- 00gün
- 00saat
- 00dəqiqə
- 00saniyə
Pearl Camp ilə Novruzu övladınız üçün unudulmaz edin!
PEARL CAMP uşaqlar və gənclər üçün təhlükəsiz, inkişafyönümlü və təbiətlə iç-içə öyrənmə mühiti yaratmaq məqsədi ilə təşkil olunub. Proqram iştirakçıların sosial bacarıqlarının gücləndirilməsi, komanda ruhunun formalaşdırılması və şəxsi potensiallarının üzə çıxarılması üzərində qurulub. Birgə fəaliyyətlər, açıq hava oyunları və mədəni ekskursiyalar vasitəsilə iştirakçılar həm fiziki aktivlik, həm də sosial ünsiyyət baxımından balanslı təcrübə qazanırlar. Düşərgə mühiti uşaqların və gənclərin bir-birini daha yaxından tanımasına, məsuliyyət hissinin formalaşmasına və müstəqil qərarvermə bacarıqlarının inkişafına imkan yaradır.
Düşərgənin əsas üstünlüklərindən biri təhsil komponentinin proqramın bütün mərhələlərinə inteqrasiya olunmasıdır. Fəaliyyətlər qeyri-formal təhsil yanaşmasına əsaslanaraq planlaşdırılıb və öyrənmə prosesini iştirakçı üçün maraqlı, tətbiqə yönəlmiş və həyatla əlaqəli edir. Komanda quruculuğu oyunları, liderlik mövzulu sessiyalar, refleksiya dairələri və təbiət əsaslı öyrənmə fəaliyyətləri vasitəsilə iştirakçılar ünsiyyət, problem həll etmə və özünüifadə bacarıqlarını inkişaf etdirirlər. Bu yanaşma öyrənməni təkcə bilik əldə etmə prosesi kimi deyil, eyni zamanda təcrübə, müşahidə və düşünmə üzərindən formalaşan davamlı inkişaf yolu kimi təqdim edir.

20 fevraladək qeydiyyat
- Çadırda və ya kənd evində yerləşmə
- Gündə 3 dəfə ana yemək
- Təlimlər və əyləncəli proqramlar
- Gündə iki dəfə çay və meyvə saatları
- Öyrədən-pedaqoqlar, düşərgə həkimi
- Sığortalanma
- Şəhər tarix ekskursiyası, bələdçi xidməti
- Bakıdan qatarla səyahət üçün bilet (gediş və dönüş)
15 martadək qeydiyyat
- Çadırda və ya kənd evində yerləşmə
- Gündə 3 dəfə ana yemək
- Təlimlər və əyləncəli proqramlar
- Gündə iki dəfə çay və meyvə saatları
- Öyrədən-pedaqoqlar, düşərgə həkimi
- Sığortalanma
- Şəhər tarix ekskursiyası, bələdçi xidməti
- Bakıdan qatarla səyahət üçün bilet (gediş və dönüş)
20 fevraladək qeydiyyat
- Çadırda və ya kənd evində yerləşmə
- Gündə 3 dəfə ana yemək
- Təlimlər və əyləncəli proqramlar
- Gündə iki dəfə çay və meyvə saatları
- Öyrədən-pedaqoqlar, düşərgə həkimi
- Sığortalanma
- Şəhər tarix ekskursiyası, bələdçi xidməti
- Bakıdan qatarla səyahət üçün bilet (gediş və dönüş)
15 martadək qeydiyyat
- Çadırda və ya kənd evində yerləşmə
- Gündə 3 dəfə ana yemək
- Təlimlər və əyləncəli proqramlar
- Gündə iki dəfə çay və meyvə saatları
- Öyrədən-pedaqoqlar, düşərgə həkimi
- Sığortalanma
- Şəhər tarix ekskursiyası, bələdçi xidməti
- Bakıdan qatarla səyahət üçün bilet (gediş və dönüş)
23 mart 2026-cı il - Gəliş, tanışlıq və uyğunlaşma günü
Düşərgənin ilk günü iştirakçıların bir-biri ilə tanış olması, mühitə alışması və komanda ruhunun formalaşması üçün nəzərdə tutulub. Uzun yolçuluqdan sonra yerləşmə prosesi həyata keçirilir və tanışlıq dairəsi vasitəsilə ilk ünsiyyət qurulur. Gün ərzində keçirilən oyunlar və açıq hava fəaliyyətləri iştirakçıların bir-birini daha yaxından tanımasına, birlikdə hərəkət etmə vərdişlərinin formalaşmasına kömək edir. Axşam proqramı isə günün yekunu olaraq iştirakçıların təəssüratlarını paylaşdığı, səmimi və rahat mühit yaradan birgə fəaliyyətlərlə davam edir.
