Stereotipləri qıran müəllim Səkinə Həsənova ilə – müsahibə

A teacher who breaks stereotypes, embraces innovation, and inspires students by simply being authentic. Interview with Sakina Hasanova

— (@foresteducation.bsky.social) 2026-02-21T10:28:52.647Z

Əməkdaşımızın Səkinə Həsənova ilə hazırladığı müsahibə müəllimlik peşəsinə fərqli baxışın, stereotipləri sındırmağın və “özün olaraq öyrətməyin” hekayəsidir. 12 ildən artıq pedaqoji təcrübəyə malik olan müəllim, ən azad və yaradıcı hiss etdiyi “Wolder” məktəbindəki fəaliyyətindən başlayaraq, müasir texnologiyaların dərs prosesinə inteqrasiyasına, sosial medianın imkanlarından düzgün istifadə etməyə və sağlam sərhədlər qurmağa qədər bir çox mühüm məqamlara toxunur. O vurğulayır ki, fərq yaratmaq üçün fərqli görünmək deyil, daim öyrənmək, yenilikləri izləmək və şagirdlərlə eyni dalğada olmaq vacibdir. Səkinə Həsənova üçün müəllimlik sadəcə bilik ötürmək deyil, həm də motivasiya vermək, nümunə olmaq və cəmiyyətə iz qoymaq missiyasıdır.

Müsahibəni sizə olduğu kimi yazılı təqdim edirik:

Aysu Məmmədova: Salam, Səkinə xanım. Sizi yenidən görmək çox xoşdur. Vaxt ayırıb müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik.

Səkinə Həsənova: Salam, xoş sözləriniz üçün təşəkkür edirəm. Mən dəvətinizə məmnuniyyətlə qatıldım. Təhsil haqqında danışmaq və təcrübə paylaşmaq hər zaman mənim üçün hər zaman və hər yerdə dəyərlidir.

Aysu Məmmədova: Müəllim kimi işə başladığınız ilk gündən indiyə qədər sizə ən çox təsir edən təcrübə hansıdır?

    <svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Foto: Səkinə Həsənova

    Səkinə Həsənova: İşə başladığım gündən bu yana ən çox təsir edən təcrübəm peşə məktəbində keçirdiyim 2 aylıq dövr olub. Həmin müddətdə fərqli sistemdə işlədim. Xüsusilə “Wolder” məktəbində çalışdığım dövr məni müəllim olaraq ən azad hiss etdiyim yer idi. Orada imtahan stresi yox idi, rəhbərlik müəllimə dəstək yönümlü yanaşırdı, uşaqlar rahat və stressiz idilər. Bu günə qədər mənə ən çox təsir edən mühit məhz orası olub. Kreativ ideyalarımı sərbəst şəkildə reallaşdıra bilirdim. Kimya müəllimi olaraq həmin 2 ay mənim üçün çox dolu və məhsuldar keçdi. Hər anından zövq aldım.

    Aysu Məmmədova: Siz “stereotipləri qıran müəllim” kimi tanınırsınız, bunu necə bacarmısınız?

      Səkinə Həsənova: Düşünürəm ki, cəmiyyətimizdə müəllimlər haqqında çox stereotiplər mövcuddur. Biz bəzən unuduruq ki, işlədiyimiz nəsil dəyişib və onlara yanaşma da fərqli olmalıdır. Mən özüm olmağı seçdim. Sərt çərçivələr içində qalmağı yox, uşaqlarla eyni dalğada olmağı seçdim. Düşünürəm ki, məni stereotipləri qıran müəllim kimi göstərən əsas səbəb də budur.

      Aysu Məmmədova: Necə fərq yaradan müəllim olmaq olar və siz bunu sinifdə necə tətbiq edirsiniz?

        <svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Foto: Səkinə Həsənova

        Səkinə Həsənova: Əslində fərq yaradan müəllim olmaq o qədər də çətin deyil. Daim yeniliklərin arxasınca getmək, araşdırmaq və öyrənmək lazımdır. Müəllim “həyat boyu öyrənən” şəxs olmalıdır. Hər nəsil öz yeniliklərini gətirir. Onların maraq dairəsini, dilini, zarafat tərzini bilmək böyük üstünlükdür. Mən sinifdə bunu tətbiq etməyə çalışıram. Bilmədiyim mövzuları soruşuram, öyrənirəm, şagirdlərlə maraqlanıram. Amma açıq desəm, “fərq yaradan müəllim” anlayışı mənə çox da yaxın deyil. Məncə, əsas olan fərqli görünmək deyil, özün ola bilməkdir. Hər müəllim unikaldır.

