“Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin Həmtəsisçilər Şurasının “25” yanvar 2026-cı il tarixli qərarına əsasən Aslan Saadov Adil oğluna “Fəxri üzv” adı verilir.
Aslan Saadov 1961-ci il yanvarın 28-də Mingəçevirdə anadan olub. 1983-1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alıb. 2025-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb.
Hazırda Azərbaycan Respublikasının Elm və Təsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə Mingəçevir şəhəri Təhsil Sektorunda avarçəkmə bölməsinin rəhbəridir.
Forest Education Azerbaijan olaraq Aslan müəllimə gənclərin inkişafına həsr olunmuş nümunəvi pedaqoji və idman fəaliyyətinə görə dərin minnətdarlığımızı bildirir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür arzulayırıq. İnanırıq ki, onun bilik, təcrübə və peşəkarlığı gələcək illərdə də gənc nəslin sağlam, fəal və məsuliyyətli vətəndaş kimi formalaşmasına mühüm töhfələr verməyə davam edəcəkdir.
Aslan Saadovun idmana və təhsilə verdiyi dəyər, gənclərlə işdə göstərdiyi fədakarlıq və məsuliyyət Forest Education Azerbaijan üçün də ilham mənbəyidir. Bu əlamətdar yubiley münasibətilə ona yeni uğurlar, davamlı nailiyyətlər, şəxsi və peşəkar həyatında daim yüksələn inkişaf yolu arzulayırıq.
