“Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyi və Azərbaycan Skautlar Assosiasiyası sizi Qəbələdə ilin möhtəşəm “Yaz Akademiyası” adlı düşərgəyə dəvət edir!
27-29 may 2023-cü il tarixlərində, füsunkar təbiəti ilə seçilən Qəbələ rayonunda əyləncəli yaz düşərgəsi təşkil olunacaq.
Düşərgənin keçirilmə məqsədi skautların və məktəblilərin asudə vaxtının səmərəli təşkili, qeyri-formal təhsil metodlarından istifadə edərək yeni bilik və bacarıqlar əldə edilməsidir.
Düşərgənin proqramına 21-ci əsrin vətəndaşı, fiziki aktivliyi artıran idman oyunları, öz sağlam qidanı hazırla, qidanın dəyəri, hiking, intelektual yarışma, məntiq oyunları, dünya vətəndaşı təlimi, fərqli, məqsədyönlü və əyləncəli proqram (master klasslar) və macəralı ekskursiyalar və ingilis dili danışıq klubları daxildir.
Ödəniş isə 20 may tarixinədək qeydiyyatdan keçildiyi təqdirdə 100 AZN təşkil edir!
Ödənişə daxildir:
– Bakıdan düşərgə yerinə qədər və geri nəqliyyat xərcləri;
– 3 gün, 2 gecə qalmaq xərcləri;
– qidalanma, təlimlər, ekskursiyalar.
Qeydiyyatdan keçmək üçün:
Əlaqə nömrəsi : 051 612-85-86 (zəng və ya whatsApp)
#foresteducation#scoutsofazerbaijan#foresteducationazerbaijan#camping#hikingadventures#yazdüşərgəsi#YAZAKADEMİYASI