“Bir çox xanım zirvəsiz qayıtmır” – Sima Səfərova ilə müsahibə
<svg xmlns= Sima Səfərova, Akonkaqua (6962m) yürüşü, 2026

Azərbaycanın tanınmış alpinistlərindən olan və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova dağçılığı həyat missiyası kimi qəbul edir. O, Akonkaqua kimi yüksək zirvələri fəth etmiş, riskli şəraitdə insan həyatını xilas etmək üçün fəaliyyət göstərmiş və ekstremal mühitlərdə qazandığı təcrübə ilə həm fiziki, həm də mənəvi gücün vəhdətini nümayiş etdirmişdir. Dediyinə görə dağlar onun üçün məsuliyyət, səbir və daxili balans məktəbidir. Müxbirimiz Aysu Məmmədovanın apardığı bu müsahibədə Sima Səfərova dağlarla ilk tanışlığından, xilasetmə missiyalarından və zirvə anlayışından danışır. Müsahibəni diqqətinizə məmnuniyyətlə təqdim edirik:


Aysu Məmmədova: Salam, Sima xanım. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Sizinlə dağlar, zirvələr və xilasetmə missiyaları haqqında danışmaq bizim üçün çox dəyərlidir.

Sima Səfərova: Salam, Aysu xanım. Dəvət üçün mən də “Forest Education Azerbaijan”a təşəkkür edirəm. Təcrübələrimi bölüşməkdən məmnunam.

Aysu Məmmədova: Dağlarla ilk qarşılaşmanız necə oldu və bu yol sizi Xüsusi Riskli Xilasetmə Xidmətinə necə gətirdi?

<svg xmlns= Sima Səfərova, Akonkaqua (6962m) yürüşü, 2026

Sima Səfərova:
Uşaqlıqdan soyuğa dözümlü olmuşam və fiziki işlərdən çəkinməmişəm. Deyərdim ki, özüm də bilmədən uşaqlıqdan məhz bu missiya üçün hazırlanmışam. Universitetdə bizi Buzadırmanma yarışına dəvət etdilər və aktiv tələbə olduğum üçün klub uşaqları ilə Lazaya getdim. Orada bu idman növü ilə tanış oldum. Sonradan dırmanmağa davam etdim və may ayında ənənəvi “Heydər Əliyev zirvəsi” yürüşündə iştirak etdim. Beləcə, dağçılıq mənim həyat yoluma çevrildi. Xüsusi riskli xilasetmə xidmətinə gəlməyim seçdiyim idman növü ilə bağlıdır. Mənim ixtisasım tərcümə olsa da, fiziki güc hər kəsdə yoxdur. İnsanların həyatını xilas etmək üçün bu gücü düzgün istifadə etmək mənim üçün daha doğru bir yol oldu. Hadisələr zamanı soyuqqanlı qalmaq üçün daima öz üzərimdə işləyir və psixoloji dəstək alıram.

Aysu Məmmədova: Zirvəyə qalxmaq və insan həyatını xilas etmək iki fərqli məsuliyyət formasıdır. Hansı sizi daha çox dəyişib? Ekstremal şəraitdə qadın olmaq sizcə fərq yaradırmı?

Sima Səfərova:
Hər ikisi xarakterimə təsir edib. Zirvəyə qalxmaq möhkəm iradə və mənəvi güc verdi, xilasetmə isə mərhəmət, dözümlülük və məsuliyyət hissini gücləndirdi, həyatı bir missiya kimi qəbul etməyi öyrətdi. Fiziki baxımdan bəzən zəif ola bilərik, amma iradə baxımından üstün tərəflərimiz çoxdur. Çünki bir çox xanım zirvəsiz qayıtmır, amma bəylər bəzən geri çəkilə bilirlər. Qadın bədəni bəzi dəyişikliklər göstərir, amma mənəvi gücünü qoruyub davam edə bilmək vacibdir.

Aysu Məmmədova: Aconcagua kimi yüksək zirvələrdə və ümumiyyətlə böyük dağlarda sizi ən çox sınağa çəkən anlar necə olur? Dayanmaqla davam etmək arasında qərar verdiyiniz kritik məqam olubmu?

“The mountains don’t belong to those who conquer them, but to those who approach them with respect, courage, and a clear purpose.” 🏔️

— (@foresteducation.bsky.social) 2026-02-16T18:43:48.547Z

Sima Səfərova:
Ümumiyyətlə, mən yarımçıq işləri sevmirəm və başladığım işi sona çatdırmaq üçün əlimdən gələni edirəm. Bir an belə dayanmağı düşünmədim. Böyük dağlar psixoloji təsir göstərir. Özümü qorumaq üçün kitablar, musiqi və sevdiyim melodiyalarla fikrimi toplayıram, yalnız dağa konsentrasiya oluram.