        Aysu Məmmədova: Müasir texnologiyaları və sosial medianı dərs prosesinə daxil edərkən hansı çətinliklərlə üzləşirsiniz?

          Səkinə Həsənova: Müasir texnologiyaları dərsə tətbiq etmək mənim üçün çətin olmayıb. Həmişə yenilikləri dərslərimə gətirməyə çalışmışam. Məncə, istifadə etdiyimiz hər alətin məqsədini və dəyərini bilməliyik. Ondan sonra onu şagirdlərə ötürə bilərik. İlk videolarım sadəcə telefonu qoyub özümü çəkməklə başlamışdı. Onları səhifəmdə paylaşanda düşünmək olardı ki, valideyn və şagirdlərlə sərhəd problemi yaşana bilər. Amma belə bir problem olmadı. Düşünürəm ki, bunun səbəbi sinifdə əvvəldən sağlam sərhədlər qoymağım idi. Şagirdlər bilirdilər ki, müəllimin Instagram hesabının olması o demək deyil ki, istənilən vaxt yaza bilərlər. Onlar nə zaman və necə yazmalı olduqlarını bilirdilər. Şəxsi olaraq heç bir problem yaşamamışam.

          Aysu Məmmədova: Tələbələrin motivasiyasını artırmaq üçün ən effektiv metodlarınız hansılardır?

            Səkinə Həsənova: 12 ildən artıq təcrübəm olmasına baxmayaraq, hər dərsə hazırlaşıram və araşdırıram. Mövzunu real həyatla əlaqələndirməyə çalışıram. Çünki mövzu həyatla bağlananda şagird üçün daha maraqlı olur. Düşünürəm ki, müəllim özü motivasiyalı olmalıdır. Müəllim enerjisizdirsə, uşaqlar bunu dərhal hiss edirlər. Həmçinin, şagirdlərlə ayaqlaşmağa çalışıram və dərslərimi daha maraqlı etmək üçün texnologiyadan istifadə edirəm. Bu metodlar mənə həmişə kömək edib.

            Aysu Məmmədova: Sizcə, müəllimin şəxsi inkişafı və davamlı təhsili tələbələrə necə təsir göstərir?

              Səkinə Həsənova: Əgər müəllim şəxsi inkişafının nəticələrini tələbələrlə bölüşə bilirsə və öyrəndiklərini tətbiq edirsə, nəticə mütləq müsbət olur. Məsələn, hazırda təqdimat platformalarını öyrənirəm, istifadə edirəm və bu barədə təlimlər keçirəm. Tələbələrim bundan faydalanırlar. Məni izləyən müəllimlər də istifadə edib işlərini asanlaşdırırlar. Şəxsi inkişaf sadəcə sertifikat toplamaq deyil. Əsas məsələ öyrəndiklərini tətbiq etməkdir. Təlim, konfrans və layihələrdən qazandıqlarını praktikada istifadə edə bilirsənsə, nəticəni tələbələr mütləq görəcəklər.

              Aysu Məmmədova: Müəllimlərin fərq yaratması üçün hansı xüsusiyyətlər əsasdır? Sizdə bu xüsusiyyətlər necə formalaşıb?

                <svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M616-242q-27 1-51.5 1.5t-43.5.5h-41q-71 0-133-2-53-2-104.5-5.5T168-257q-26-7-45-26t-26-45q-6-23-9.5-56T82-447q-2-36-2-73t2-73q2-30 5.5-63t9.5-56q7-26 26-45t45-26q23-6 74.5-9.5T347-798q62-2 133-2t133 2q53 2 104.5 5.5T792-783q26 7 45 26t26 45q6 23 9.5 56t5.5 63q2 36 2 73v17q-19-8-39-12.5t-41-4.5q-83 0-141.5 58.5T600-320q0 21 4 40.5t12 37.5ZM400-400l208-120-208-120v240Zm360 200v-80h-80v-80h80v-80h80v80h80v80h-80v80h-80Z"/></svg> Tələbə gənclərin uğur hekayələri – Səkinə Həsənova MAGTV

