“Forest Education” uşaqlar, yeniyetmələr və gənclər üçün vaxtaşırı görüşlər vasitəsilə hərtərəfli inkişaf üçün imkanlar təklif edən, XXI əsrin layiqli vətəndaşını formalaşdıran qeyri-ənənəvi təhsil konspesiyasıdır. Bu oyunu, qeyri-formal tədrisi, təbiəti kəşfetməni dəstəkləyən uzunmüddətli proqramdır. O, fərdlərdə: uşaq, yeniyetmə və böyüklərdə təbiət şəraitində ilham aldığı, praktiki təcrübələr vasitəsilə özünə inam və özünə hörməti inkişaf etdirir.
Layihəmiz yeni dövrün tələbinə uyğunlaşan və yaradıcı fərdləri dəstəkləmək üçün daim öz öyrənmə üslublarını və bacarıqlarını inkişaf etdirən, uzun illərdir pedaqoji təcrübəyə malik öyrədənlər tərəfindən paylaşılan inkişaf etikasına malikdir.
Proses bilik toplamağa daha çox kömək edir və asanlaşdırır, öyrənənlərə sosial, emosional, mənəvi, fiziki və intellektual inkişaf etmədə kömək edir. Bu, öyrənənlərin materialları sınaqdan keçirməsi və risk götürməsi üçün təhlükəsiz, mühakimə etmədən tərbiyəvi mühit yaradır. Konspesiya buna görə də iştirakçılara sağlam, möhkəm, yaradıcı və müstəqil öyrənənlər olmağa kömək edir.
