QISA BİOQRAFİK MƏLUMAT
Qeyri-formal təhsil, gənclərlə iş, mədəni və yaradıcı sənaye ideyaları, öz biznesinə başla, startup və maliyyə sahəsində 10 illik təlimçilik və mentor fəaliyyəti, Yerli və beynəlxalq layihələrdə iş təcrübəsi, yüksək ünsiyyət və əlaqələri idarəetmə bacarığı. Dövlət qurumları, özəl müəssisələr və müxtəlif QHT-lərlə əməkdaşlıq fəaliyyəti göstərib. Menecment ixtisası üzrə təhsil alıb. Ali təhsillidir. Hal-hazırda RODOOS Təlim və Təhsil şirkətinin təssiçi-direktoru, Yaradıcı Gənclər ictimai birliyinin sədridir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkil etdi “Azərbaycanda Gənclərlə iş sahəsi üzrə Təlimçilər üçün Təlim” (TRAYAZE) layihəsinin iştirakçısı; Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin və SUP VC şirkətinin birgə icra etdiyi İnnostart layiıhəsi üzrə innovasiya sahəsinə Təlimçilər üçün Təlim proqramının məzunu; Azərbaycan İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə beynəlxalq tədris proqramı olan “Steve Blank – How to build a Startup” proqramının məzunu; “Beynəlxalq Əmək Təşkilatı” tərəfindən “Öz Biznesinə Başla” modulu üzrə təlimçilik sertifikatı; Almaniya Əmanətlər Bankı tərəfindən “Maliyyə Savadlılığı” modulu üzrə təlimçilik sertifikatı; Fransa, Almaniya, Gürcüstan, Türkiyə və Rusiya kimi ölkələrdə olub.