Davamlılıq üçün maarifləndirmə həyatın çox erkən dövründə başlamalıdır. Məhz erkən uşaqlıq dövründə uşaqlar uzunmüddətli ola biləcək əsas dəyərləri, münasibət və vərdişlərini inkişaf etdirirlər.
Tədqiqatlar göstərir ki, kiçik uşaqlar zənginlik və bərabərsizlik haqqında mədəni mesajları qəbul edə bilirlər. Erkən uşaqlıq təhsili inkişaf və ömür boyu öyrənmə üçün sağlam intellektual zəmin yaratmaqdan ibarət olduğundan, o, məsələn, davamlı inkişafı dəstəkləyən dəyərlərin təşviqində böyük potensiala malikdir. Uşaqlar resurslardan səmərəli istifadəni, mədəni müxtəlifliyi, gender bərabərliyini və s. uşaq ikən müəllimlərindən və valideynlərindən öyrənməlidirlər.
Forest Education Azerbaijanın 25-27 mart tarixində həyata keçirəcəyi yaz düşərgəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir Saadat Aghayeva tərəfindən uşaqlara bu vacib elementlər təlim formatında tədris olunacaqdır. Bizi seçdiyinizə görə təşəkkürlər!
