Zamin Məmmədov yazır


Dəyişən dünyanın tələblərinə uyğun təhsil sistemi qurmaq qarşıda duran ən önəmli məsələlərdəndir.Dünya qloballaşdıqca yeni trendlər ,yeni yanaşmalar meydana çıxır .Hesab edirəmki təhsil sistemimiz daha çox qlobal trendlərin tələblərinə uyğun vətəndaşlar yetişdirməyə ,uşaq və yeniyetmələrdə liderlik, özünü dərk , emosianal , psixoloji , fiziki , intellektual , sosial inkişaf yönümlü ,dünyanı kəşf etməyə , ölkəmizi dünyanın fərqli yerlərində layiqincə təmsil etməyə hazır olan vətəndaşlar yetişdirməlidir .Bunun üçün ilk öncə atılmalı olan addımlar hansılardır ?
1) Məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması , tam təmirli məktəblər.
2) Müəllimlərin əmək haqqının artırılması .
3) Müəllimlərin cəmiyyət içərisində olan nüfuzunun artırılması yönündə müxtəlif layihələrin işlənməsi .
4) Müəllimlərin müxtəlif mübadilə proqramlarına cəlb olunması (Erasmus )
5) Müəllim , məktəb , valideyin münasibətlərinin qarşılıqlı hörmət və qanunvericiliyinin tələblərinə uyğun təkminləşdirilməsi .
Qeyd olunanlardan əlavə olaraq qeyri formal təhsilinin tətbiqi heç zaman olmadığı qədər önəmlidir .Dəyişən dünyada uşaqlar və yeniyetmələr ənənəvi təhsili bəyənmir , hesab edirlərki məktəblər maraqsız yerlərdir , müəllimləri onları başa düşmür və s. Lakin biz təhsil müəssəsələrimizi uşaqların həm öyrənib həmdə əyləndiyi yer etsək o zaman məktəblər daha çox uşaqların sevimli yer olacağdır .Dərslər əyləncəli metodlarla , uşaqların oynayaraq öyrənəcəyi yollarla , poster təqdimat , qrup işləri , şagirdlərin motivasiya olunması ilə .İstedadlı şagirdlərin üzə çıxarılmasının daha da kütləviləşməsi ilə tədris qurulmalıdır .Məktəblərdə pedaqoji heyət üçün sağlam psixoloji mühit yaradılmalı , pedaqoji heyətin daima yüksək abı havada , öz işinə peşəkar yanaşması ilə təşkil olunmalıdır .Təhsilimizdə hal hazırda gedən gəncləşmə prosesinin bizi uğurlu nəticəyə aparacağına əminəm çünki gənclik demək yenilik deməkdir , gənclik demək yeni ideyalar , parlaq düşüncə deməkdir .

İslam Şükürov

Məqalənin müəllifi, İdarəetmə Komandasının üzvü, Saytın direktoru