QISA BİOQRAFİK MƏLUMAT
Azərbaycanı BMT Baş Assambleyasında (Nyu-York) və Avropa Parlamentində (Brüssel) təmsil etmiş, həmçinin ABŞ, Belçika, Fransa, Macarıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Yaponiya, Tacikistan və Misirdə keçirilən beynəlxalq konfranslar, gənclər forumları və dialoq platformalarında nümayəndə və spiker kimi iştirak etmişdir. Hazırda Qazaxıstanın aparıcı universitetlərindən birində ekologiya ixtisası üzrə doktorantura (PhD) təhsili alır və elmi-tədqiqat fəaliyyətini davam etdirir. Eyni zamanda, Elnur Arifzadə Goranboy Gənclər Evində 2 il ərzində təlim və inkişaf klubunun rəhbəri kimi fəaliyyət göstərmiş, bu müddət ərzində gənclərin bacarıqlarının inkişafına yönəlmiş çoxsaylı təlim və inkişaf proqramlarının hazırlanması və icrasına rəhbərlik etmişdir.