QISA BİOQRAFİK MƏLUMAT
Qeyri-formal və formal təhsil sahəsində uzunillik təcrübəyə və geniş beynəlxalq fəaliyyətə malik mütəxəssisdir. O, İngiltərə, Polşa, Almaniya, Finlandiya, Ukrayna, Yunanıstan, Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkiyə və Gürcüstan kimi ölkələrdə həyata keçirilən beynəlxalq təhsil, gənclər və qeyri-formal öyrənmə yönümlü layihələrdə iştirak etmişdir. Bu layihələr çərçivəsində innovativ təlim metodları, gənclərlə iş modelləri və beynəlxalq yaxşı təcrübələr üzrə dərin bilik və bacarıqlar qazanmışdır. Müxtəlif mədəni və təhsil sistemləri ilə tanışlıq onun təhsilə yanaşmasını daha çevik, inklüziv və müasir etmişdir. O, ölkədə ilk “Qeyri-formal təhsildə təlimçinin əl kitabı”nın həmmüəlliflərindən biri olaraq bu sahənin elmi və praktik əsaslarının formalaşmasına mühüm töhfə vermişdir.