Qeyri-formal təhsili ölkədə dirçəltməyə dəstək oluruq

  • 00gün
  • 00saat
  • 00dəqiqə
  • 00saniyə

Forest Education Azerbaijan təbiət əsaslı öyrənmə, ekoloji savadlılıq və gənclərin inkişafı üçün innovativ qeyri-formal təhsil imkanları yaradır.

Forest Education olaraq biz kimik?

Gələcəyi təbiətlə birgə qurmaq bizim istəyimizdir.

Forest Education Azerbaijan ekoloji düşüncənin, meşə və biomüxtəliflik biliklərinin cəmiyyətə ötürülməsi məqsədi ilə yaradılmış qeyri-formal təhsil birliyidir. Biz uşaqlar, gənclər və icmalar üçün praktik, interaktiv və sahə əsaslı öyrənmə təcrübələri təqdim edirik.

Vizyonumuz

Təbiətlə harmoniyada düşünən, ekoloji savadlı və məsuliyyətli fərdlərdən ibarət bir cəmiyyətin formalaşmasına töhfə verən, qeyri-formal təhsil sahəsində ölkə üzrə nümunəvi bir platforma olmaq

Missiyamız

Birlik olaraq missiyamız təbiət, meşə və biomüxtəliflik mövzularında qeyri-formal təhsil vasitəsilə ləpirçilərin səriştə və məsuliyyətini artırmaq; praktik, interaktiv və sahə əsaslı öyrənmə imkanları yaratmaqdır.

Bizim proqramlarımız

Hər bir ləpirçi və hər kəs üçün unikal proqramlar

Meşə və ekoloji maarifləndirmə

Uşaqlar və gənclər üçün meşə ekosistemləri, biomüxtəliflik və təbiətin qorunması mövzularında interaktiv və sahə əsaslı təlimlər

Təbiət elmləri üzrə praktik təlimlər

Biologiya, ekologiya və ətraf mühit mövzularında təcrübə, müşahidə və layihə əsaslı öyrənmə proqramları

Açıq hava və ekspedisiyalar

Təbiətdə düşərgələr, yürüşlər və müşahidə turları vasitəsilə öyrənmə, komanda işi və liderlik bacarıqlarının inkişafı

Davamlı inkişaf və yaşıl bacarıqlar

İqlim dəyişikliyi, davamlı həyat tərzi və yaşıl düşüncə mövzularında maarifləndirici və praktik proqramlar.

Könüllülük və icma proqramları

Gənclərin ictimai fəallığını artıran, yerli icmalarla birgə həyata keçirilən ekoloji və sosial təşəbbüslər.

Qeyri-formal təhsil sahəsində elmi işlər

Qeyri-formal təhsil modellərinin effektivliyinin araşdırılması, təhsil metodlarının təsir ölçümü və tədqiqatların aparılması.

Metodiki və praktiki vəsait qeyri-formal təhsil sahəsində çalışan təlimçilər üçün nəzərdə tutulmuş geniş metodik bələdçi, müxtəlif istiqamətlərdə təlim sessiyaları təşkilatçıları, təlimçi və fasilitatorlar, gənclərlə işləyən mütəxəssislər, sosial layihə rəhbərləri, təhsil təşkilatçıları və könüllü fəaliyyət koordinasiyaçıları, o cümlədən də təhsilin müxtəlif səviyyələrinqəümumi orta və ali təhsil müəllimləri üçün də qiymətli praktik qaynaqdır.

TƏLİMÇİNİN ƏL KİTABI qeyri-formal təhsildə

Vəsaitdə qeyri-formal təhsilin nəzəri əsaslarından başlayaraq, təlimçi səriştələri, öyrənmə üslubları, təlimin planlaşdırılması, fasilitasiya üsulları, qiymətləndirmə metodları, münaqişələrin idarə olunması və media savadlılığı kimi mövzular geniş şəkildə işıqlandırılır. Oxucular burada 250-dən çox müxtəlif interaktiv fəaliyyət nümunələri, oyunlar, hərəkətləndiricilər və təlim sessiyalarının və təlimin qurulmasında onlara lazım olacaq praktiki sənəd formaları da tapa bilərlər. Kitabın əsas üstünlüyü nəzəri biliklərlə yanaşı, dərhal tətbiq oluna biləcək praktik alətləri təqdim etməsidir.