                Səkinə Həsənova: Müəllimin özü olması əsasdır. Daim inkişafda olması da əsasdır. Bu xüsusiyyətlər zamanla formalaşır. Heç kim universiteti bitirən kimi hər şeyi bilmir. Araşdırmaq lazımdır. Müəllim daim axtarışda olmalı və informasiyanı təhlil etməyi bacarmalıdır. İnternet dövründə informasiya çoxdur, mən buna “informasiya bataqlığı” deyirəm. Bu bataqlıqda doğru məlumatı seçməyi bacarmaq vacibdir. Bu xüsusiyyətlər müşahidə etməklə, öyrənməklə, tətbiq etməklə və sual verməklə formalaşır. Müəllim həyat boyu öyrənən şəxs olmalıdır. Əgər kimsə “mən hər şeyi bilirəm” deyirsə, o artıq inkişaf etmir.

                Aysu Məmmədova: Sosial mediada təhsil mövzusunda aktiv olmaq sizə nə qazandırdı və tələbələrlə münasibətə necə təsir göstərdi?

                  <svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Foto: Səkinə Həsənova

                  Səkinə Həsənova: Düşünürəm ki, qazanan mən yox, cəmiyyət oldu. Çünki bir çox gənc müəllim və tələbə yazır ki, əvvəllər müəllim olmaq istəmirdilər. Amma məni izlədikdən sonra fikirləri dəyişib. Təlimlərə qatılıb, konsultasiyalarda iştirak edib və artıq müəllimliyə başlayıblar. Bu məni çox sevindirir. Çünki həmin şəxslərin həqiqətən potensiallı və savadlı olduğunu görürəm. İnanıram ki, gələcəkdə güclü kadrlar olacaqlar. Şəxsi olaraq qazandığım isə mənəvi məmnunluqdur. Bir iz qoymaq hissi. Sosial mediada balansı qorumağa çalışmışam. Şəxsi həyatımla bağlı artıq paylaşım etməmişəm. Şagirdlərlə də sərhədlər qorunub. Qorxduğum hallar baş vermədi. Çünki əvvəldən sağlam çərçivə qoyulmuşdu.

                  Aysu Məmmədova: Gənc müəllimlərə bir cümləlik məsləhətiniz nə olar?

                    Səkinə Həsənova: Qorxmasınlar, başqalarının fikirlərinə uyğunlaşmasınlar, öz dəyərlərini tapsınlar və peşəni həqiqətən sevib-sevmədiklərini dürüst şəkildə qiymətləndirsinlər. Müəllim olmaq vicdanlı, səbirli, kommunikativ və emosional zəkanı güclü insan olmaq deməkdir. Bu asan peşə deyil. Amma neçə-neçə gəncin həyatına toxuna bilmək böyük mənəvi dəyərdir. Əgər tərəddüd varsa, əvvəlcə sınasınlar. Təcrübə qazansınlar və sonra qərar versinlər.

                    <svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Foto: Səkinə Həsənova

                    Aysu Məmmədova: Səkinə xanım, səmimi və dolğun cavablarınıza görə sizə təşəkkür edirik. Təcrübəniz və baxış bucağınızın bir çox müəllim və gənc üçün ilhamverici olacağına inanırıq.

                    Səkinə Həsənova: Mən də təşəkkür edirəm. Bu cür söhbətlər həm təcrübəni paylaşmaq, həm də öz yoluna yenidən baxmaq üçün gözəl fürsətdir. Ümid edirəm ki, dediklərim kimlərəsə faydalı olar.

                    Aysu Məmmədova: Əminik ki, olacaq. Sizə pedaqoji fəaliyyətinizdə yeni uğurlar, yaradıcı ideyalar və motivasiyalı şagirdlər arzulayırıq.

                    Səkinə Həsənova: Çox sağ olun. Mən də bütün müəllimlərə və gənclərə uğurlar arzulayıram. Öyrənməkdən və öz yolunuzu seçməkdən qorxmayın.

                    Aysu Məmmədova: Təşəkkür edirik. Sağ olun, növbəti görüşlərədək.

                    Səkinə Həsənova: Sağ olun, xoş görüşlər.

                    Aysu Məmmədova

                    Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə departamentin əməkdaşı