Erkən uşaqlıq dövründə öyrənmə və inkişaf prinsipləri – araşdırma məqalə
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Zamin Məmmədov, 2026, Baku Book Center, elmi fəaliyyətlər üçün yeni innovativ fikirlərin insanın beyninə gəldiyi yerdir

Erkən uşaqlıq dövrü insan həyatının ən həssas və ən sürətli inkişaf mərhələsidir. Bu mərhələdə baş verən dəyişikliklər təkcə fiziki böyümə ilə məhdudlaşmır, beynin quruluşu, sosial münasibətlər, dil bacarıqları və emosional tənzimləmə mexanizmləri də formalaşır. ABŞ-da fəaliyyət göstərən Milli erkən uşaqlıq təhsili Assosiasiyasının (NAEYC) “Developmentally Appropriate Practice” sənədində qeyd olunan prinsiplər uşağın inkişaf və öyrənmə prosesinin kompleks və qarşılıqlı təsirə əsaslandığını vurğulayır (NAEYC, 2020: https://www.naeyc.org/resources/position-statements/dap/principles).

Sənəddə bildirilir ki, inkişaf biologiya və mühitin qarşılıqlı təsiri nəticəsində formalaşır. Erkən yaşlarda beynin neyron əlaqələri ən sürətli şəkildə qurulur və bu əlaqələrin keyfiyyəti uşağın gələcək öyrənmə qabiliyyətinə birbaşa təsir göstərir. Həssas və cavabdeh böyüklərlə qurulan “serve and return” tipli qarşılıqlı ünsiyyət uşağın sosial, emosional və dil bacarıqlarının əsasını qoyur. Xroniki stress və qayğısız mühit isə bu inkişafı ləngidə və ya zədələyə bilər. Qeyri-formal təhsil eksperti Zamin Məmmədov bu prinsiplərin praktik mühitdə necə tətbiq oluna biləcəyinə toxunaraq qeyd edir:

“Uşağın inkişafı yalnız dərs otağında baş vermir. Onun təhlükəsiz, hörmətli və emosional baxımdan dəstəkləyici mühitdə olması beyin inkişafının əsas şərtidir. Qeyri-formal təhsil məhz bu mühiti yarada bildiyi üçün daha çevik və daha təsirli olur.”

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Elnur Arifzadə, Almatı, Qazaxıstan

NAEYC prinsiplərinə əsasən, inkişafın bütün sahələri – fiziki, koqnitiv, sosial-emosional və dil inkişafı bir-biri ilə sıx bağlıdır. Bir sahədə baş verən dəyişiklik digər sahələrə də təsir edir. Məsələn, uşağın hərəkət bacarığının artması onun ətraf mühiti daha aktiv araşdırmasına, bununla da idrak və dil inkişafının güclənməsinə şərait yaradır. Qeyri-formal təhsil tədqiqatçısı və gənclərlə işçi Elnur Arifzadə öz təcrübəsinə istinad edərək bildirir:

“Biz düşərgə və açıq hava fəaliyyətlərində tez-tez görürük ki, fiziki aktivlik artdıqca uşaqların ünsiyyət bacarıqları və problem həll etmə qabiliyyətləri də inkişaf edir. Uşaqlar bir-birini dinləməyi və əməkdaşlıq etməyi təcrübə yolu ilə öyrənirlər.”

NAEYC sənədində oyunun erkən uşaqlıq təhsilində mərkəzi rol oynadığı xüsusi vurğulanır. Oyun uşağın özünü ifadə etməsi, sosial münasibətlər qurması, simvolik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirməsi üçün əsas vasitədir. Araşdırmalar göstərir ki, oyunla zəngin mühitlərdə böyüyən uşaqların işçi yaddaşı, özünü tənzimləmə bacarıqları və akademik nailiyyətləri daha yüksək olur. Qeyri-formal təhsil eksperti və tədqiqatçısı Ülvi Məmmədov bu məsələyə belə yanaşır:

Early childhood education is not about rushing content — it’s about creating safe, responsive environments where children build thinking, language, and self-regulation through meaningful interaction.

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-02-13T16:43:39.978Z

“Oyun uşağın vaxt itkisi deyil, əksinə, onun ən ciddi öyrənmə formasıdır. Qeyri-formal mühitdə biz oyunu məqsədli şəkildə strukturlaşdıraraq uşağın həm sərbəstliyini, həm də məsuliyyət hissini gücləndiririk.”

