QISA BİOQRAFİK MƏLUMAT
Uzun illərdir qeyri-formal təhsil, inklüzivlik və sosial inteqrasiya sahəsində fəaliyyət göstərən təlimçi, motivator və ictimai fəaldır. O, əsasən sağlamlıq imkanları məhdud olan gənclərin cəmiyyətə daha sürətli və effektiv inteqrasiyasını dəstəkləmək, inklüziv cəmiyyət anlayışını təşviq etmək istiqamətində təlimlər və maarifləndirici fəaliyyətlər həyata keçirir. İlqar Hümbətovun fəaliyyətinin mərkəzində inklüziv təhsil, motivasiya, özünə inamın formalaşdırılması və sosial baryerlərin aradan qaldırılması dayanır. Öz şəxsi həyat təcrübəsindən çıxış edərək ali və orta təhsil müəssisələrində “əlilliyin insan üçün maneə olmaması”, “həyata tutunmaq”, “uğur hekayələri” mövzularında motivasiyaedici çıxışlar və təlimlər keçirir. Bu yanaşma onun təlimlərini xüsusilə təsirli və ilhamverici edir. Bu günə qədər ölkənin müxtəlif şəhər və rayonlarında 100-dən artıq təlim və seminar təşkil edən İlqar Hümbətov minlərlə gəncin dünyagörüşünün dəyişməsinə və özünə inam qazanmasına töhfə verib. O, təlimçi kimi proqramların hazırlanması, təlimlərin təşkili, qiymətləndirilməsi və hesabatların hazırlanması proseslərini müstəqil şəkildə icra edir İlqar Hümbətov eyni zamanda Gəncə şəhərində yerləşən və Gəncə ilə ətraf rayonları əhatə edən “Fərəh” Sosial İctimai Birliyinin təsisçisi və sədridir. Birliyin əsas məqsədi fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onlar üçün imkanlar yaratmaq və cəmiyyətin bu qruplara münasibətində müsbət dəyişikliklərə nail olmaqdır. “Fərəh” SİB çərçivəsində müxtəlif təşviqedici tədbirlər, görüşlər və maarifləndirici fəaliyyətlər həyata keçirilir Peşəkar inkişafı istiqamətində İlqar Hümbətov Avropa Şurasının Gənclər Departamenti, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və digər qurumların birgə təşkil etdiyi TRAYAZE – gənclərlə işləyən təlimçilər üçün təlim (TOT) proqramında iştirak edib. O, həmçinin Gənclər və İdman Nazirliyinin 2022–2023-cü illərdə həyata keçirdiyi layihələrin məzunu olub və beynəlxalq səviyyədə Türkiyə və Polşada əlillərlə bağlı təlim və layihələrdə iştirak edərək təcrübəsini genişləndirib İlqar Hümbətovun təlim mövzularına inklüziv təhsil və dəyərlər, motivasiya, özgüvən və biznes yönümlü bacarıqlar daxildir. O, eyni zamanda güclü ünsiyyət, problem həll etmə və komandada işləmə bacarıqları ilə seçilir.