QISA BİOQRAFİK MƏLUMAT
Gənclərlə iş sahəsində fəaliyyət göstərən karyera məsləhətçisi, təlimçi və layihə meneceridir. O, 2022-ci ildən etibarən gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləyən yerli və beynəlxalq layihələrdə aktiv şəkildə iştirak edir. Peşə fəaliyyəti çərçivəsində gənclərlə birbaşa işləyərək layihələrin yazılması və idarə olunması, karyera məsləhət xidmətlərinin göstərilməsi, eləcə də inkişafyönümlü təlimlərin təşkili ilə məşğuldur. Gənclərin ideyalarının formalaşdırılması, strukturlaşdırılması və real layihələrə çevrilməsi prosesində onları mərhələli şəkildə müşayiət edir. Banuçiçək Mürsəlzadə UNICEF Azərbaycanın “Əsas Həyat Bacarıqları” proqramı üzrə təlimçi kimi gənclərin ünsiyyət, liderlik, qərarvermə və komanda işi bacarıqlarının inkişafına töhfə vermişdir. Bununla yanaşı, qlobal mövzular, beynəlxalq təşkilatların fəaliyyəti və qərarvermə mexanizmləri əsasında qurulan beynəlxalq simulyasiya formatları vasitəsilə gənclərin analitik düşüncə, debat və qlobal baxış bacarıqlarının formalaşmasına dəstək olmuşdur. Karyera məsləhətçisi kimi o, gənclərə təhsil və peşə seçimi, könüllülük təcrübəsinin karyeraya çevrilməsi, eləcə də layihə və beynəlxalq proqramlara müraciət imkanları mövzularında məsləhət və dəstək göstərmişdir. Onun əsas məqsədi gənclərin cəmiyyətin passiv üzvü deyil, dəyişimin aktiv iştirakçısına çevrilməsinə davamlı töhfə verməkdir.