Könüllülükdə faydalılıq hissinin insana təsiri – köşə yazısı

Bu gün təqvimdə həftəsonu kimi görünsə də, bizim üçün adi bir iş günü idi. Səhər günə başladığımız andan etibarən gündəmdə bir neçə təhsil layihəsi, çoxsaylı müraciət və görüləcək xırda, amma əhəmiyyətli detallar vardı. “Amal xeyriyyə”nin təhsil layihələri üzrə kuratoru kimi bu günün əsas məqsədi mövcud işləri sistemləşdirmək, yeni addımları planlaşdırmaq və proseslərin ardıcıllığını təmin etmək idi.

Articles, insights, and reflections on non-formal education — from youth work and community learning to facilitation, mentoring, and learning beyond classrooms. Following practices, ideas, and conversations that shape learning in real life. www.forestedu.az/blog

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-02-02T10:54:07.540Z

Günün ilk hissəsi “KitabGəzər” layihəsi çərçivəsində başlatdığımız “Gələcəyə kitab bağışla” kampaniyasına həsr olundu. 14 fevral Beynəlxalq kitab bağışlama günü münasibətilə həyata keçirilən bu kampaniyanın daha geniş auditoriyaya çatması üçün potensial tərəfdaşlarla bağlı araşdırmalar aparıldı. Şirkətlər, məktəblər və müxtəlif təşkilatlarla əməkdaşlıq imkanları dəyərləndirildi, ilkin sənədlər hazırlandı. Bu mərhələdə əsas diqqət kampaniyanın mahiyyətinə uyğun, sosial məsuliyyətə açıq tərəfdaşların seçilməsinə yönəldi.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg>  Səidə Əlizadə

Günün davamında “Təhsilə davam” layihəsi üzrə müraciət edən mentorla müsahibəmiz baş tutdu. Bu görüş bir daha göstərdi ki, layihələrin uğuru təkcə strukturdan deyil, bu strukturu daşıyan insanların dəyərlərindən və yanaşmasından asılıdır. Mentorluq prosesində həm akademik, həm də insani tərəfin balansı müzakirə olundu. Paralel olaraq “Qızlar oxusun” layihəsi çərçivəsində dəstək göstərilən məktəbli qızların müraciətləri yenidən nəzərdən keçirildi. Eyni zamanda tələbə qızların karyera inkişafı ilə bağlı təqdim etdikləri təkliflər dəyərləndirildi. Burada əsas məqsəd yalnız qısamüddətli dəstək deyil, uzunmüddətli təsir yarada biləcək addımlar üzərində düşünmək idi. Günün ikinci yarısında komandamızın könüllü üzvləri üçün nəzərdə tutulan təlimlərlə bağlı iki mütəxəssislə ilkin danışıqlara başlanıldı. Könüllülərin hazırlanması və inkişafı bizim üçün ayrıca əhəmiyyət daşıyır. Çünki güclü könüllü komandası olmayan sosial layihələrin davamlılığı da sual altına düşür.

Gün sona yaxınlaşdıqca diqqət birinci gün keçiriləcək iclasa yönəldi. İclasda müzakirə olunacaq məsələlər sistemləşdirildi, layihə rəhbərlərinin təqdim etdiyi təkliflər üzərində işlənildi.


<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Foto: Səidə Əlizadə

Hər bir detalın əvvəlcədən düşünülməsi, iclasın daha məhsuldar keçməsi üçün vacib idi. Bəlkə də görülən işlər kənardan qısa təsvir oluna bilər, amma prosesin özü kifayət qədər vaxt, diqqət və emosional enerji tələb edir. Göndərilən hər bir mesaj, daxil olan hər bir müraciətə verilən cavab xüsusi həssaslıqla dəyərləndirilir. Könüllülük bizim üçün sosial layihələrin əsas dəyəridir. Həm komandamıza seçim zamanı, həm də sosial şəbəkələrdə apardığımız işlərdə bu dəyəri qorumağa və ətrafımıza ötürməyə çalışırıq.

Belə günlər yorucu olsa da, eyni zamanda mənalıdır. Çünki hər atılan kiçik addımın haradasa bir uşağın, bir gəncin təhsil yoluna toxunduğunu bilmək bütün bu zəhməti dəyərli edir. 💚

Səidə Əlizadə

Məqalənin müəllifi, FEA-nın SƏTƏM üzrə meneceri