“Təhsil ailəmizə xoş gəlmişsiniz” adlı tədbir baş tutub

“Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin direktoru Zamin müəllim “Təhsil ailəmizə xoş gəlmişsiniz” adlı tədbirdə “Müəllimlik” adlı təqdimatla çıxış edib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinə təyin olunan müəllimlərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəb və məktəbəqədər təhsil müəssisələrinə təyin olunan müəllimlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə idarə müdiri Anar Qədiməliyev çıxış edərək yeni işə təyin olunan müəllimlərin adaptasiya prosesi barədə danışıb. Müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb.

Zamin Məmmədov çıxış edərək müəllimlər üçün çağdaş dövrün tələblərinə uyğunlaşma, bu sahədə fərq yaratma yolundan bəhs edib.

Tədbirdə idarənin sektor müdirləri tərəfindən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Tədbirin davamında müəllimləri maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.

İslam Şükürov

Məqalənin müəllifi, İdarəetmə Komandasının üzvü, Saytın direktoru