Murov Qartalları skaut dəstəsinin Nəbatət Bağında baş tutan növbəti görüşü çox xoş və yadda qalan anlarla keçdi. Görüşə əvvəlcə bağda qısa, amma maraqlı bir ekskursiya ilə başladılar. Gənclər müxtəlif bitkiləri yaxından tanıdı, təbiətin nə qədər zəngin və rəngarəng olduğunu gördü, biomüxtəliflik və onu qorumağın niyə vacib olduğu barədə söhbətlər etdilər. Sadəcə dinləmədilər, suallar verdilər, müşahidə etdiklərini paylaşdılar və təbiətlə ünsiyyətin verdiyi sakitliyi hiss etdilər.
Сегодня с нашей скаутской командой «Муровские орлы» провели тёплую и познавательную встречу в Ботаническом саду 🌿Природа, командный дух, живое общение и искренняя радость от совместного времени. Именно такие моменты формируют ценности, ответственность и дружбу.
Ekskursiyadan sonra dəstənin lideri Turanə lider skautlarla bir araya gələrək səmimi bir söhbət apardı. Dəstənin gələcək planları, qarşıda duran fəaliyyətlər və hər bir skautun bu yolda üzərinə düşən rol haqqında danışıldı. Bu görüş üzvlərə güvənmək, onları dinləmək və motivasiya etmək ön planda idi. Söhbət zamanı komanda ruhu, bir-birinə dayaq olmaq və birlikdə öyrənməyin dəyəri xüsusilə hiss olunurdu. Bu görüş bir daha göstərdi ki, skautinq birlikdə düşünmək, paylaşmaq və böyüməkdir. Nəbatət Bağında keçirilən gün həm bilik, həm də gözəl xatirələrlə yadda qaldı.
Gövhər Nobatova
Gövhər Nobatova
[Salam, mən Nobatova Gövhər, Murov Qartalları skaut dəstəsinin üzvüyəm. Bu gün Nəbatət Bağında skautlarla çox maraqlı və yadda qalan bir görüşümüz oldu. Görüş zamanı komanda ruhu, dostluq və əməkdaşlıq ön planda idi. Birlikdə təbiəti daha yaxından tanıdıq və skautluğun əsas dəyərləri haqqında məlumatlar əldə etdik. Təmiz hava, gözəl mənzərə və səmimi mühit hamımıza müsbət təsir bağışladı. Düşünürəm ki, bu görüş həm öyrədici, həm də əyləncəli keçdi və yaddaşımızda xoş xatirə olaraq qalacaq. Skaut ailəsi ilə birlikdə keçirdiyim hər an mənə birliyin və paylaşmağın dəyərini bir daha xatırlatdı. Bunun üçün təşəkkür edirəm, dinlədiyiniz üçün çox sağ olun.]
Uşaqlar üçün qurulan təqvim, böyüklər üçün verilən suallar – komanda görüşü – Forest Education Azerbaijan forestedu.az/usaqlar-ucun…
[Mən Samirə Paşazadə, Murov Qartalları skaut dəstəsinin üzvüyəm. Bu gün biz dəstə üzvləri ilə birlikdə Mərkəzi Nəbatət Bağında olduq. Əraziyə ilk daxil olduğumuz andan etibarən həmin ərazinin səliqəli təşkili, bağın yaşıllığı, təmiz havası, sakitliyi, ümumilikdə desək, abu-havası bizdə çox müsbət təəssürat yaratdı. Səfər zamanı müxtəlif ölkələrə məxsus olan bitki növləri ilə tanış olduq. Zənnimcə, fərqli iqlimlərə aid olan bitkiləri canlı görmək insanda böyük bir maraq doğurur. Gəzinti zamanı həm söhbət etdik, həm də əyləndik. Mən düşünürəm ki, bu cür səfərlər həm maarifləndirici, həm də dostluqların güclənməsinə səbəb olur. Təbiətlə bu qədər yaxın olmaq insana xüsusi bir rahatlıq verir. Dostlarımızla birgə keçirdiyimiz bu vaxt çox dəyərli idi. Bu görüşümüz də digər görüşlərimiz kimi yadda qalan oldu.]
Murad İsmayılov
Murad İsmayılov
[Salam, mən Murad İsmayılov, Murov Qartalları skaut dəstəsinin lider köməkçisiyəm. Bu gün skaut dəstəmizlə birlikdə Nəbatət Bağında çox maraqlı və faydalı bir gəzinti keçirdik. Bu gəzintinin əsas məqsədi skautlarımızın təbiətlə daha yaxından tanış olması, bitkilər haqqında yeni məlumatlar əldə etməsi və ətraf mühitə qarşı məsuliyyət hissinin formalaşması idi. Gəzinti zamanı müxtəlif bitki növləri ilə tanış olduq. Onların qorunmasının nə qədər vacib olduğunu müzakirə etdik və təbiətin bizə verdiyi dəyərlərin qədrini bilməyin əhəmiyyətindən danışdıq. Skautlarımız bu prosesdə çox aktiv idilər, sual verir, maraq göstərirdilər və bu da bizi çox sevindirirdi. Belə fəaliyyətlər skautluğun əsas prinsiplərindən biri olan təbiəti sevmək, qorumaq və gələcək nəsillərə sağlam şəkildə ötürmək anlayışını daha da gücləndirir. Biz inanırıq ki, bu cür gəzintilər uşaqların həm biliklərini artırır, həm də onları daha məsuliyyətli və vətənpərvər fərdlər kimi formalaşdırır.]
Mərkəzi Nəbatət Bağı Leyla Hüseynova
Leyla Hüseynova
[İlk öncə salam. Mən Leyla Hüseynova, Murov Qartalları skaut dəstəsinin dəstə lider köməkçisiyəm. Dünən Murov Qartalları skaut dəstəsinin üzvləri Nəbatət Bağında bir araya gəldilər. Bu görüşün əsas məqsədi iştirakçıların təbiət haqqında biliklərinin zənginləşdirilməsi və dəstəmizdə komanda ruhunun daha da gücləndirilməsi idi. Görüş çərçivəsində üzvlərimiz bitkilər haqqında dəyərli məlumatlar əldə etdilər, ekskursiya zamanı isə təbiətin gözəlliklərini yaxından kəşf etdilər. Bununla yanaşı, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr və maarifləndirici tədbirlər barədə geniş müzakirələr aparıldı. Bu görüş dəstəmizin gələcək fəaliyyəti üçün mühüm motivasiya mənbəyi olmaqla yanaşı, birlik və həmrəylik ruhunun möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etdi.]
Turanə lider, dəstə lideri
Məktəb uşaqların sevinərək gəldiyi yer olmalıdır – məqalə – Forest Education Azerbaijan forestedu.az/meqale-mekte…
Bu görüş eyni zamanda onu da göstərirdi ki, skautlarla iş proqramı icra etmək, prosesi hiss etmək və düzgün yönləndirmək bacarığı tələb edir. Liderin yanaşması sakit, ardıcıl və diqqətli idi, hər kəsə söz haqqı verilir, maraqlar nəzərə alınırdı. Məhz bu balanslı rəhbərlik sayəsində fəaliyyət süni görünmürdü, skautlar özlərini nəzarət altında deyil, etibarlı bir mühitin parçası kimi hiss edirdilər. Bu da göstərirdi ki, lider tərəfindən düzgün qurulan iş gənclərin həm məsuliyyətini artırır, həm də onlarda təbiiliyi və təşəbbüskarlığı qoruyub saxlayır.