Sənəddə həmçinin qeyd olunur ki, uşaqlar aktiv öyrənənlərdir və doğulduqları andan etibarən ətraf mühiti müşahidə edərək mənalandırırlar. Onların motivasiyası aidiyyət, təhlükəsizlik və seçim imkanları olduqda daha da artır. Bu prinsip qeyri-formal təhsildə iştirakçı mərkəzli yanaşmanın əsasını təşkil edir. Zamin Məmmədov bu barədə əlavə edir:

“Uşağa seçim imkanı verilmədikdə onun motivasiyası zəifləyir. O isə seçim etdikdə və qərarlarına hörmət göstərildikdə məsuliyyət hissi formalaşır. Bu daxili disiplinin başlanğıcıdır.”

NAEYC prinsipləri həm də vurğulayır ki, uşaqların inkişafı fərqli tempdə gedir və “mərhələ” anlayışı sərt çərçivə kimi qəbul edilməməlidir. Mədəni və dil kontekstləri, ailə təcrübələri və fərdi xüsusiyyətlər nəzərə alınmalıdır. Bu baxımdan inklüziv və mədəniyyətə həssas yanaşma əsasdır. Elnur Arifzadə bildirir:

“Biz regionlarda fəaliyyət göstərərkən görürük ki, hər icmanın öz öyrənmə mədəniyyəti var. Uşaqları bir standart modelə uyğunlaşdırmaq əvəzinə onların mövcud güclü tərəflərini inkişaf etdirmək daha effektivdir.”

NAEYC sənədində texnologiyanın məsuliyyətli istifadəsi də müzakirə olunur. 2 yaşdan kiçik uşaqlar üçün ekran istifadəsinin inkişafı artırdığına dair sübut yoxdur. Lakin düzgün və balanslı istifadə edildikdə texnologiya kommunikasiya və inklüzivliyi dəstəkləyə bilər. Ü.Məmmədov qeyd edir:

“Texnologiya real təcrübənin alternativi deyil. O, real təcrübəni dəstəkləyən vasitə olmalıdır. Əsas öyrənmə yenə də təcrübə, münasibət və interaksiyadır.”

Bu prinsiplər göstərir ki, erkən uşaqlıq təhsili yalnız akademik nəticələrə fokuslanmamalıdır. Təhlükəsiz mühit, oyun, inteqrativ yanaşma, fərdi fərqlərin nəzərə alınması və məqsədli dəstək uşağın sağlam inkişafının əsas şərtləridir. NAEYC sənədində vurğulanan əsas prinsiplərdən biri də inkişafın “mövcud səviyyədən bir qədər yuxarı çağırış” şəraitində daha effektiv irəliləməsidir. Bu yanaşma Lev Vıqotskinin “yaxın inkişaf zonası” konsepsiyasını xatırladır: uşaq təkbaşına edə bilmədiyini, lakin dəstək və istiqamətləndirmə ilə bacara bildiyi fəaliyyətdə ən sürətli öyrənməni yaşayır. Burada müəllimin və ya fasilitatorun rolu birbaşa təlimat verən şəxs olmaq deyil, dəstək göstərən, istiqamətləndirən və mühit yaradan şəxs olmaqdır.

NAEYC sənədində bu dəstək “scaffolding” – yəni mərhələli dəstək kimi təsvir olunur. Uşaq yeni bacarığı mənimsədikcə dəstək azalır və müstəqillik artır. Bu proses yalnız akademik bacarıqlara deyil, emosional və sosial inkişaf sahələrinə də şamil edilir. Qeyri-formal təhsil eksperti Z.Məmmədov bu mexanizmi praktik mühitlə əlaqələndirərək bildirir:

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> “Nəsillər arasında olan fikir ayrılığı”, 2026, Ağstafa rayon Həsənsu kəndi, Zamin Məmmədov

“Biz düşərgə və təlimlərdə uşağa hazır cavab vermirik. Sualı bir az genişləndiririk, istiqamət göstəririk, amma həlli ona buraxırıq. Uşaq özü tapdıqda öyrənmə daha dərin və davamlı olur.”

Eyni prinsip NAEYC sənədində refleksiya, yəni düşünərək öyrənmə anlayışı ilə də əlaqələndirilir. Uşaqların təcrübələrini təkrar nəzərdən keçirməsi, sənədləşdirməsi və müzakirə etməsi onların konseptual düşüncəsini gücləndirir. Foto, video, rəsmlər və qrup layihələri vasitəsilə təcrübənin yenidən mənalandırılması uzunmüddətli yaddaşı gücləndirir (NAEYC, 2020). Qeyri-formal təhsil tədqiqatçısı Elnur Arifzadə öz sahə təcrübəsindən belə bir müşahidə paylaşır:

“Fəaliyyət bitdikdən sonra refleksiya dairəsi qurduqda uşaqların ifadələri dəyişir. Əvvəlcə sadəcə ‘əyləncəli idi’ deyirlər, amma müzakirə zamanı nə öyrəndiklərini, hansı çətinliklə üzləşdiklərini və onu necə həll etdiklərini dərk etməyə başlayırlar. Bu artıq metakoqnitiv bacarıqdır.”