TƏLİMÇİNİN ƏL KİTABI qeyri-formal təhsildə

Vəsait təlimlərin daha yaradıcı, iştirakçı yönümlü və nəticəyönümlü keçirilməsinə imkan yaradır. Eyni zamanda yerli təcrübələr və gənclərlə işdə istifadə oluna biləcək real nümunələr kitabın dəyərini artırır. Belə ki, təlimçilər, təhsil işçiləri və bu qəbildən olan peşə sahibləri kitabı gündəlik yol yoldaşı kimi öz çantalarında gəzdirə, lazımi məqamlarda rahat şəkildə istifadəm edə bilir.

TƏLİMÇİNİN ƏL KİTABI qeyri-formal təhsildə

Kitabın müəllifləri uzun illərdir təlimçilik, gənclərlə iş və təhsil sahəsində fəaliyyət göstərən Zamin Məmmədov, Ülvi Məmmədov və Elnur Arifzadədir. Onlar müxtəlif beynəlxalq proqram, forum, təlim kursları və yerli layihələrdə təlimçiliklə bağlı qazandıqları zəngin təcrübəni bu nəşrdə bir araya gətiriblər.

TƏLİMÇİNİN ƏL KİTABI qeyri-formal təhsildə

Niyə bizimlə olmalısınız?

Elmi bilikləri praktik təcrübəyə çeviririk

Forest Education Azerbaijan elmi araşdırmalarla qeyri-formal təhsil metodlarını birləşdirərək öyrənməni daha effektiv, ölçüləbilən və davamlı edir. Biz biliklərin real mühitdə tətbiqinə və cəmiyyət üçün dəyər yaratmasına fokuslanırıq.

Elmi yanaşma

Proqramlarımız elmi metodologiya, tədqiqat nəticələri və sübuta əsaslanır

Təbiət əsaslı öyrənmə

Öyrənmə prosesi real ekosistemlərdə, müşahidə və təcrübə üzərindən aparılır

Təsirin ölçülməsi

Təsir qiymətləndirmə və analitik yanaşma ilə ölçülür və təkmilləşdirilir

İctimai əməkdaşlıq

Yerli və beynəlxalq tərəfdaşlarla təhsil və icma əsaslı layihələr baş tutur

Dəyərləndirmələr

Onlar bizimlə bağlı belə düşünürlər

Övladımın təbiətə münasibəti tam dəyişib. Forest Education Azerbaijan sayəsində o, sadəcə öyrənmir, təbiəti anlayır və qorumağın vacibliyini dərk edir.

Səbuhi Cümşüdlü Valideyn

Tədbirin təşkilində və icrasında əməyi olan hər bir təlimçiyə dərin təşəkkürümüzü bildiririk. Gələcəkdə də uşaqlar üçün faydalı və maraqlı təlimlərlə fəaliyyətlərini davam etdirmələrini arzulayırıq.

Aytən Səfərli Valideyn

Arzu edirəm ki, düşərgələrimiz 3 yox, 4 günlük olsun. Dostlarımızla unudulmaz zaman keçirməkdən doymuruq!

Ayan Hacızadə Düşərgə iştirakçısı

Bu platformada təlimçi kimi iştirak etmək mənə imkan verir ki, bilikləri real mühitdə tətbiq edim. İştirakçıların öyrənmə prosesi həqiqətən ilhamvericidir.

Namiq Əzizov Təlimçi

İndi başlayaq?

Öyrədici və mənalı bir yolçuluğa başla

Forest Education Azerbaijan ilə uşaqlar təbiəti tanıyır, öyrənir və qorumağı dərk edir. Qeyri-formal təhsil və praktik fəaliyyətlər vasitəsilə onların bilikləri bacarıqlara, maraqları isə dəyərlərə çevrilir.