QISA BİOQRAFİK MƏLUMAT
Təhsil sahəsində liderlik və idarəetmə üzrə ixtisaslaşmış mütəxəssis, eləcə də gənc liderdir. O, Azərbaycan Dillər Universitetini və Böyük Britaniyanın Ekseter Universitetini bitirib. 2019-cu ildə NAYORA-da könüllü kimi fəaliyyətə başlayan Kamilla, illər sonra beynəlxalq gənclər təşkilatı Avropa Tələbələr Forumu - Bakının (AEGEE-Bakı) ilk qadın prezidenti (2023–2024) olaraq bu uğura imza atıb. Nyu-Yorkdan Seula qədər beynəlxalq platformalarda gənclərin səsini təmsil edən Kamilla, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) irəlilədilməsinə fəal şəkildə töhfə verir. Hal-hazırda o, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT/NAMYO) Tədqiqat Mərkəzində menecer vəzifəsində çalışır. Dörd ildən çox, bir çox dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində, həm yerli, həm də beynəlxalq auditoriyalar üçün liderlik, təhsil, rəqəmsallaşma, mədəni irs, teatr terapiyası və icma inkişafı kimi mövzuları əhatə edən təlim proqramları keçirir. Bu müddət ərzində, çoxlu Avropa ölkələrindən, eləcə də Rusiya, Gürcüstan, Afrika, Latın Amerikası və Asiyanın müxtəlif ölkələrindən olan iştirakçılarla işləmək imkanı əldə etmişdi.