QISA BİOQRAFİK MƏLUMAT
14 ildən artıq peşəkar iş təcrübəsinə malikdir və bu müddət ərzində Daxili İşlər Orqanları, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də EducationUSA kimi nüfuzlu qurumlarda fəaliyyət göstərmişdir. Layihələrin idarə edilməsi, rəqəmsal bacarıqlar və karyera planlaması üzrə çoxsaylı beynəlxalq və yerli təlim sessiyalarında iştirak etmişdir. Hazırda fəaliyyətini Almaniyada freelancer Karyera İnkişafı üzrə Mütəxəssis kimi davam etdirir. Son beş il ərzində xüsusilə karyera inkişafı sahəsində peşəkar təlimçi kimi fəaliyyət göstərən Şərqiyyə Mahmudzadə təlimlərini Azərbaycan, türk və alman dillərində aparır. O, beynəlxalq təcrübəyə xüsusi önəm verərək Türkiyə, Fransa, Almaniya, Belçika, Hollandiya və İsveçrə kimi ölkələrdə müxtəlif layihələrdə iştirak etmişdir. Onun əsas məqsədi gənclərin və mütəxəssislərin potensialını kəşf etmələrinə, rəqəmsal dövrün tələblərinə uyğun davamlı və məqsədyönlü karyera qurmalarına dəstək olmaqdır.