Yeni təşəbbüs “Be Brave”: gənclərlə, gənclər üçün və gənclər tərəfindən öyrənmə modeli

Gənclərlə işçi və təlimçi Cəsur Mədətzadə yeni yaradılan Be Brave qeyri-formal təhsil platforması haqqında məlumat verib. Platforma barədə müsahibəni Forest Education Azerbaijan-ın İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Aysu Məmmədova alıb.

“Be Brave – Create a Better World” şüarı ilə fəaliyyətə başlayan platforma qeyri-formal təhsil vasitəsilə gənclərin potensialını üzə çıxarmağı, öyrənmə, praktiki təcrübə və icma anlayışını bir araya gətirməyi hədəfləyir. Təşəbbüsün əsas məqsədi gənclərin şəxsi, peşəkar və vətəndaş kimi inkişafına töhfə vermək, onları daha fəal və təşəbbüskar mövqeyə yönləndirməkdir.

Platformanın uzunmüddətli vizionu qeyri-formal təhsilin gənclərin inkişafında əsas rol oynadığı, inklüziv və aktiv cəmiyyətin formalaşmasına töhfə verən bir ekosistemin qurulmasıdır. Be Brave-in missiyası isə Azərbaycanda qeyri-formal təhsilin inkişafına dəstək olmaq, bu sahədə keyfiyyətli və əlçatan öyrənmə imkanları yaratmaq və gənclərin müxtəlif səviyyələrdə özlərini reallaşdırmasına şərait yaratmaqdır.

Be Brave fəaliyyətini “Gənclərlə, gənclər üçün və gənclər tərəfindən” fəlsəfəsi üzərində qurur. Bu yanaşma gənclərin bir-birini daha yaxşı anladığına, daha səmimi və effektiv şəkildə dəstək ola bildiyinə əsaslanır. Platforma məhz bu qarşılıqlı anlayış üzərindən öyrənmə mühitləri formalaşdıraraq gənclərin dəyişiklik yaratmaq gücünü ön plana çıxarır.

Platformanın dəyərləri “BRAVE” anlayışı ətrafında formalaşıb. Buraya gənclərin özlərini qəbul olunmuş və dəyərli hiss etdikləri aidiyyət hissinin yaradılması (Belonging), çətinliklər qarşısında dayanıqlılığın gücləndirilməsi (Resilience), fəal vətəndaşlığın təşviqi (Active Citizenship), dəyərlərə əsaslanan öyrənmə yanaşması (Values-based Learning) və gənclərin təşəbbüs göstərməsinə şərait yaradan gücləndirmə (Empowerment) daxildir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Noyabr, 2025, Cəsur Mədətzadə və gənclər “Gənc təlimçilər məktəbi” layihəsində

Cəsur Mədətzadə qeyri-formal və formal təhsil, gənclər siyasəti və beynəlxalq layihələr sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. O, Finlandiya, Fransa, Gürcüstan, Polşa, Macarıstan və Almaniyada keçirilən müxtəlif beynəlxalq proqramlarda iştirakçı və təlimçi kimi fəaliyyət göstərib. AEGEE-Avropa, COP29 və Azərbaycan Gənclər Təşkilatları Milli Şurası çərçivəsində gənclərin iştirakı və bacarıqlarının inkişafı istiqamətində layihələrdə yer alıb. 2023-cü ildə “İlin Gənci” mükafatına layiq görülən Cəsur Mədətzadə eyni zamanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun Təlimçilər Bazasının üzvüdür.

Yeni yaradılan Be Brave platforması gənclərin öz potensialını kəşf etməsi, öyrənmə prosesində fəal iştirak etməsi və cəmiyyətin inkişafında daha görünən rol alması üçün açıq bir mühit formalaşdırmağı qarşıya məqsəd qoyur.

Aysu Məmmədova

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə departamentin əməkdaşı