə ünsiyyət qurmaq, həmçinin multidissiplinar komandalarla işləmək bacarığına malikdir.
TƏLİMÇİLƏR BAZASINA QAYIT

ŞƏHADƏTNAMƏLƏR

Təlimçinin sahəsinə uyğun sertifikasiya sənədləri

TƏLİM MÖVZULARI

Təlimçinin tədris edə biləcəyi mövzular
  • İctimaiyyətlə əlaqələrin əsasları və institusional kommunikasiya strategiyalarının qurulması
  • Biznes mühitində etik davranış, işgüzar etiket və peşəkar münasibətlərin idarə olunması
  • Şəxsiyyət xüsusiyyətləri və temperament tipləri əsasında fərdi və komanda davranışlarının təhlili
  • Motivasiya mexanizmləri və ixtisasın düzgün seçilməsində fərdi qərarvermə prosesləri
  • Zamanın idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi və iş məhsuldarlığının artırılması
  • Effektiv ünsiyyət bacarıqları və müxtəlif auditoriyalarla peşəkar kommunikasiya üsulları
  • Bədən dilinin oxunması və qeyri-verbal ünsiyyət vasitələrinin praktik tətbiqi
  • Müştəri məmnuniyyətinin idarə olunması və xidmət keyfiyyətinin yüksəldilməsi
  • Vətəndaş məmnuniyyətinin artırılması və ictimai xidmətlərdə kommunikasiya mədəniyyəti
  • Rəsmi və qeyri-rəsmi protokol qaydaları, tədbir və görüşlərin təşkili standartları
  • Diplomatik görüşlər, rəsmi qəbullar və beynəlxalq ünsiyyət mədəniyyəti
  • Liderlik bacarıqlarının inkişafı və komandaların motivasiya olunması metodları
  • Aparıcılıq, təqdimat və diksiya bacarıqlarının inkişafı ilə effektiv çıxış texnikaları
  • Sosial şəbəkələrin müasir cəmiyyətdə rolu və fərdi, institusional imicə təsiri
  • Effektiv ünsiyyət strategiyaları və münaqişələrin idarə olunması üsulları

KİTABLAR VƏ ELMİ ƏSƏRLƏR

Təlimçinin qeyri-formal təhsil sahəsində kitabları və elmi əsərləri

"Forest Education Azerbaijan" qeyri-formal təhsil birliyi

Sürətli keçidlər

  • Əsas səhifə
  • Haqqımızda
  • Proqramlar

Sosial mediada

  • Facebook
  • X Twitter
  • Linkedin
  • Instagram

Faydalıdır

  • Elm və Təhsil Nazirliyi
  • ARTİ
  • TKTA

Xəbərlərə abunə olun

Xəbərlərə abunə olaraq bütün yeniliklərdən, düşərgə və təlimlərimizdən xəbərdar ola bilərsiniz!

© 2020-2026 “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyi. Bütün hüquqlar qorunur.