Şamaxıda gənclər müasir bacarıqlar üzrə sessiyalarda bir araya gəldi – press-reliz
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Birgünlük sessiyaların Şamaxıdan olan gənc iştirakçıları

Şamaxı şəhərində gənclər üçün birgünlük sessiyalar təşkil olunub. Şamaxı regional ASAN xidmət mərkəzinin, Forest Education Azerbaijan qeyri-formal təhsil birliyinin və Dünya İqtisadiyyat Forumunun Global Shapers Community-nin Şamaxı bürosunun birgə əməkdaşlığı ilə baş tutan tədbirin əsas məqsədi gənclərin müasir çağırışlara uyğun bilik və bacarıqlarını artırmaq, onların sosial, rəqəmsal və davamlı düşüncə tərzini formalaşdırmaq, eyni zamanda komanda işi və ünsiyyət bacarıqlarını gücləndirmək olub. Birgünlük proqram çərçivəsində sessiyalar rəqəmsal transformasiyaya giriş, greentech və davamlı texnologiyalar, komanda quruculuğu və ünsiyyət bacarıqları kimi aktual mövzuları əhatə edib. Tədbir qeyri-formal təhsil prinsiplərinə əsaslanaraq interaktiv, iştirakçı yönümlü və praktik yanaşmalar üzərində qurulub. Bu yanaşma gənclərin yalnız məlumat əldə etməsinə deyil, həm də düşünmə, müzakirə və qərarvermə proseslərinə aktiv şəkildə cəlb olunmasına imkan yaradıb.

Great energy today in Shamakhi, We spent the day talking about digital transformation, greentech, teamwork and communication – with lots of interaction, questions, games and real conversations. #GlobalShapersShamakhi #ForestEducation #ASANvolunteers @youthworkdg.bsky.social

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-31T15:23:18.587Z
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg>  İslam Şükürov, GSC Shamakhi Hub vice-Curator

Proqramın ilk sessiyası Global Shapers Shamakhi Hub-ın vitse kuratoru İslam Şükürov tərəfindən rəqəmsal transformasiyaya giriş mövzusuna həsr olunub. Sessiya zamanı rəqəmsal transformasiyanın mahiyyəti, onun cəmiyyətin müxtəlif sahələrinə təsiri və gələcəkdə əmək bazarında yaradacağı dəyişikliklər geniş şəkildə izah edilib. Qeyd olunub ki, rəqəmsal transformasiya yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmır, eyni zamanda düşüncə tərzinin, idarəetmə modellərinin və öyrənmə yanaşmalarının dəyişməsini tələb edir. İslam Şükürov çıxışında xüsusilə gənclərin bu prosesdəki roluna diqqət çəkib. O bildirib ki, rəqəmsal dövrdə gənclər təkcə istifadəçi deyil, eyni zamanda yeni həllərin, ideyaların və innovasiyaların yaradıcıları olmalıdırlar. Sessiya zamanı rəqəmsal savadlılıq, texnoloji adaptasiya, çevik bacarıqlar və davamlı öyrənmə anlayışları ətrafında geniş müzakirələr aparılıb. Sessiya sual-cavab formatı ilə davam etdirilib. İştirakçılar rəqəmsal texnologiyaların gündəlik həyata və gələcək peşə seçimlərinə təsiri, süni intellektin imkanları, avtomatlaşdırmanın yaratdığı çağırışlar və region gənclərinin rəqəmsal bacarıqlara çıxışı ilə bağlı suallar ünvanlayıblar. Bu müzakirələr gənclərin mövzuya nəzəri, praktik və tənqidi yanaşmasını stimullaşdırıb.

İslam Şükürov sessiya zamanı qeyd edib:

“Rəqəmsal transformasiya bir prosesdir və bu prosesdə əsas amil texnologiya yox, insandır. Gənclər dəyişən dünyaya uyğunlaşmağı, yeni bacarıqlar qazanmağı və bu dəyişiklikləri fürsətə çevirməyi bacarmalıdırlar.”

O, həmçinin vurğulayıb ki, regionlarda keçirilən bu cür sessiyalar gənclərin potensialının üzə çıxarılmasında və bərabər imkanların yaradılmasında mühüm rol oynayır.


<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Ülvi Məmmədov, Hub, Strateji məsləhətçi

Proqramın növbəti hissəsində Global Shapers Shamakhi Hub-ın strateji məsləhətçisi Ülvi Məmmədov tərəfindən greentech və davamlı texnologiyalar mövzusunda sessiya keçirilib. Sessiyada ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf kontekstində texnologiyanın rolu geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, greentech anlayışı ekoloji problem, eyni zamanda sosial və iqtisadi inkişaf üçün yeni imkanlar yaradan bir yanaşmadır. Ülvi Məmmədov çıxışında vurğulayıb ki, davamlı gələcəyin qurulması üçün gənclərin bu sahədə məlumatlı və fəal olması vacibdir. O bildirib ki, yaşıl texnologiyalar, bərpa olunan enerji, resurslardan səmərəli istifadə və ekoloji innovasiyalar artıq gələcəyin mövzusu deyil, bu günün reallığıdır. Sessiya zamanı greentech sahəsində dünya təcrübəsindən nümunələr, eləcə də lokal və fərdi səviyyədə tətbiq oluna bilən yanaşmalar iştirakçılarla bölüşülüb.

