Forest Education Azerbaijan ekoloji maarifləndirmə və qeyri-formal təhsil sahəsində fəaliyyət göstərən birlikdir (hüquqi forması MMC). Komandamızı gücləndirmək üçün könüllü əsaslarla bizimlə əməkdaşlıq edəcək hüquqşünas axtarırıq.
Öhdəliklər:
- Hüquqi sənədlərin hazırlanması və yoxlanılması
- Müqavilələr və əməkdaşlıq razılaşmalarına hüquqi rəy verilməsi
- Layihələr üzrə hüquqi məsləhətlərin göstərilməsi
- Rəsmi yazışmalar və hüquqi prosedurlara dəstək
Bizimlə nə qazanacaqsınız?
- Komanda üzvləri üçün yerli və beynəlxalq fəaliyyətlərdə iştirak imtiyazları (təlimlər, forumlar, layihələr və s.)
- Hüquqi biliklərin real mühitdə tətbiqi və praktiki təcrübə
- Şəbəkələşmə (networking) və komanda ilə inkişaf mühiti
- Fəaliyyətə dair rəsmi təsdiq və tövsiyə məktubu
Müraciət:
Müraciət üçün CV-nizi göndərin: info@forestedu.az
