QISA BİOQRAFİK MƏLUMAT
Təlimçilik, psixologiya və insan resurslarının inkişafı sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malik təlimçi-psixoloqdur. O, 2014-cü ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində insan resursları və təlim istiqaməti üzrə çalışmış, hazırda isə ASAN İnnovativ İnkişaf Mərkəzində fəaliyyətini davam etdirir. Bu müddət ərzində “ASAN xidmət”in 10 000-dən çox əməkdaşı üçün dövlət qulluqçularının etik davranış qaydaları, işgüzar etiket, emosional zəka, effektiv ünsiyyət bacarıqları, korporativ mədəniyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, “Təlimçilər üçün təlim” və digər mövzularda 800-dən artıq peşəkar təlimlər keçmişdir. Fəridə Fərəcova Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyət göstərərək tələbələrə semestr üzrə dərslər keçmiş, müəllim kimi çalışmışdır. O, dövlət və özəl sektor üzrə geniş təlim təcrübəsinə malikdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də digər dövlət və özəl təşkilatlar və ali təhsil müəssisələri üçün peşəkar təlimlər keçmişdir. Fəridə Fərəcova yerli və beynəlxalq təlim və sertifikat proqramlarında mütəmadi iştirak edərək peşəkar bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir. Türkiyə və Azərbaycanda təşkil olunan təlim və inkişaf sistemlərinin qurulması, təlim ehtiyaclarının təhlili və psixodiaqnostika sahələrində çoxsaylı ixtisasartırma proqramlarını uğurla tamamlamışdır.