Prezidentlə müsahibədə adı çəkilən Qubalı gənc ilə – müsahibə

Prezident İlham Əliyev ötən ilin aprel ayının 25-də Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibə zamanı jurnalist Liu Xin daha əvvəl tanış olduğu azərbaycanlı tələbə Tağı Məmmədovdan bəhs edib. Təsəvvür edin, uzaq Çində bir televiziya ekranında Prezident İlham Əliyev müsahibə verir, Azərbaycanın Çin ilə əlaqələri müzakirə olunur və müsahibənin sonunda sizdən bəhs edilir. Bu qürurverici anı yaşayan tələbə Tağı Məmmədov hisslərini, Çindəki fəaliyyətini əməkdaşımız Aysu Məmmədova ilə bölüşüb:

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Tağı Məmmədov

Aysu Məmmədova: Çində təhsil almağa qərar verəndə sizi ən çox motivasiya edən nə oldu?

    Tağı Məmmədov: Mən Qubada anadan olmuşam və orta təhsilimi də Qubada almışam. 2017-ci ildən etibarən Xəzər Universitetində marketinq ixtisası üzrə bakalavr təhsilinə başladım. Universitet illərində, 2019-cu ildə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çinə getmək imkanı qazandım. Həmin dövrdə Xəzər Universitetində Çin dili dərsləri keçirilirdi və mən Çin dilini seçmişdim. Çin dilini seçən tələbələrə müəyyən proqram çərçivəsində Çinə getmək təklifi olundu və mən də bu fürsəti qəbul etdim.

    2019-cu ildə Çinə ilk səfərim mənim həyatımda dönüş nöqtəsi oldu. Orada gördüyüm inkişaf, texnologiya, nizam-intizam və ümumi mühit məni dərindən təsirləndirdi. Mən fərqli bir dünya gördüm və həmin dünyanın bir parçası olmaq qərarına gəldim. Özümə söz verdim ki, yenidən Çinə qayıdacağam və təhsilimi burada davam etdirəcəyəm. 2022-ci ildən 2024-cü ilə qədər Pekin Texnologiya Universitetində magistr təhsili aldım, hazırda isə 2024-cü ildən etibarən doktorantura üzrə təhsilimi davam etdirirəm və ikinci kurs tələbəsiyəm. Çindəki inkişaf və gələcək perspektivlər mənim üçün əsas motivasiya mənbəyi oldu.

    Aysu Məmmədova: İlk dəfə Çinə gəldiyinizdə sizi ən çox heyrətləndirən və ya təəccübləndirən nə idi?

      Tağı Məmmədov: İlk səfərimdə məni ən çox heyrətləndirən odur ki, sosial mediada gördüyümüz Çin reallıqdan çox fərqli idi. Açığı, daha zəif və geridə qalmış bir mənzərə gözləyirdim. Lakin əksinə, çox inkişaf etmiş, texnoloji və sistemli bir ölkə gördüm. Bu məni ciddi şəkildə təəccübləndirdi və düşündürdü ki, bəzən mediada gördüklərimiz reallığı tam əks etdirmir. Bundan başqa, Çində yaşamağa başladığım dövrdə “Ölülər bayramı” adlanan bir ənənə ilə qarşılaşdım. İnsanlar xüsusi kağız pulları “Yer-göy bankı” adlandırılan pulları – yol ayrıcında yandırır və bunun dünyasını dəyişmiş yaxınlarına çatdığına inanırlar. İlk baxışda bu mənə çox qəribə və təəccüblü gəldi. Lakin sonradan anladım ki, hər xalqın öz inancları və dəyərləri var və biz də başqalarının mədəniyyətinə hörmətlə yanaşmalıyıq.

      Aysu Məmmədova: Azərbaycan və Çin təhsil sistemi arasında hansı fərqləri hiss etdiniz və hansını daha çox bəyəndiniz?

        “My first trip to China changed my life — I realized that sometimes the world we imagine is very different from the world we discover.” 🌏

        — (@foresteducation.bsky.social) 2026-03-16T08:51:07.890Z

        Tağı Məmmədov: Mən Xəzər Universitetində təhsil almışam və oradakı sistemlə Pekin Texnologiya Universitetindəki sistem arasında böyük fərqlər görmədim. Dərs qrafiki çevikdir, dərslər bəzən səhər, bəzən axşam keçirilir. Müəllim və professor heyəti fərqli olsa da, öyrətmə metodikası ümumilikdə oxşardır. Çində professorların sayı və tədqiqat imkanları daha genişdir. Bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Lakin bu o demək deyil ki, Azərbaycanda təhsil zəifdir. Əksinə, Azərbaycanda da təhsil sistemi inkişaf edir və beynəlxalq əməkdaşlıqlar artmaqdadır. Mən hər iki ölkənin təhsil sistemini dəyərli hesab edirəm.

        Aysu Məmmədova: Xaricdə təhsil sizi insan kimi necə dəyişdirdi?

          Tağı Məmmədov: Xaricdə təhsil mənim düşüncə tərzimi və dünyagörüşümü ciddi şəkildə dəyişdi. Fərqli millətlərdən olan tələbələrlə bir mühitdə olmaq, onların mədəniyyətini, mentalitetini, motivasiyasını öyrənmək mənə çox şey qazandırdı. Ən vacib dərs isə bu oldu: biz xaricdə özümüzü yox, ölkəmizi təmsil edirik. Orada uğurlu və ya uğursuz olduğumuz zaman bunu “azərbaycanlı tələbə” adı ilə qiymətləndirirlər. Buna görə də hər addımı iki dəfə düşünmək lazımdır. Xaricdə təhsil insanın baxış bucağını genişləndirir və onu daha məsuliyyətli edir.

