Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) təşəbbüsü, “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin tərəfdaşlığı ilə 2022/2023-cü tədris ilində sözügedən liseyin müxtəlif müsabiqə və olimpiadalarda uğur qazanmış şagirdləri üçün Quba rayonunda düşərgə təşkil olunmuşdur.
FEA tərəfindən düşərgədə şagirdlərə bilik, bacarıq və dəyər əsaslı səriştələrinin inkişafı üçün təlimlər keçirilmiş, asudə vaxtlarının səmərəli təşkili məqsədilə oyunlar oynanılmışdır.























