Qısa bioqrafik məlumat
Uzun illərdir gənclərlə iş, qeyri-formal təhsil, intellektual oyunların təşkili, ictimai layihələrin idarə olunması və könüllülük hərəkatı sahələrində 15 ildən artıq geniş təcrübəyə malikdir. Dövlət qurumları, özəl müəssisələr və müxtəlif QHT-lərlə əməkdaşlıq fəaliyyəti göstərərək fərdi inkişaf, komanda quruculuğu, kommunikasiya və ünsiyyət, aktiv dinləmə, layihə təkliflərinin hazırlanması, natiqlik, debat, skautinq, psixoloji dəstək və motivasiya, sağlam həyat tərzinin təbliği, idman oyunlarının təşkili, ictimai maarifləndirmə, eyni zamanda intellektual oyunlar mövzularında layihələrin təşkilatçısı və icraçısı kimi çıxış etmişdir. Peşəkar fəaliyyətində gənclərlə iş sahəsində dövlət qulluğunda, uzun müddət təhsil sistemində çalışmışdır. “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədridir. Peşəkar fəaliyyəti ilə yanaşı, təlimçi kimi gənclər üçün liderlik, könüllülük, komanda işi, layihələrin idarə edilməsi, ictimai ünsiyyət, natiqlik, böhran vəziyyətlərinin idarə edilməsi, məktəb rəhbərləri üçün idarəetmənin əsasları, psixi sağlamlıq mövzularında təlim və seminarlar keçmişdir. Beynəlxalq səviyyədə Gürcüstan, Böyük Britaniya, İrlandiya, ABŞ-da keçirilmiş forum, konfrans və təlim proqramlarında iştirak etmişdir. Ramin Mahmudov qeyri-formal təhsil, ictimai fəallıq və gənclərlə iş sahəsində təlimçi və ekspert kimi fəaliyyətini davam etdirir.