Aysu Məmmədova: Xilasetmə əməliyyatlarında saniyələrin həyati əhəmiyyəti var. Qərar mexanizminiz necə işləyir?

Sima Səfərova:
Məsuliyyətli bir peşədir. Vicdan və təcrübə ilə vaxtında və doğru qərarlar verməyə çalışıram. Missiyamı layiqincə yerinə yetirməyə çalışıram.

Aysu Məmmədova: Dağlar insanın eqosunu sındırır deyirlər. Siz bu yolda nəyi kəşf etdiniz?

Sima Səfərova:
Dağlar eqolu insanları sevmir. Biz dağlara fəth etməyə yox, qonaq kimi gedirik. Təbiətlə harmoniya içində olmaq və ziyan vermədən yolumuzu başa çatdırmaq vacibdir.

Aysu Məmmədova: Fəth etdiyiniz zirvələrdən sonra sizi hələ də həyəcanlandıran nədir? Və bir gün dağlara çıxmasaydınız, həyatınız necə olardı?

Sima Səfərova:
Zirvələr hələ də həyəcan verir, çünki bəzi yerlərdə ölüm riski yüksəkdir. Amma hiss edirəm ki, Allahın izni ilə bir gün onlara qalxacağam. Dağlar məni mənəvi güclü birinə çevirdi. Xarakterim yəqin ki, eyni qalardı, amma başqa idman sahələrində uğurlarım olardı. Özümü başqa sahədə təsəvvür edə bilmirəm.

<svg xmlns= Sima Səfərova, Akonkaqua (6962m) yürüşü, 2026

Aysu Məmmədova: Gənc qızlara nə demək istərdiniz?

Sima Səfərova:
İlk növbədə bu idmanı sevməlidirlər və mənfi-müsbət tərəflərini olduğu kimi qəbul etməlidirlər. Özlərinə və mənəvi güclərinə inansınlar, iradə və əzmkarlıq bəzən fiziki gücdən daha vacibdir.

Aysu Məmmədova: Sima Səfərova üçün zirvə nədir?

Sima Səfərova:
Zirvə mənim üçün yüksəklikdən əlavə həm də missiya və daxili sakitlik deməkdir.

Aysu Məmmədova: Sima xanım, səmimi və ilhamverici cavablarınıza görə “Forest Education Azerbaijan”ın redaksiyası adından sizə təşəkkür edirik. Fəaliyyətinizdə yeni zirvələr və uğurlar arzulayırıq.

Sima Səfərova: Mən təşəkkür edirəm. Ümid edirəm ki, bu söhbət gənclərə motivasiya verəcək. Hər kəsə uğurlar arzulayıram.

List

Prezidentlə müsahibədə adı çəkilən Qubalı gənc ilə – müsahibə

Ilham Aliyev was interviewed by China’s CGTN television channel in Beijing Prezident İlham Əliyev ötən ilin aprel ayının 25-də Çinin …

Everesti fəth edən ilk azərbaycanlı xanımla – müsahibə

Aysu Məmmədova Elmira Aslanova Everest zirvəsini fəth edən ilk azərbaycanlı xanım Elmira Aslanova ilə bu söhbətimiz iradə, daxili güc və …

Stereotipləri qıran müəllim Səkinə Həsənova ilə – müsahibə

A teacher who breaks stereotypes, embraces innovation, and inspires students by simply being authentic. Interview with Sakina Hasanova— (@foresteducation.bsky.social) 2026-02-21T10:28:52.647Z …

“Bir çox xanım zirvəsiz qayıtmır” – Sima Səfərova ilə müsahibə

Sima Səfərova, Akonkaqua (6962m) yürüşü, 2026 Azərbaycanın tanınmış alpinistlərindən olan və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova dağçılığı həyat …

“Mənim övlada olan sevgim şagirdlərimdən başlayıb” – komanda yoldaşımız İlahə Quliyevanın pedaqoji baxışı

İlahə Quliyeva “Iki sahil” redaksiyasında Forest Education Azerbaijan komandasının üzvü, uzun illərdir təhsil sahəsində fəaliyyət göstərən ingilis dili müəllimi İlahə …

Gənc ixtiraçı, Prezident mükafatçısı Reyhan Camalova ilə – müsahibə

Aysu Məmmədova, məqələnin müəllifi Beynəlxalq səviyyədə qazandığı uğurlarla gənc yaşlarından diqqət mərkəzinə düşən Reyhan Camalova bu müsahibədə uğurların arxasında dayanan …

Aysu Məmmədova

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə departamentin əməkdaşı