Skip to content
  • Əsas
  • Birlik
    • Təhsil fəlsəfəmiz
    • Struktur
      • Struktur
      • Komandamız
      • Meşə təhsili qrupları
      • Təlimçilər bazası
    • Proqramlar
      • Summer School
  • Media
    • Paylaşımlar
    • Müəlliflər
    • Məqalələr
    • Press-reliz
    • Sənədlər
      • Vəsaitlər
      • Siyahətlər
        • Bütün siyasətlər
        • Qeyri-formal təhsil Siyasəti
        • Sağlamlıq və təhlükəsizlik Siyasəti
        • Uşaqların müdafiəsi və təhlükəsizliyi üzrə Siyasət
        • Bərabər imkanlar və inklüzivlik Siyasəti
        • Ödənişlər və maliyyə qaydaları üzrə Siyasət
        • Şəxsi məlumatların qorunması Siyasəti
        • Evdə öyrənmə Siyasəti
      • Qaydalar
        • Bütün qaydalar
        • Struktur haqqında Qaydalar
        • Daxili nizam-intizam və etik davranış qaydaları
        • Ləpirçilər üçün davranış qaydaları və etik prinsiplər
        • Risklərin qiymətləndirilməsi üzrə Təlimat
        • Təbiətdə davranış Qaydaları
        • VTB haqqında Əsasnamə
  • FAQ
cropped empty.png
  • Əsas
  • Birlik
    • Təhsil fəlsəfəmiz
    • Struktur
      • Struktur
      • Komandamız
      • Meşə təhsili qrupları
      • Təlimçilər bazası
    • Proqramlar
      • Summer School
  • Media
    • Paylaşımlar
    • Müəlliflər
    • Məqalələr
    • Press-reliz
    • Sənədlər
      • Vəsaitlər
      • Siyahətlər
        • Bütün siyasətlər
        • Qeyri-formal təhsil Siyasəti
        • Sağlamlıq və təhlükəsizlik Siyasəti
        • Uşaqların müdafiəsi və təhlükəsizliyi üzrə Siyasət
        • Bərabər imkanlar və inklüzivlik Siyasəti
        • Ödənişlər və maliyyə qaydaları üzrə Siyasət
        • Şəxsi məlumatların qorunması Siyasəti
        • Evdə öyrənmə Siyasəti
      • Qaydalar
        • Bütün qaydalar
        • Struktur haqqında Qaydalar
        • Daxili nizam-intizam və etik davranış qaydaları
        • Ləpirçilər üçün davranış qaydaları və etik prinsiplər
        • Risklərin qiymətləndirilməsi üzrə Təlimat
        • Təbiətdə davranış Qaydaları
        • VTB haqqında Əsasnamə
  • FAQ
cropped empty.png
Təlimçilər
Qeydiyyat
Ruslan Hasanov
RUSLAN HASANOV 🇦🇿 🇹🇷

