Qızılqaya yaylasının şimal-şərq ətəyində təbiətin füsunkar gözəllikləri ilə əhatələnmiş Qımılqazma kəndində Forest Academy Azerbaijan yaz düşərgəsinə start verir. İştirakçılar yerləşdikdən sonra təlimatçılar onları düşərgə ərazisi ilə tanış edib. Daha sonra uşaqlar nahar fasiləsində dadlı kənd yeməkləri ilə qidalanıblar. ![]()
İstəyirik ki, düşərgəmizin keçirildiyi yer haqqında məlumat verək:
Zəngin tarixə və füsunkar təbiətə malik Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu hamının ən sevimli yerlərindən biri hesab edilir.![]()
Buraya səyahət edənlər kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində, ecazkar Qımılqazma ərazisində istirahət edirlər.![]()
Təbiətin füsunkarlığını seyr edən düşərgə iştirakçıları üçün #forestacademyazerbaijan ilə əylənərək öyrənmək unudulmaz olacaq.