Sessiya interaktiv müzakirələrlə davam etdirilib. İştirakçılar gündəlik həyatlarında ekoloji seçimlərin əhəmiyyəti, texnologiyanın ətraf mühitə təsiri və gənclərin bu prosesdə təşəbbüs göstərmə imkanları barədə fikir mübadiləsi aparıblar. Ülvi Məmmədov sessiya zamanı qeyd edib:

“Davamlı inkişaf anlayışı böyük layihələr və dövlət siyasətləri ilə məhdudlaşmır. Gənclərin atdığı kiçik, amma şüurlu addımlar uzunmüddətli perspektivdə böyük dəyişikliklər yarada bilər.”

O, həmçinin greentech sahəsinin gənclər üçün yeni karyera imkanları yaratdığını, bu istiqamətdə bilik və bacarıqların gələcək əmək bazarında mühüm üstünlük olduğunu vurğulayıb.


<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg>  Emilia Avilova, gənc fasilitator

Rəqəmsal transformasiya və greentech mövzularında keçirilən sessiyalar gənclərdə müasir dövrün çağırışlarına dair ümumi baxış formalaşdırmaqla yanaşı, onları daha fəal və məsuliyyətli mövqe tutmağa təşviq edib. Proqramın növbəti hissələrində isə gənclərin bu bilikləri real sosial mühitdə necə tətbiq edə biləcəkləri komanda quruculuğu və ünsiyyət bacarıqları mövzularında interaktiv sessiyalar vasitəsilə davam etdirilib. Proqramın növbəti mərhələsində gənclər üçün komanda quruculuğu və ünsiyyət bacarıqları mövzularında sessiyalar təşkil olunub. Sessiyalar gənc fasilitatorlar Eltun Alıyev və Emilia Avilova tərəfindən aparılıb və tamamilə interaktiv süjet xətti üzərində qurulub. Bu yanaşma iştirakçıların real həyat situasiyalarını canlandıraraq öyrənməsinə, qərarvermə prosesində fəal rol almasına və komanda daxilində əməkdaşlıq bacarıqlarını praktik şəkildə sınaqdan keçirməsinə imkan yaradıb. Sessiyaların əsas fərqləndirici cəhəti mövzuların klassik izah formatında deyil, əvvəlcədən qurulmuş bir süjet əsasında təqdim olunması olub. Gənclər bu süjet çərçivəsində müxtəlif rolları üzərinə götürərək komanda üzvü, lider, müşahidəçi və qərarverici kimi çıxış ediblər. Süjet boyu qarşıya çıxan problemlər və tapşırıqlar vasitəsilə iştirakçılar ünsiyyət, koordinasiya, qarşılıqlı etimad və məsuliyyət anlayışlarını birbaşa təcrübə ediblər.

So proud of our young facilitators Eltun and Emilia 🌟Your energy, creativity and the way you turn learning into a real experience truly stand out.Wishing you lots of success on your journey – keep inspiring, keep growing.

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-31T15:44:39.533Z

Global Shapers Shamakhi Hub-ın təsir müvəkkili (impact officer) Eltun Alıyev sessiya zamanı bildirib ki:

“Komanda quruculuğu haqqında danışmaq kifayət deyil. İnsanlar bunu yaşamalıdır. Süjet əsaslı yanaşma gənclərə komanda daxilində necə davranmalı olduqlarını öz üzərlərində hiss etməyə imkan verir.”

Sessiyalar zamanı komanda işi, liderliyin paylaşılması, vaxtın idarə olunması və konfliktlərin həlli kimi mövzular oyun və qrup tapşırıqları vasitəsilə işlənib. İştirakçılar fərqli situasiyalarda ünsiyyətin necə dəyişdiyini, anlaşılmazlıqların necə yarandığını və düzgün kommunikasiya ilə bu problemlərin necə aradan qaldırıla biləcəyini praktik nümunələr üzərindən müşahidə ediblər. Ünsiyyət bacarıqları mövzusunda keçirilən sessiyalar dinləmə, empatiya, aydın mesaj ötürmə və bədən dili kimi əsas elementlər üzərində fokuslanıb. Emilia Avilova tərəfindən aparılan hissədə iştirakçılar oyunlar və interaktiv tapşırıqlar vasitəsilə ünsiyyətdə ən çox rast gəlinən səhvləri müəyyənləşdirib və bu səhvlərin qarşısının necə alına biləcəyini birlikdə müzakirə ediblər.

