QISA BİOQRAFİK MƏLUMAT
2015-ci ildən etibarən coğrafiya müəllimi kimi fəaliyyət göstərir. Bakı Dövlət Universitetində Coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil almış, hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment ixtisası üzrə ikinci ali təhsilini davam etdirir. Təhsil sahəsində müəllimlik fəaliyyəti ilə yanaşı, kurikulumun tətbiqi, analitik düşünmə və nəticəyönümlü tədris yanaşmaları üzrə praktiki təcrübəyə malikdir. 2019-cu ildən etibarən qeyri-hökumət təşkilatlarında könüllü əsaslarla mentor, fasilitator, koordinator və təlimçi kimi fəaliyyət göstərir. Azərbaycan Skautlar Assosiasiyasının (ASA) üzvü olmaqla yanaşı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü və Gənc Coğrafiya Müəllimləri Birliyinin (GCMB) sədridir. Liderlik, layihə idarəetməsi, süni intellekt, rəqəmsal savadlılıq və kibertəhlükəsizlik sahələrində Oxford University (Saïd Business School), Queen Mary University of London, IBM, Cisco və digər nüfuzlu beynəlxalq qurumların beynəlxalq və peşəkar sertifikatlarına malikdir.