Könüllülük və sosial məsuliyyət: Nəzəriyyədən praktikaya transformativ baxış
<svg xmlns="http://www.w3.org/2000/svg" enable-background="new 0 0 24 24" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><g><rect fill="none" height="24" width="24"/></g><g><g><circle cx="10" cy="9" r="4"/><path d="M16.39,15.56C14.71,14.7,12.53,14,10,14c-2.53,0-4.71,0.7-6.39,1.56C2.61,16.07,2,17.1,2,18.22V21h16v-2.78 C18,17.1,17.39,16.07,16.39,15.56z"/><path d="M20.36,1l-1.41,1.41c2.73,2.73,2.73,7.17,0,9.9l1.41,1.41C23.88,10.21,23.88,4.51,20.36,1z"/><path d="M17.54,10.9c1.95-1.95,1.95-5.12,0-7.07l-1.41,1.41c1.17,1.17,1.17,3.07,0,4.24L17.54,10.9z"/></g></g></svg> Nəzrin Ömərzadənin bugünkü təlim barədə təəssüratları

Bu gün təlimçi kimi Xəzər Gənclər Evində “Könüllülük mədəniyyəti və sosial məsuliyyət” mövzusunda gənclərlə bir araya gəldim. Hesab edirəm ki, gənclərə bilik ötürmək, onlarla öz təcrübələrimi bölüşmək və inkişaflarına yol açmaq elə təlimçinin özünün də cəmiyyət qarşısında daşıdığı mənəvi bir sosial məsuliyyətdir. Hər birimiz sahib olduğumuz biliyi bölüşməsək, cəmiyyətin intellektual inkişafı necə davamlı ola bilər?

New projects, new research, and an endless passion for learning. Every moment in life is a learning laboratory. What story is on your desk today? 💻🌱

— (@nazrinomarzadeh.bsky.social) 2026-02-01T21:01:03.212Z
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Xəzər Gənclər Evi

Bu təlimin keçirilməsində məqsədimiz gənclərin cəmiyyətə inteqrasiyasını süni deyil, təbii, elmi əsaslı və davamlı bir prosesə çevirməkdir. Bu gün bizim ehtiyacımız olan gənclik sual verməkdən qorxmayan və dünyanın dəyişəcəyinə inanan gənclərdir. Bu kimi mövzularla biz yalnız mövcud vəziyyəti müzakirə etmir, həm də gələcəyin fəal vətəndaş modelini birgə inşa edirik.

Təlim prosesində biz könüllülüyü sadəcə “xoş məram” çərçivəsindən çıxarıb, onun beynəlxalq səviyyədə qəbul olunmuş təriflərini və standartlarını təhlil etdik. Gənclərlə birlikdə Avropa Könüllülük Xartiyası və qlobal praktikalar işığında bu fəaliyyətin hüquqi tərəflərinə toxunduq. Könüllü olmaq nədir? Bu, sadəcə asudə vaxtın qiymətləndirilməsi deyil, beynəlxalq səviyyədə tanınan bir “vətəndaş iştirakçılığı” modelidir. Müzakirələrimizdə vurğuladıq ki, könüllü istismar olunan işçi qüvvəsi deyil, onun öyrənmək, fiziki və emosional olaraq təhlükəsiz mühitdə fəaliyyət göstərmək və dəstək almaq hüququ var. Könüllülük həm də məsuliyyətdir. Gənclər öz üzərinə götürdükləri missiyanı etik normalar və təşkilati prinsiplər çərçivəsində icra etməyin vacibliyini dərk etdilər.

Bəs könüllülük fəaliyyətində hüquq və öhdəliklərin balansını qorumaq gənclərin peşəkar intizamına necə təsir edir? Məncə, gənclərə sadəcə düzgün istiqamət və hüquqi baza vermək kifayətdir, onlar o yolu öz kreativlikləri ilə işıqlandırmağı bacarırlar.

Uşaqlar üçün qurulan təqvim, böyüklər üçün verilən suallar – komanda görüşü – Forest Education Azerbaijan forestedu.az/usaqlar-ucun…

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-02-01T18:39:57.453Z
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Xəzər Gənclər Evi

Biz təlimdə dərsliklərin vermədiyi, lakin həyatın və müasir dünyanın tələb etdiyi o boşluğu doldurmağa çalışdıq. Qeyri-formal təhsil bizə gənclərlə “iyerarxiya” olmadan, bərabərhüquqlu tərəfdaşlar kimi ünsiyyət qurmaq imkanı verir. Bu mühitdə könüllülüyü sadəcə bir fəaliyyət kimi deyil, fərdin daxili potensialını üzə çıxaran və onu cəmiyyətin bir parçasına çevirən sosial ekosistem kimi təhlil etdik.

Sonda isə aktual bir sual çıxır: Təhsil fərdə sadəcə “bilməyi” öyrətməkdir, yoxsa bildiklərini cəmiyyətin xeyrinə “istifadə etməyi”?

Nəzrin Ömərzadə

Məqalənin müəllifi