Yaşadığı mühit uşağın böyüyüb “kim” olacağına necə təsir edir? – məqalə

Bir çoxları 1970-ci illərə qədər yaşadığımız həyat standartlarının insanın yalnız bioloji və genetik xüsussiyyətlərinə bağlı olduğunu düşünürdü. Həmin dövrdə gənc psixoloq olan Yuri Bronfenbrenner böyüdüyümüz yerin, əhatəmizin də bu baxımdan vacib olduğu fikrini irəli sürdü. O, Ekoloji sistemlər nəzəriyyəsini ictimaiyyətə ilk dəfə təqdim edəndə, əslində bu icadı ilə tarix yazmışdı. Bu tədqiqat sonradan təhsil təcrübələrində əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Uşaqların necə öyrəndiyi ilə bağlı yeni anlayışlar yaratdı və bu nəziyyə bu gün də tədrisə müasir yanaşmaları formalaşdırmaqda davam edir.


<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0V0z" fill="none"/><path d="M21 3H3c-1.11 0-2 .89-2 2v12c0 1.1.89 2 2 2h5v2h8v-2h5c1.1 0 1.99-.9 1.99-2L23 5c0-1.11-.9-2-2-2zm0 14H3V5h18v12zm-5-6l-7 4V7z"/></svg> Youtube: “Yaşadığı mühit insanın kim olacağına necə təsir edir?“

Bəs biz Ekoloji sistemlər nəzəriyyəsindən övladlarımız və ya şagirdlərimizlə gündəlik həyatdakı münasibətlərdə necə yararlana bilərik? 

Bronfenbrenner düşünürdü ki, uşaqlarımızın inkişafı yalnız düzgün qidalanmaq və yaxşı yatıb yuxusunu almaq kimi sadə tələblərlə məhdudlaşmır. Əgər insanların yaşadığı mühit və əhatəsindəki  insanlar dəyişərsə, onların həyat tərzi də dəyişə bilər. Ekoloji sistemlər nəzəriyyəsi haqqında məlumatlı olmağın bizə qatdığı əsas dəyər də elə budur: uşağın tam potensialına çatması üçün onun mühitinin rolunu öyrənmək və lazım gələrsə kiçik addımlarla bu mühiti dəyişə bilmək. Bu nəziyyə 5 əsas sistemi bizə təqdim edir. Bu sistemlər mikrosistem, mezosistem, ekzosistem, makrosistem və xronosistem adlanır. 

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Çimnaz Şıxverdiyeva “SABAH” qruplarında dərs zamanı

Dünyadakı bütün uşaqlar onların sonradan yaşayacağı bütün təcrübələrə birbaşa təsir edən mikrosistemdə doğulurlar. Bu sistemi onun ailəsi, valideynləri, bacı-qardaşları, baba və nənələri bir sözlə, yaşadığı ev təşkil edir. İndi gəlin, hər birimiz bir anlıq öz uşaqlığımızı xatırlayaq.

Bəlkə də siz həmin dövrlərdə bir ağacın altında oynayırdınız, ya da valideynlərinizə ev işlərində kömək edirdiniz, özünüzdən yaşca kiçik bacı-qardaşlarınızın qayğısına qalırdınız. Hər bir kiçik məqam, hər bir təcrübə sizin şəxsi inkişafınızı formalaşdırıb, yəni bugünki sizi yaradıb.  Gəlin, bu sistemlərə nümunələr əsasında nəzər yetirək və xəyali bir oğlan uşağı yaradaq. 

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Urie Bronfenbrenner
Foto: Cornell Human Ecology

Mikrosistem  / Təsəvvür edin ki, 8 yaşlı bu uşaq kiçik bir kənddə doğulub və  bu kəndin sərhədləri daxilində böyüyüb. Sonradan ailəsi ilə birlikdə şəhərə köçüb. Onun həyatı, Ekoloji sistemlər nəzəriyyəsində təsvir edilən müxtəlif səviyyələrdəki halqaların təsiri altında dəyişir. Yuri Bronfenbrenner düşünürdü ki, həyatı stabil olmayan, müxtəlif səbəblərdən tez-tez yaşadığı yeri dəyişən ailələrdə böyüyən uşaqlar daha çox neqativ hallarla və ya pis təsirlərlə qarşılaşırlar. Nəticədə, mənfi mikrosistemdə böyüyən uşaq uğur qazanmaqda çətinlik çəkir. Gəlin nümunə üzərindən davam edək. Bayaq təsəvvürümüzdə yaratdığımız bu oğlan kənddə doğulmuşdu, burada təbiətə yaxın, nisbətən sakit kənd mühiti onun mikrosistemini təşkil edirdi. Ailəsi kənddə çox sıx əlaqələrə sahib idi, qonşular bir-birinə məişət işlərində dəstək göstərirdi. Amma şəhərə köçdükdən sonra hər şey dəyişdi. Yeni mühit bu oğlana yad idi, insanlar da çox məşğul və laqeyd görünürdülər. Bu oğlan təbii olaraq öz yeni məktəbində əvvəlki dostlarını çox axtarır və yeni sinifdə özünə yer tapmaqda çətinlik çəkir. Sinif yoldaşları isə şəhər həyatına daha yaxşı uyğunlaşıblar və bizim qəhrəmanımız bəzən özünü tənha hiss edir.

