Forest Education Azerbaijan birliyinin institusional inkişafı və fəaliyyətlərin hüquqi çərçivədə daha sistemli təşkili məqsədilə komandamız gücləndirilməyə davam edir.
Bu gündən etibarən Səadət Qasımova Etibar qızı birliyimizdə hüquqi məsələlər üzrə dəstəkçi mütəxəssis kimi fəaliyyətə başlayır. O, FEA-nın təşkilati fəaliyyətlərinin mövcud qanunvericiliyə uyğunluğunun təmin olunması, hüquqi sənədlərin hazırlanması və hüquqi risklərin idarə edilməsi istiqamətində komandamızla birgə çalışacaq.
Səadət Qasımova hüquq və politologiya üzrə ali təhsilə, eləcə də maliyyə sahəsində ixtisaslaşmaya malik peşəkar mütəxəssisdir. O, uzun illər məhkəmə sistemi, icra orqanları və hüquqi sənədlərlə iş sahəsində çalışaraq dərin praktiki təcrübə qazanmışdır. Fəaliyyəti dövründə məhkəmə qətnamə və qərarlarının hazırlanması, icra sənədlərinin tərtibi və icrasına nəzarət, elektron məhkəmə və icra sistemləri ilə iş, hüquqi-normativ sənədlərin idarə olunması kimi mühüm vəzifələri icra etmişdir.
Peşəkar karyerası ərzində Səadət Qasımova dövlət qurumları ilə yanaşı, maliyyə və kredit təşkilatlarında da çalışaraq hüquqi koordinasiya, sənədləşmə və institusional uyğunluq sahəsində təcrübəsini genişləndirmişdir. Bununla yanaşı, o, gənclərin hüquqi maarifləndirilməsi, vətəndaş cəmiyyəti və iştirakçılıq mövzularında keçirilən müxtəlif yerli və beynəlxalq təşəbbüs və layihələrdə də fəal iştirak etmişdir.
Səadət xanımın qanunvericilik bilikləri, analitik yanaşması və institusional hüquq təcrübəsi Forest Education Azerbaijan-ın şəffaf, məsuliyyətli və davamlı fəaliyyətinə mühüm töhfə verəcək.
Forest Education Azerbaijan ailəsi olaraq ona yeni fəaliyyətində uğurlar arzu edir, komandamıza xoş gəlmisiniz deyirik!