NAEYC prinsipləri həmçinin vurğulayır ki, uşaqlar inteqrativ şəkildə öyrənirlər. Fənlər və sahələr bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli formada təqdim edilməlidir. Məsələn, təbiət mövzusu üzərindən həm dil bacarıqları, həm riyazi anlayışlar, həm də sosial əməkdaşlıq inkişaf etdirilə bilər. Bu yanaşma erkən yaşlarda möhkəm konseptual baza yaradır və gələcək akademik uğurun əsasını qoyur. Ülvi Məmmədov bu inteqrativ yanaşmanı belə şərh edir:

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Ülvi Məmmədov, 2026, Bakı

“Uşağa təbiətdə yarpaq saydırmaq riyaziyyatdır, yarpağın quruluşunu araşdırmaq elmdir, onu təsvir etmək dildir, birlikdə işləmək sosial bacarıqdır. Qeyri-formal təhsildə biz bu sahələri ayırmırıq, birləşdiririk.”

Sənəddə motivasiya məsələsinə də xüsusi diqqət yetirilir. Uşaqların öyrənmə istəyi aidiyyət, təhlükəsizlik və məqsəd hissi ilə güclənir. Uşaq özünü dəyərli və eşidilmiş hiss etdikdə, prosesin bir hissəsi kimi qəbul edildikdə daha fəal və davamlı iştirak edir. Əksinə, təzyiq və qorxu mühiti uzunmüddətli öyrənməni zəiflədir. Bu məqam qeyri-formal təhsil mühitində daxili disiplin anlayışı ilə də üst-üstə düşür. Xarici nəzarət davranışı müvəqqəti tənzimləyə bilər, lakin daxili motivasiya və dəyər əsaslı yanaşma davamlı inkişaf yaradır. NAEYC sənədində həmçinin texnologiyanın istifadəsinə dair balanslı mövqe təqdim olunur. 2 yaşdan kiçik uşaqlar üçün ekran istifadəsinin inkişafı artırdığına dair sübut yoxdur, lakin düzgün və məqsədli istifadə edildikdə texnologiya inklüzivliyi və kommunikasiya imkanlarını genişləndirə bilər. Əsas prinsip odur ki, texnologiya real təcrübəni əvəz etməməli, onu dəstəkləməlidir.

Elnur Arifzadə bu barədə qeyd edir:

“Biz texnologiyanı sənədləşdirmə və refleksiya üçün istifadə edirik. Amma öyrənmənin özü yenə də canlı təcrübə, interaksiya və fəaliyyət üzərində qurulur.”

Lev Vygotsky:“In play a child always behaves beyond his average age, above his daily behavior; in play it is as though he were a head taller than himself.”Forest education groups logo:

— (@foresteducation.bsky.social) 2026-02-13T16:53:17.909Z

NAEYC prinsipləri erkən uşaqlıq təhsilində ədalət və inklüzivlik məsələsinə də toxunur. Uşaqların sosial kimliklərinin formalaşdığı ilk illərdə müəllimin davranışı, dili və münasibəti mühüm rol oynayır. Şüursuz qərəz (implicit bias) uşaqların özlərini necə görməsinə və gələcək akademik yoluna təsir göstərə bilər. Buna görə də pedaqoqlar öz dilinə və yanaşmasına diqqətli olmalıdır. Ülvi Məmmədov bu məsuliyyəti belə ifadə edir:

“Uşaq müəllimin baxışından özünü görür. Əgər biz onu bacarıqlı və potensiallı fərd kimi görürüksə, o da özünü elə görməyə başlayır.”

NAEYC-in inkişaf və öyrənmə prinsipləri göstərir ki, erkən uşaqlıq təhsili çoxşaxəli, inteqrativ və münasibət əsaslı prosesdir. Təhlükəsiz mühit, oyun, məqsədli dəstək, refleksiya, inklüzivlik və balanslı texnologiya istifadəsi uşağın bütöv inkişafını təmin edir. Bu prinsiplər qeyri-formal təhsil mühitlərində də tətbiq oluna bilər və tətbiq olunmalıdır. Çünki uşağın inkişafı təkcə dərs proqramı ilə deyil, yaşadığı təcrübə ilə formalaşır.

İstinad:
NAEYC (2020). Principles of Child Development and Learning and Implications That Inform Practice.
https://www.naeyc.org/resources/position-statements/dap/principles

Ulduz Yaqublu

Məqalənin müəllifi, idarəetmə komandası üzvü, "Xəzər" adlı 4 saylı meşə təhsili qrupunun öyrədən-pedaqoqu