Quba regional “ASAN xidmət” mərkəzinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə uşaq hüquqlarının təşviqatı ilə bağlı məktəbəqədər təhsil, ibtidai sinif müəllimliyi və digər pedaqoji istiqamətlərdə təhsil alan gənclər üçün “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin tərəfdaşlığı ilə keçiriləcək “Uşaq hüquqlarının təşviqi” adlı qarşıdan gələn layihəmizi elan etməkdən məmnunuq. Cəmiyyətimizə müsbət təsir göstərmək öhdəliyi yerinə yetirərək biz inanırıq ki, hər bir uşağın inkişaf etməsi üçün təhlükəsiz, qayğıkeş və dəstəkləyici mühit və s. hüquqların aşılanması üçün gözəl bir layihə olacaqdır!
Bu layihə vasitəsilə biz uşaqların hüquqlarının qorunmasının və təmin edilməsinin vacibliyi haqqında maarifləndirməyi və valideynlərə, pedaqoqlara və tərbiyəçilərə hər bir uşaq hüquqlarına riayət olunmasını təmin etmək üçün lazım olan bilik və vasitələrlə təmin etməyi hədəfləyirik. Təlimçi-fasilitatorlar BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən həyata keçirilmiş “Uşaq hüquqlarının təşviqi” adlı təlimçilik kursunun məzunları Ülvi Məmmədov və Vəfa Rüstəmovadır.
Sizi bu mühüm işdə bizə qoşulmağa dəvət edirik. Biz birlikdə uşaqların həyatında dəyişiklik edə və hamı üçün daha parlaq gələcək yarada bilərik.
15 akademik saatı əhatə edəcək kursu müvəffəqiyyətlə bitirən müdavimlərə bunu təsdiq edən şəhadətnamə təqdim ediləcək.
#uşaqhaqlarınıntəşviqi#ASANxidmət#ASANVolunteers#ADPUQuba#təhsil#təkmilləşdirmə