Fasilitator Emilia Avilova qeyd edib:

“Effektiv ünsiyyət danışmaq, qarşı tərəfi anlamaq və hiss etmək bacarığıdır. Oyunlar gənclərə bunu təhlükəsiz və rahat mühitdə sınaqdan keçirməyə imkan verir.”

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg>  Eltun Alıyev, gənc fasilitator

Sessiyaların mühüm mərhələlərindən biri də refleksiya hissəsi olub. Hər bir oyun və tapşırıqdan sonra iştirakçılar öz hisslərini, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nəticələri paylaşaraq öyrəndiklərini şərh ediblər. Bu mərhələ gənclərin öz davranışlarını dərk etməsinə, fərdi və komanda səviyyəsində inkişaf istiqamətlərini müəyyənləşdirməsinə şərait yaradıb. Refleksiya zamanı gənclər qeyd ediblər ki, komanda daxilində ünsiyyətin zəif olması tapşırıqların icrasını çətinləşdirir, açıq və aydın kommunikasiya isə nəticəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu müşahidələr sessiyaların real həyatla birbaşa əlaqəsini daha da gücləndirib.


<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Birgünlük sessiyaların Şamaxıdan olan gənc iştirakçıları

Komanda quruculuğu və ünsiyyət sessiyaları boyunca tətbiq olunan qeyri-formal metodlar iştirakçıların fəallığını artırıb, onların özlərini sərbəst ifadə etməsinə və təşəbbüs göstərməsinə imkan yaradıb. Gənclər sessiyalarda yalnız verilən tapşırıqları icra etməyib, eyni zamanda prosesin formalaşmasına təsir göstəriblər. Sessiyalar zamanı yaranan müzakirələr gənclərin sosial bacarıqlarının inkişafına, özünə inamının artmasına və komanda ruhunun möhkəmlənməsinə töhfə verib. Bu yanaşma gənclərin həm şəxsi həyatlarında, həm də gələcək təhsil və peşə fəaliyyətlərində istifadə edə biləcəkləri bacarıqların formalaşmasına xidmət edib.

🌱🍃✨🌍  Celebrating the incredible work of our Education for Sustainable Futures students this week! 🌍✨🍃🌱As part of their fieldwork week they visited some of Glasgow’s most inspiring community and non-formal educational spaces Glasgow Zine Library, Hidden Gardens and Coach House Trust… 🧵1/3

— Education for Sustainable Futures MSc (@uofgesf.bsky.social) 2024-11-30T09:04:14.728Z

Birgünlük proqram ümumilikdə gənclərin rəqəmsal düşüncə tərzinin, ekoloji məsuliyyətinin, komanda işi və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş kompleks bir öyrənmə mühiti yaradıb. Sessiyalar arasında qurulan məntiqi ardıcıllıq əvvəlcə rəqəmsal və davamlı gələcək anlayışlarının təqdim olunması, daha sonra bu biliklərin sosial mühitdə tətbiqi proqramın təsirini daha da gücləndirib. İştirakçılar proqramın sonunda əldə etdikləri bilik və təcrübələrin onların dünyagörüşünü genişləndirdiyini və gələcək fəaliyyətlərində yol göstərən rol oynayacağını vurğulayıblar. Təşkilatçılar isə bu cür sessiyaların region gəncləri üçün əhəmiyyətini qeyd edərək, qeyri-formal təhsil yanaşmalarının genişləndirilməsinin prioritet istiqamət olaraq qalacağını bildiriblər. Birgə təşkil olunan bu sessiyalar gənclərin potensialının üzə çıxarılmasına, onların fəal və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verən mühüm təşəbbüs kimi qiymətləndirilib.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> İnteraktiv sessiya zamanı

Tədbirin sonunda sessiyalarda fəal iştirak edən gənclərə proqram çərçivəsində əldə etdikləri bilik və bacarıqları təsdiq edən sertifikatlar təqdim olunub. Sertifikatlar iştirakçıların komanda quruculuğu, effektiv ünsiyyət, rəqəmsal transformasiyaya giriş və greentech mövzularında qeyri-formal təhsil əsaslı sessiyalarda iştirakını əhatə etməklə, onların şəxsi və peşəkar inkişaf yolunda atdıqları addımların tanınmasına xidmət edib. Sertifikatların təqdim olunması iştirakçıların motivasiyasını artırmaqla yanaşı, proqramın yekun nəticələrinin rəsmi şəkildə təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0V0z" fill="none"/><path d="M21 3H3c-1.11 0-2 .89-2 2v12c0 1.1.89 2 2 2h5v2h8v-2h5c1.1 0 1.99-.9 1.99-2L23 5c0-1.11-.9-2-2-2zm0 14H3V5h18v12zm-5-6l-7 4V7z"/></svg> Video-fayl: One-day training was held

Global Shapers Shamakhi Hub

Məqalənin müəllifi, təşkilat hesabı