Həmrəy olaq, bir olaq.

Əziz həmvətənlər!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Dünyanın müxtəlif guşələrində yaşasaq da, bizi birləşdirən milli kimliyimiz, dilimiz və Vətənə olan bağlılığımızdır.

Bu əlamətdar gün bizə birliyimizin gücünü, qarşılıqlı dəstəyin və həmrəyliyin nə qədər dəyərli olduğunu bir daha xatırladır. Həmrəy olduğumuz müddətdə həm cəmiyyətimiz, həm də gələcək nəsillər üçün daha sağlam və dayanıqlı bir gələcək qura bilərik.

Qoy Azərbaycanlıların birliyi daim möhkəm olsun, qəlblərimizdə Vətən sevgisi heç vaxt sönməsin. Hamınıza sağlamlıq, uğur və firavanlıq arzulayıram.

Zamin Məmmədov
Forest Education Azerbaijan direktoru

İslam Şükürov

Məqalənin müəllifi, İdarəetmə Komandasının üzvü, Saytın direktoru