Günün proqramı:
07:30 – 08:00 — Toplanış (Bakı Dəmiryolu Vağzalı)
08:30 – 11:51 — Qatarla Bakıdan Gəncəyə, daha sonra Göygölə gediş
12:20 – 13:25 — Çatmaq, yerləşmə və tanışlıq dairəsi (Welcome Circle & Icebreakers)
13:25 – 14:20 — Nahar
14:20 – 14:50 — Asudə vaxt
14:50 – 18:20 — Fəaliyyətlər bloku:
• Tanışlıq və komanda oyunları
• Komanda quruculuğu fəaliyyəti (Team Building Games)
• Açıq hava aktiv oyunları
• Təbiətlə ilkin tanışlıq yürüşü
18:20 – 19:00 — Asudə vaxt
19:00 – 20:00 — Şam yeməyi
20:00 – 20:30 — Sərbəst vaxt
20:30 – 22:30 — Axşam proqramı: Tanışlıq gecəsi, refleksiya və oyunlar
22:30 — Yuxu saatı
24 mart 2026-cı il - Bacarıqlar, liderlik və yaz fəaliyyəti günü
Düşərgənin ikinci günü daha aktiv və məzmunlu proqramla davam edir. Bu gün iştirakçıların liderlik bacarıqlarının inkişafı, komanda daxilində rol bölgüsü və problem həll etmə qabiliyyətlərinin gücləndirilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Günün birinci yarısı yaz mövsümünə uyğun təbiət yürüşü və müşahidə fəaliyyətlərinə, ikinci yarısı isə praktiki bacarıqlar, idman və yaradıcılıq əsaslı oyunlara həsr olunur. Axşam proqramı isə günün emosional yekunu kimi tonqal ətrafında təşkil olunur.
Günün proqramı:
07:30 – 08:00 — Oyanış və səhər hazırlığı
08:00 – 08:40 — Səhər yeməyi
08:40 – 09:00 — Günə hazırlıq və briefing
09:00 – 12:30 — Fəaliyyətlər bloku I:
• Yaz yürüşü və təbiət müşahidəsi
• Ekoloji tapşırıqlar və açıq hava oyunları
• İngilis dili fəaliyyəti: “Nature & Team Communication”
12:30 – 13:00 — Meyvə və çay fasiləsi
13:00 – 14:00 — Nahar
14:00 – 14:30 — Asudə vaxt
14:30 – 18:00 — Fəaliyyətlər bloku II:
• Liderlik növləri üzrə sessiya
• Komanda işi və problem həll etmə oyunları
• Pionering fəaliyyəti (skaut bacarıqları)
• İdman fəaliyyətləri (voleybol, stolüstü tennis, bilyard)
18:00 – 18:30 — Asudə vaxt
18:30 – 19:30 — Şam yeməyi
19:30 – 20:00 — Sərbəst vaxt
20:00 – 22:00 — Axşam proqramı: Tonqal ətrafında oyunlar, musiqi və refleksiya
22:30 — Yuxu saatı
25 mart 2026-cı il - Ekskursiya, yekun və geri dönüş günü
Düşərgənin son günü iştirakçıların həm istirahət, həm də mədəni tanışlıq imkanlarını bir araya gətirir. Gün ərzində planlaşdırılan ekskursiya proqramı vasitəsilə iştirakçılar Göygöl və ətraf ərazilərin tarixi və mədəni irsi ilə yaxından tanış olurlar. Yekun görüşdə düşərgə boyunca əldə edilən təcrübələr paylaşılır, təəssüratlar dinlənilir və rəsmi bağlanış həyata keçirilir. Günün sonunda düşərgə ərazisi ilə vidalaşılır və iştirakçılar geri dönüş üçün yola düşürlər.
Günün proqramı:
07:30 – 08:00 — Oyanış və səhər hazırlığı
08:00 – 08:45 — Səhər yeməyi
08:45 – 09:15 — Yığışma və ekskursiyaya hazırlıq
09:15 – 13:00 — Ekskursiya proqramı:
• Yeraltı Zirzəmi
• Viktorun Ev Muzeyi
• Tarix-Diyarşünaslıq Muzeyi
13:00 – 14:00 — Nahar
14:00 – 16:30 — Yekun görüş:
• Qiymətləndirmə və refleksiya
• Təəssürat paylaşımı
• Sertifikatların təqdimatı
16:30 – 17:00 – Çay və meyvə fasiləsi
17:00 – 17:30 — Düşərgə ərazisindən çıxış və vağzala yola düşmə
18:00 — 21:51 Qatarla Gəncədən Bakıya geri dönüş
Düşərgəyə gediş 23 mart tarixində qatarla həyata keçiriləcək. Çıxış Bakı Dəmiryolu Vağzalından saat 08:00-da planlaşdırılıb, Gəncə şəhərinə çatma saatı 11:51-dir.
Geri dönüş 25 mart tarixində baş tutacaq. Düşərgədən çıxış saat 17:00-da nəzərdə tutulur, qatar isə Gəncə Dəmiryolu Vağzalından saat 18:00-da hərəkət edəcək və Bakı şəhərinə 21:51-də çatacaq.

Toplanma məkanı:
Məsul şəxs: Elşən Şükürov
+994 55 620 37 74
Məkan: Göygöl Skaut Fəaliyyətləri Mərkəzi
Oxu sənədləri
Vacib sənbədlər
- FEA-valideyn kontrakt (yüklənəcək)
- Valideyn razılıq ərizəsi
- Foto-video çəkilişlə bağlı razılıq sənədi

























