Uşaq hüquqlarının təşviqi istiqamətində universitet tələbələri üçün seminarlar davam edir

Üçüncü seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələrinə “Uşaq hüquqlarına və Uşaq Hüquqları Konvensiyasına (UHK) giriş – Milli və beynəlxalq səviyyədə uşaq hüquqlarının təşviqi üçün hüquqi çərçivələri anlamaq” mövzusunda 2 akademik saat həcmində seminar baş tutdu.

Mühazirəçi “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təlimçisi Ülvi Məmmədov tərəfindən keçirilən seminar zamanı UHK-nin əsas prinsipləri, uşaqların hüquqları və qorunması haqqında əhəmiyyətli məlumatlar paylaşıldı. Tələbələr uşaqların hüquqlarını və bu sahədə aparılan işi milli və beynəlxalq səviyyədə daha yaxından tanımaq imkanı əldə etdilər.

İslam Şükürov

Məqalənin müəllifi, İdarəetmə Komandasının üzvü, Saytın direktoru