Məktəb uşaqların sevinərək gəldiyi yer olmalıdır – məqalə
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><path d="M3.9 12c0-1.71 1.39-3.1 3.1-3.1h4V7H7c-2.76 0-5 2.24-5 5s2.24 5 5 5h4v-1.9H7c-1.71 0-3.1-1.39-3.1-3.1zM8 13h8v-2H8v2zm9-6h-4v1.9h4c1.71 0 3.1 1.39 3.1 3.1s-1.39 3.1-3.1 3.1h-4V17h4c2.76 0 5-2.24 5-5s-2.24-5-5-5z"/></svg> UNESCO

Məktəb uşağın şəxsiyyət kimi formalaşdığı, özünü dərk etdiyi, potensialını kəşf etdiyi və gələcəyinə yön verdiyi ən mühüm sosial mühitlərdən biridir. Son on beş il ərzində istər formal, istərsə də qeyri-formal təhsil sahəsində qazandığım təcrübəyə əsaslanaraq deyə bilərəm ki, müasir uşaqların öyrənmə ehtiyacları əvvəlki nəsillərlə müqayisədə tamamilə dəyişib. Bu günün uşaqları yalnız məlumat almaq yox, öyrənmə prosesində özünü dəyərli, maraqlı və güvənli hiss etmək istəyirlər. Məhz buna görə də, müasir təhsilin əsas məqsədi xoşbəxt, sağlam, yaradıcı və özünə inanan bir nəsil yetişdirmək olmalıdır. UNICEF-in təhsil yanaşmasına görə, məktəb uşaqlar üçün təhlükəsiz, inklüziv, dəstəkləyici və xoşbəxt olduqları bir mühitə çevrilməlidir. Çünki xoşbəxt uşaq daha yaxşı öyrənir, daha yaradıcı düşünür və cəmiyyətə daha sağlam şəkildə inteqrasiya edir. Təhsil yalnız nəticələrə deyil, uşağın rifahına, emosional durumuna və sosial inkişafına da xidmət etməlidir.

An empirical analysis of youth knowledge and perceptions of green finance: Evidence from Azerbaijan – Forest Education Azerbaijan forestedu.az/an-empirical…

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-30T09:08:31.232Z
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Zamin Məmmədov, International Training Program, Baku

Araşdırmalar göstərir ki, uşaqların məktəbdə emosional rifahı, özlərini güvənli hiss etmələri və müəllimlərlə qurduqları sağlam münasibətlər onların akademik nailiyyətlərinə birbaşa təsir edir. Əgər uşaq məktəbə qorxu ilə deyil, sevinc və maraqla gedirsə, bu, onun öyrənmə motivasiyasını əhəmiyyətli dərəcədə artırır. UNICEF də vurğulayır ki, uşağın rifahı təhsilin mərkəzində dayanmalıdır və təhsil sistemi uşaqları yalnız imtahanlara deyil, həyata, məsuliyyətə, əməkdaşlığa və liderliyə hazırlamalıdır. Təəssüf ki, bəzi məktəblərdə bullinq, psixoloji təzyiq, stress və motivasiya itkisi kimi hallar hələ də mövcuddur. Bu kimi problemlər uşaqların məktəbə olan münasibətinə mənfi təsir göstərir, onların inkişafını ləngidir və tədrisin keyfiyyətini aşağı salır. Halbuki məktəb uşağın özünü rahat hiss etdiyi, fikrinin dəyərli sayıldığı, səhv etməkdən qorxmadığı, özünü sərbəst ifadə edə bildiyi və hörmət gördüyü bir məkan olmalıdır. Uşaq məktəbdə özünü tənha deyil, cəmiyyətin dəyərli üzvü kimi hiss etməlidir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0V0z" fill="none"/><path d="M21 3H3c-1.11 0-2 .89-2 2v12c0 1.1.89 2 2 2h5v2h8v-2h5c1.1 0 1.99-.9 1.99-2L23 5c0-1.11-.9-2-2-2zm0 14H3V5h18v12zm-5-6l-7 4V7z"/></svg> Happy Schools for Our Future, video UNESCO

Xoşbəxt məktəb anlayışı UNICEF və beynəlxalq “Happy schools” yanaşmasına əsasən uşağın ehtiyaclarına uyğun qurulan, psixoloji təhlükəsizliyi təmin edən, əylənərək öyrənməyə imkan yaradan və müəllimi yalnız dərs deyən yox, həm də istiqamət verən və ilhamlandıran bir rol modelinə çevirən mühit deməkdir. Bu cür məktəblərdə valideynlərlə və icma ilə əməkdaşlıq güclü olur, təhsil isə bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti kimi qəbul edilir. Müasir dövrdə qeyri-formal təhsil uşaqların xoşbəxtliyində və inkişafında xüsusi rol oynayır. Düşərgələr, layihələr, ekskursiyalar, təbiət əsaslı öyrənmə və liderlik proqramları uşaqların özünə inamını artırır, sosial bacarıqlarını gücləndirir, komanda ruhunu formalaşdırır və emosional balansını möhkəmləndirir. UNICEF də oyun, yaradıcılıq və sosial təcrübənin uşağın hərtərəfli inkişafında əsas amillərdən biri olduğunu vurğulayır. Azərbaycan üçün məktəbləri uşaqların sevinə-sevinə gəldiyi bir məkana çevirmək strateji əhəmiyyət daşıyır. Bunun üçün məktəblərdə psixoloji rifahın gücləndirilməsi, müəllimlərin sosial statusunun və motivasiyasının artırılması, müasir və yaradıcı tədris metodlarının tətbiqi, qeyri-formal təhsilin formal tədrisə inteqrasiyası və şagirdlərin liderlik, yaradıcılıq və təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsi vacibdir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Məşədilər kənd məktəbi, İngilis dili dərsində “Spelling Bee” yarışması

Məktəb uşaqlar üçün sevgi, hörmət, dəstək və ilham məkanı olmalıdır. Məktəb işlək bir mexanizmdir və bu mexanizmin sağlam fəaliyyəti məktəbdə çalışan bütün pedaqoji və inzibati heyətin koordinasiyalı və məsuliyyətli işi ilə mümkündür. Məktəb idarəetmə komandası bir sistem kimi birlikdə işlədikdə, təhsil prosesi daha keyfiyyətli və təsirli olur. Çünki pedaqoji proses yalnız bir peşə deyil, eyni zamanda bir könül işidir. Burada uşaqlara təkcə akademik biliklər deyil, həyati bacarıqlar, dəyərlər və gələcəyə inam da aşılanmalıdır. Uşaqlar məktəbə məcburiyyət üçün yox, sevinc üçün gəlməlidir. Məktəb onların xatirə, dostluq, güvən və ilham topladığı bir həyat məkanına çevrilməlidir. Xoşbəxt uşaq sağlam cəmiyyətin, güclü dövlətin və ümidli gələcəyin təməlidir. Məktəblərimizi uşaqların sevdiyi yerə çevirmək isə bu günün ən mühüm təhsil missiyalarından biridir.

Zamin Məmmədov

Məqalənin müəllifi, Həmtəsisçi, direktor