QISA BİOQRAFİK MƏLUMAT
Çox illik beynəlxalq təcrübəyə malik hüquqşünasdır. O, dünyanın ən böyük sığorta şirkətin- Allianzda hüquqşünas kimi fəaliyyət göstərib. Hazırda beynəlxalq hüquq şirkəti BM Morrison Partners-da Senior Partynorun müşaviri kimi biznesin inkişafı ilə əlaqəli fəaliyyətini davam etdirir. O eyni zamanda hüquq sahəsində fəaliyyətini SME Hüquq şirkətində Deputy Manager kimi davam etdirir. O Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, Almaniyada hüquq üzrə magistr təhsili alıb və eyni zamanda ABŞ-ın Pensilvaniya ştatında mübadilə təhsili alıb. Onun tədqiqat sahələrinə COP29, müqavilə hüququ və beynəlxalq hüquq daxildir. Bunlarla yanaşı, Rəhim Abasov ELSA Azərbaycanda Peşəkar İnkişaf üzrə vitse prezident (2021/22) və Prezident (2022/23) kimi fəaliyyət göstərib.