RUSLAN HƏSƏNOV

TƏLİMÇİ/ FASİLİTATOR

Azərbaycan Respublikası, Biləsuvar rayonu 🇦🇿

ruslan.hasanov@forestedu.az

+994 70 337 79 09

ID FEA-VTB-2026/016

CV yüklə
VTB Şəhadətnamə
QISA BİOQRAFİK MƏLUMAT
Bədii yaradıcılıq, dekorativ tətbiqi sənət, STEAM yanaşmaları və qeyri-formal təhsil sahələrində uzunillik təcrübəyə malik təlimçi və pedaqoqdur. O, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dekorativ tətbiqi sənət (bədii metal, zərgərlik) ixtisası üzrə bitirmiş və 2002-ci ildən etibarən fasiləsiz olaraq təhsil və yaradıcılıq sahəsində fəaliyyət göstərir. Peşəkar fəaliyyəti çərçivəsində Uşaq İncəsənət Məktəbində Rəssamlıq Şöbəsinin müdiri, dərs hissə müdiri, 2012-ci ildən etibarən isə Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça–Məktəb–Lisey kompleksində bədii yaradıcılıq, rəssamlıq və texnologiya fənlərinin müəllimi kimi çalışmışdır. Eyni zamanda kompleks tədbirlərində quruluşçu rəssam, STEAM üzrə baş müəllim, 2019-cu ildən isə sosial iş və tyutor fəaliyyəti şöbəsinin müdiri (orta məktəblərdə tərbiyə işləri üzrə direktor müavini) kimi fəaliyyət göstərir. Ruslan Həsənov respublika səviyyəli bir sıra sərgilərin iştirakçısıdır. O, 2003-cü ildə “Narkomaniya əsrimizin bəlasıdır”, 2005-ci ildə “Antinarkotizm” mövzusunda karikatura sərgisi, 2006-cı ildə isə “Ümumrespublika plakat sərgisi”ndə iştirak etmişdir. 2002-ci ildən etibarən reklam və dizayn sahəsində, 2003–2006-cı illərdə isə rayon mədəniyyət evinin rəssamlıq emalatxanasında yaradıcılıq fəaliyyəti göstərmişdir. Təhsil mühitində innovativ yanaşmaları ilə seçilən Ruslan Həsənov liseydə fəaliyyəti dövründə “Tullantıdan məişətə” və “Qış bağı” kimi ekoloji və tətbiqi layihələrin müəllifi olmuşdur. O, interaktiv təlim texnologiyaları, rəqəmsal və STEAM əsaslı yanaşmalar üzrə çoxsaylı ixtisasartırma və beynəlxalq təlimlərdə iştirak etmişdir. 2014-cü ildən etibarən Azərbaycan Skaut Assosiasiyasının fəal üzvü, 2016-cı ildən isə Biləsuvar şəhəri üzrə müvəkkili kimi könüllü fəaliyyət göstərir. 2015-ci ildən bu günədək ölkə daxilində və beynəlxalq səviyyədə təlimçi kimi çıxış edir, WONDERLAND beynəlxalq skaut düşərgələrində hər il təlimçi qismində iştirak edir. Türkiyə və Belarusda təlimçi kimi fəaliyyət göstərmiş, müxtəlif beynəlxalq layihələr üzrə mütəmadi dəvətlər almışdır. Xarici təcrübəsi Türkiyə, İran, Gürcüstan, Rusiya və Belarus ölkələrini əhatə edir. Ruslan Həsənov STEAM, ebru sənəti, dekorativ tətbiqi sənət, rəssamlıq, skautinq və tullantılardan yaradıcılıq istiqamətlərində təlimçi kimi fəaliyyətini davam etdirir.
TƏLİMÇİLƏR BAZASINA QAYIT

ŞƏHADƏTNAMƏLƏR

Təlimçinin sahəsinə uyğun sertifikasiya sənədləri

TƏLİM MÖVZULARI

Təlimçinin tədris edə biləcəyi mövzular
  • STEAM yanaşmaları əsasında yaradıcı düşüncənin inkişafı, inteqrativ təhsil metodları və praktik layihələrin hazırlanması
  • Ebru sənətinin əsas texnikaları, yaradıcılıq prosesində rəng, su və formanın tətbiqi və sənət vasitəsilə ifadə bacarıqlarının inkişaf etdirilməsi
  • Dekorativ tətbiqi sənətin əsas istiqamətləri, materiallarla işləmə bacarıqları və funksional-bədii məhsulların hazırlanması
  • Rəssamlıq üzrə əsas texnika və üslublar, vizual ifadə, kompozisiya və estetik düşüncənin formalaşdırılması
  • Çölçü və skautinq fəaliyyəti, açıq hava təlimləri, komanda işi və təbiət əsaslı öyrənmə yanaşmaları
  • Tullantılardan məişət və tətbiqi məhsulların hazırlanması, təkrar istifadə, ekoloji düşüncə və davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması

KİTABLAR VƏ ELMİ ƏSƏRLƏR

Təlimçinin qeyri-formal təhsil sahəsində kitabları və elmi əsərləri

"Forest Education Azerbaijan" qeyri-formal təhsil birliyi

Sürətli keçidlər

  • Əsas səhifə
  • Haqqımızda
  • Proqramlar

Sosial mediada

  • Facebook
  • X Twitter
  • Linkedin
  • Instagram

Faydalıdır

  • Elm və Təhsil Nazirliyi
  • ARTİ
  • TKTA

Xəbərlərə abunə olun

Xəbərlərə abunə olaraq bütün yeniliklərdən, düşərgə və təlimlərimizdən xəbərdar ola bilərsiniz!

© 2020-2026 “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyi. Bütün hüquqlar qorunur.