          Aysu Məmmədova: Çətin anlarda motivasiyanızı nə saxlayır?

            Tağı Məmmədov: Çində ilk vaxtlar xüsusilə yeməklə bağlı çətinliklərim oldu. Yeni mühit, yeni mədəniyyət, fərqli həyat tərzi müəyyən adaptasiya tələb edirdi. Lakin mən hər zaman özümə deyirdim ki, hər çətinliyin sonunda bir uğur var. Ən böyük motivasiya mənbəyim ailəmdir. Atamın sözləri mənə xüsusi güc verir. O həmişə deyir: “Oxu, narahat olma, yaxşı olacaq. Bu gün olmazsa, sabah olacaq.” Bu sözləri xatırladıqca ruhdan düşmürəm və yoluma davam edirəm.

            <svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Tağı Məmmədov müsahibə verir

            Aysu Məmmədova: Prezident İlham Əliyevin müsahibəsində adınız çəkiləndə ilk hissiniz nə oldu?

              Tağı Məmmədov: İlham Əliyevin Çinə səfəri zamanı çinli jurnalist Lüsin xanım onunla müsahibə aparırdı. Mən Lüsin xanımı əvvəlcədən tanıyırdım, çünki o da mənimlə müsahibə etmişdi. Müsahibəni izləyərkən bir anda o dedi ki, Pekində doktorantura təhsili alan bir azərbaycanlı tələbə tanıyır. Həmin an şoka düşdüm və çox kövrəldim. Çünki Lüsin xanımın tanıdığı yeganə azərbaycanlı tələbə mən idim. Bu mənim üçün həm qürurverici, həm də çox emosional bir an idi. O mənim adımı çəkməyə bilərdi, amma çəkdi və bu mənim üçün dünyalara bərabər oldu.

              Aysu Məmmədova: Bu hadisə sizin gələcək planlarınıza və motivasiyanıza necə təsir etdi?

                <svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 -960 960 960" width="24px" fill="#1f1f1f"><path d="M480-260q75 0 127.5-52.5T660-440q0-75-52.5-127.5T480-620q-75 0-127.5 52.5T300-440q0 75 52.5 127.5T480-260Zm0-80q-42 0-71-29t-29-71q0-42 29-71t71-29q42 0 71 29t29 71q0 42-29 71t-71 29ZM160-120q-33 0-56.5-23.5T80-200v-480q0-33 23.5-56.5T160-760h126l74-80h240l74 80h126q33 0 56.5 23.5T880-680v480q0 33-23.5 56.5T800-120H160Zm0-80h640v-480H638l-73-80H395l-73 80H160v480Zm320-240Z"/></svg> Tağı Məmmədov

                Tağı Məmmədov: Bu hadisə mənim tanınmağımda böyük rol oynadı. Sosial şəbəkələrdə və müxtəlif platformalarda daha çox diqqət qazandım, bir çox müsahibələr verdim. Motivasiya baxımından isə bu hadisə mənə daha böyük məsuliyyət hissi aşıladı. Gələcək planlarım tam formalaşmasa da, 2028-ci ildə məzun olacağımı bilirəm və həmin dövrdən sonra hansı istiqamətdə davam edəcəyim barədə düşünürəm. Bu hadisə mənə daha inamlı və məqsədyönlü olmağı öyrətdi.

                Aysu Məmmədova: Orada ən çox nəyin üçün darıxırsınız və Çin mədəniyyətində sizi ən çox cəlb edən nədir?

                  Tağı Məmmədov: Çində ən çox bəyəndiyim şey şəhər planlaması və velosiped mədəniyyətidir. 2-3 km məsafəni rahatlıqla velosipedlə qət edirik. Velosipedlər çox ucuzdur və şəhərin hər yerində mövcuddur. Çin yaşıllığa və ekoloji nəqliyyata böyük önəm verir. Havanın çirklənməsi problemi olsa da, bununla ciddi şəkildə mübarizə aparılır – ağaclar əkilir, alternativ nəqliyyat vasitələri təşviq olunur. Bu sistem məni çox cəlb edir.

                  Aysu Məmmədova: Əgər Çində keçirdiyiniz bir günü filmə çevirsəydiniz, adı nə olardı?

                    Tağı Məmmədov: Filmin adı “Tağının macəraları” olardı. Çünki Çində yaşadığım günlər həqiqətən maraqlı hadisələrlə doludur və hər gün yeni bir təcrübə və macəra deməkdir.

                    Aysu Məmmədova: Gənclərə xaricdə təhsil barədə bir cümləlik məsləhətiniz nədir?

                      Tağı Məmmədov: Hər bir gəncə tövsiyə edirəm ki, ən azı bir təhsil pilləsini xaricdə alsın. Xaricdə təhsil insanın dünyagörüşünü, düşüncə tərzini və həyat perspektivini tamamilə dəyişir. Amma unutmaq olmaz ki, biz xaricdə yalnız özümüzü deyil, Azərbaycanın adını da təmsil edirik.

                      Aysu Məmmədova

                      Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə departamentin əməkdaşı