Layihə əsaslı mentorluq modeli – təcrübə və təsir yaradan öyrənmə modeli – məqalə
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Youth Speak Forum -16/11/2025 – Baku, Azerbaijan

Müasir dövrdə təhsil və peşəkar inkişaf sahəsində ənənəvi təlim və mentorluq yanaşmalarının effektivliyi ciddi şəkildə sual altındadır. Texnoloji dəyişikliklər, yeni peşə tələbləri və mürəkkəb sosial çağırışlar daha çevik və praktik öyrənmə modellərini zəruri edir. Mentorluq inkişaf aləti kimi geniş istifadə edilsə də, klassik modellər çox zaman məsləhətvermə ilə məhdudlaşır. Layihə əsaslı mentorluq bu boşluğu dolduraraq öyrənməni real layihə fəaliyyəti ilə birləşdirir. Layihə əsaslı mentorluq öyrənməni təcrübə ilə qovuşduran və daha təsirli bir öyrənmə prosesi təşkil edən bir mentorluq yanaşmasıdır. Burada “mentee” (mentorluq olunan şəxs) nəzəri bilikləri passiv şəkildə öyrənmir, bunun əksinə daha konkret bir layihə ələ alınaraq praktiki proses təşkil olunur. Mentorluq boyunca fəqindəliklərdən irəli çıxaraq müxtəlif dərslər çıxarılır və bu öyrənənin üzərində böyük təsirə mailk olur. Mentor isə bu layihə zamanı istiqamət verən, suallar yaradan, rəy bildirən bə refleksiya üçün şərait yaradan rolunu oynayır.

AEGEE-Baki is a youth-led, non-profit organisation that brings together active young people who believe in dialogue, mobility, and a more connected Europe. As part of the AEGEE-Europe network, empowers youth through non-formal education, civic engagement, international exchanges, and local action 🙌

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-02-02T08:53:10.058Z

LƏM modeli “Learn – Act – Think – Change” inkişaf prosesi üzərində qurulmuşdur. Bu yanaşma qeyri-formal öyrənmənin özəyini təşkil edir və öyrənməni daha asan hala gətirir. Həmçinin bu yanaşma birbaşa Kolbun bizə öyrətdiyi təcürbə xarakterli öyrənmə metodu ilə üst üstə düşür. Burada hər bir mərhələdən sonra refleksiya edilməsi olduqca önəmli amillərdəndir. Bu imkan verir ki, “mentee” prosesi daha dərindən anlasın və özünə dərslər çıxara bilsin. Layihə Əsaslı Mentorluğun əsasında ÖTDD inkişaf dövrü dayanır və 4 mərhələdən ibarətdir:

  1. Öyrən: ilkin biliklərin əldə edilməsi. Burada biz mentinin prosesə başlaması üçün lazım olan ilkin bilikləri təmin edir və ilkin anlayışları formalaşdırırıq.
  2. Tətbiq et: biliklərin layihədə tətbiqi. Hər bir prosesdə olduğu kimi bu hissə ən vacib hissədir. Çünki “mentee” çoxlu səhv etməyə fürsət tapır və elə öyrənmə prosesi avtomatik başlayır. Buda onun öyrəndiklərini uzunmüddətli yaddaşına ötürük və öyrəndikləri daha təsirli yaddaşına həkk olunur.
  3. Düşün: təcrübənin refleksiyası. Refleksiya imkan verir ki, mentee müstəqil şəkildə prosesi analiz edə bilsin və “life lessons”, yəni həyati dərslər çıxarsın. 
  4. Dəyiş: davranış və yanaşmaların təkmilləşdirilməsi. Sonuncu hissə isə artıq məntiqi nəticə olaraq baş verir. Bu üç mərhələdən keçən mentidə davranış dəyişikliyi baş verir. 
    Bu  4 mərhələ öyrənmənin davamlı və dərin olmasını təmin edir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Inclusive Camp (InCamp) – 22-29/12/2024 – Seki, Azerbaijan

Öncəliklə biz başa düşməliyik ki, LƏM modelində “mentor” və “menti” kimdir? Mentor prosesi idarə edən fasilitatordur, mentee isə layihənin sahibidir. Bu rol bölgüsü məsuliyyət, liderlik və müstəqil öyrənmə bacarıqlarını gücləndirir. Mentor heç zaman məsləhət vermir. O daim doğru suallar verir ki, mentorluq etdiyi şəxs özü sərbəst nəticələr çıxara bilsin. Müstəqil öyrənmə prosesini fasiltasiya edən şəxs burada mentor adlanır. Qısacası, balıq tutmağı öyrədən şəxsdir.  Menti bu proseslərdə aktiv rol alan və daim sorğulayan tərəfdir. O layihəni sahiblənərək beynində olan suallara cavab tapır və ya yeni suallar yaradır.  Layihə əsaslı mentorluq effektiv olması üçün bir neçə əsas element üzərində qurulmalıdır.