Məktəbdən kənarda başlayan gələcək: “UNSCHOOLING” və bacarıq əsaslı təhsil modeli – MƏQALƏ – Forest Education Azerbaijan forestedu.az/unschooling-…

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-30T17:27:56.305Z

Mezosistem / Bizim qəhrəmanımızın mezosistemi onun həyatındakı köç hekayəsindən  təsirlənir. Valideynləri şəhərə köçdükdən sonra onların evləri ilə iş yeri arasında hər gün qət etdikləri məsafə xeyli uzaq idi. Evdən sübh çağı ayrılan valideynlər yalnız hava qaralanda evə qayıda bilirdilər. Uşaqları ilə daha çoz zaman keçirmək imkanları azalmışdı. Bunun üçün onlar övladlarının təhsili ilə də tez-tez maraqlana bilmirdilər. Bu da 8 yaşlı oğlanın məktəbdə daha çox çətinlik yaşamasına səbəb olur.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Çimnaz Şıxverdiyeva “SABAH” qruplarında dərs zamanı

Ekzosistem  / Bu ssistem uşağı özünü birbaşa daxil etməyən sosial mühitlər arasındakı əlaqələri əhatə edir. Məsələn, uşağın evdə yaşadığı təcrübələr valideynlərinin işindən təsirlənə bilər. Əgər valideynlərdən hər hansı biri iş yerində ciddi problemlər yaşayırsa, bu vəziyyətin evdə valideynlər arasında mübahisə yaratma ehtimalı var. Bu da müəyyən bir müddət ərzində olsa belə, valideynlərin uşaqla münasibətində dəyişikliklərə səbəb olacaq. Beləcə, ailə daxilində baş verən gərginliklər bizim qəhrəmanımıza da təsir edəcək. Şəhərdə həyat daha rəqabətlidir, valideynlər üçün ailəyə, uşağa vaxt ayırmaq əvvəlki kimi asan deyil. Bu səbəbdən evdə tarazlıq pozulur və  daha çox mübahisə yaranır. Bu mübahisələr uşağı narahat edir və o, valideynlərinin arasında olan gərginliyi hiss edir. Bu, onun özünü evdə də, məktəbdə də narahat hiss etməsinə səbəb olur.

Makrosistem / Kənddə böyüyən bu oğlan, şəhərdəki sürətli həyat tempinə alışmaqda çətinlik çəkir. Yeni qonşularla, sinif yoldaşları ilə ortaq maraqlar tapmaq onun üçün asan deyil. Şəhərin daha çox qayda-qanun tələb edən mühiti onu gərginləşdirir. Bu, cəmiyyətin daha fərqli mədəniyyətini qəbul etməkdə xəyali qəhrəmanımızın yaşadığı çətinliklərin bir hissəsidir. Bronfenbrenner bu mühiti makrosistem adlandırır və  bu halqa bütün digər sistemlərə təsir edən ümumi mədəniyyəti təsvir edir. Əgər bu sistemə 8 yaşlı həmin uşağın gözü ilə baxsaq, bu həm də o deməkdir ki, onun ailəsinin yeni mühitdə “yad” olma ehtimalı daha yüksəkdir. Beləliklə, uşağın bioloji potensialından və ya tərbiyəsindən asılı olmayaraq, makro səviyyədə o, hələ də əlverişsiz vəziyyətdə qalır.

Xronosistem / Bu nəzəriyyənin sonuncu halqası olan xronosistem, uşaqda və onun həyatında zamanla baş verən dəyişiklikləri təmsil edir. Bizim qəhərəmanımızn həyatında da zamanla bir çox dəyişiliklər  baş verir. Köçdükdən sonra uşaq yeni məktəbə və yeni dostlara alışmağa çalışır. İlk başlarda bu, ona çətinlik yaradır – yeni insanlar, yeni mühit, yeni qaydalar. Lakin zaman keçdikcə, uşaq bu dəyişikliklərə uyğunlaşır, dostlar tapır və özünə yeni bir həyat qazanır. Əvvəlcə, köçdüyü şəhərə uyğunlaşmaqda çətinlik çəkən uşaq zamanla özünü yeni mühitdə daha rahat hiss etməyə başlayır. Bronfenbrennerin nəzəriyyəsinə əsasən, uşağın həyatını yalnız onun genetikası formalaşdırmır. Onun inkişafı daxil olduğu mühit və qarşılaşdığı vəziyyətlərin nəticəsidir. Belə olan halda, kənddən şəhərə köçən 8 yaşlı oğlan üçün, cəmiyyətin və ailəsinin dəstəyi onun uğurlu böyüməsi üçün həlledici rol oynayır.

İndi isə gözlərinizi yumun və təsəvvür edin. Uşağınız (şagirdiniz) bir toxum kimi torpaqda əkilib. Bu toxumun böyüməsi üçün yalnız su və günəş kifayət etməz. Onun ətrafında hansı bitkilər var, torpağının tərkibi necədir, böyüdüyü mühitdə küləklər necə əsir?

Çimnaz Şıxverdiyeva

Məqalənin müəllifi