“Murov qartalları” qartalın dimdiyində… – press-reliz – Forest Education Azerbaijan forestedu.az/murov-qartal…

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-02-01T20:49:23.849Z

Bunlardan birincisi real və mənalı layihədir. Layihə real ehtiyacdan doğmalı, menti üçün mənalı və motivasiyaedici olmalıdır. Bu, sosial layihə, startap ideyası, təşkilati inkişaf təşəbbüsü və ya fərdi karyera layihəsi ola bilər. Digəri aydın məqsədlər və gözləntilərdir ki, mentorluğun əvvəlində layihənin məqsədi, nəticələri, vaxt çərçivəsi və rollar dəqiq müəyyənləşdirilməlidir. Strukturlaşdırılmış proses prosesdə olduqca önəmli hissədir. Layihə mərhələlərə bölünür: ehtiyac analizi, planlama, icra, monitorinq və qiymətləndirmə. Mentor hər mərhələdə uyğun dəstək verir. Sonuncusu isə refleksiya və geribildirimdir. Hər mərhələdən sonra mentinin öyrəndiklərini dərk etməsi üçün refleksiya aparılır. Mentor konstruktiv geribildirimlə inkişafı gücləndirir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Going Virtual: Online Methods for Youth Workers – Rodental,Germany

Azərbaycanda gənclərlə iş, QHT-lər və beynəlxalq proqramlar üçün layihə əsaslı mentorluq yüksək potensiala malikdir. Model qeyri-formal təhsil yanaşmaları ilə uyğunluq təşkil edir və mövcud layihə əsaslı fəaliyyətləri daha dərin öyrənmə ilə zənginləşdirə bilər. Bu model hal-hazırda gənclər sahəsində aktiv olaraq tətbir olunur. Gənclər təşkilatlarında aparılan tətbiqlər zamanı qeyri-rəsmi sorğular göstərmişdir ki, iştirakçı gənclərin təxminən 70–80%-i real layihələr üzərindən qurulan mentorluq prosesini daha motivasiyaedici və faydalı hesab etmişdir. Elə bu səbəbdən yeni yaradılan “Be Brave” qeyri-formal təhsil platformasında” bu yanaşmadan daha çox istifadə olunur.  Modelin üstünlüklərinə baxmayaraq, layihə əsaslı mentorluq güclü fasilitasiya bacarıqları və zaman resursları tələb edir. Buda onu hər zaman əlçatan etmir. Çünki ənənəvi metoddan fərqli olaraq burda daha çox əziyyət və analizə ehtiyac duyulur.

Layihə əsaslı mentorluq öyrənməni fəaliyyət və refleksiya ilə birləşdirən kompleks akademik modeldir. Bu yanaşma fərdlərin dəyişən dünyaya daha hazırlıqlı şəkildə inteqrasiyasına töhfə verir. Əlbətdəki bu prosesə keçid bir qədər vaxt və zəhmət tələb edir. Ancaq gənclər tərəfindən Qeyri-formal təhsil üçün atılan əsaslı addımlar bunu göstərir ki, “Forest Education”, “Be Brave” və s. kimi təhsil platformaları bunu daha qısa müddətdə edə biləcəklər.


Prezidentlə müsahibədə adı çəkilən Qubalı gənc ilə – müsahibə

Prezident İlham Əliyev ötən ilin aprel ayının 25-də Çinin CGTN (China Global Television Network)…

Everesti fəth edən ilk azərbaycanlı xanımla – müsahibə

Everest zirvəsini fəth edən ilk azərbaycanlı xanım Elmira Aslanova ilə bu söhbətimiz iradə, daxili…

Stereotipləri qıran müəllim Səkinə Həsənova ilə – müsahibə

Əməkdaşımızın Səkinə Həsənova ilə hazırladığı müsahibə müəllimlik peşəsinə fərqli baxışın…

“Bir çox xanım zirvəsiz qayıtmır” – Sima Səfərova ilə müsahibə

Azərbaycanın tanınmış alpinistlərindən olan və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima…

Gənc ixtiraçı, Prezident mükafatçısı Reyhan Camalova ilə – müsahibə

Beynəlxalq səviyyədə qazandığı uğurlarla gənc yaşlarından diqqət mərkəzinə düşən Reyhan Camalova bu…

Erkən uşaqlıq dövründə öyrənmə və inkişaf prinsipləri – araşdırma məqalə

Erkən uşaqlıq dövrü insan həyatının ən həssas və ən sürətli inkişaf mərhələsidir. Bu mərhələdə baş…

Cəmiyyətə inteqrasiyada qeyri-formal təhsilin rolu – köşə yazısı

Sözsüz ki, qeyri-formal metodologiyada meydançanın hər bir nöqtəsi yeni bir öyrənmə fürsətidir…

Cəsur Mədətzadə

Məqalənin müəllifi, “Be Brave" qeyri-formal təhsil platformasının təsisiçisi