Komandamızın birgə inkişaf yolu, dostluq münasibətləri

Bəzən qeyri-formal təhsil haqqında ən doğru düşüncələr planlaşdırılmış iclaslarda yox, gündəlik həyatın içində, kofeşopda, axşam gəzintisində, səmimi görüşlər zamanı formalaşır. Bu gün komandamızın üzvləri ilə bir araya gəldiyimiz görüş də məhz belə gözəl anlardan biri oldu. Zamin müəllim, Nəzrin və Elşən ilə birlikdə sadə, mənalı bir mühitdə həm davam edən işlərimizi, həm də qeyri-formal təhsilin gələcək istiqamətlərini müzakirə etdik. Bu görüş rəsmi gündəmlərdən uzaq olsa da, ortaya çıxan fikirlər və suallar bir çox strateji sənəddən daha dərin idi. Söhbət əsnasında bir qənaətə gəldik ki, insanın özünü dərk etməsinə, mövqeyini müəyyənləşdirməsinə imkan verən bir prosesdir. Komandadaxili dialoqda hər kəsin öz təcrübəsini bölüşməsi, fərqli baxışların toqquşması və ortaq nöqtələrin tapılması bu mühitin əsas gücünü göstərir. Heç kim “düz cavab” axtarmır, əsas məqsəd doğru sualları tapmaq və onları açıq şəkildə müzakirə etmək idi.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> John Dewey

Bu cür görüşlər məni Con Dyuinin “təhsil həyatın özüdür” fikrinə yenidən qaytarır. Qeyri-formal təhsil məhz bu anlayış üzərində dayanır. Öyrənmə gündəlik münasibətlərin, birgə düşünmənin və paylaşımın içində baş verir. İnsan öyrəndikcə təkcə bilik qazanmır, eyni zamanda öz mövqeyini formalaşdırır. Komandamızla apardığımız müzakirələrdə də bu azadlaşdırıcı yanaşma hiss olunurdu. Burada disiplin sərt qaydalarla deyil, qarşılıqlı etimadla qurulur. İvan İliçin institusional təhsilə yönəltdiyi tənqidi yanaşmalar bu mühitlərdə daha anlaşılan olur. İnsan niyə bu prosesin içində olduğunu dərk etdikdə, nəzarətə ehtiyac azalır. Görüş zamanı hiss olunan məsuliyyət də məhz bu daxili motivasiyadan qaynaqlanırdı. İnsan niyə bu prosesin içində olduğunu dərk etdikdə, nəzarətə ehtiyac azalır. Görüş zamanı hiss olunan məsuliyyət də məhz bu daxili motivasiyadan qaynaqlanırdı. Bu mühitdə hər kəs dinlənildiyini və töhfəsinin real dəyər daşıdığını hiss edirdi.

John Dewey təhsili təcrübə üzərindən qurulan canlı bir proses kimi dəyərləndirirdi. Onun yanaşmasına görə insan öyrənərkən passiv dinləyici yox, mühitlə qarşılıqlı əlaqədə olan fəal iştirakçı olmalıdır. Dewey üçün məktəb (və ümumilikdə təhsil mühiti) həyatın özü idi – uşaqları gələcəyə hazırlayan yer yox, indiki zamanda düşünməyi, qərar verməyi və məsuliyyət daşımağı öyrədən bir məkan. O hesab edirdi ki, maraq və mənalı fəaliyyət olmadan yaranan bilik uzunömürlü olmur. Bu baxımdan Dewey-nin ideyaları bu gün qeyri-formal təhsilin əsas fəlsəfəsi ilə təbii şəkildə üst-üstə düşür.

Qeyri-formal təhsil kontekstində disiplin və davranış mədəniyyəti – məqalə forestedu.az/qeyri-formal…

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-30T16:49:04.990Z
<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Ziqmund Bauman

Müasir dövrdə bilik tez köhnəlir, amma öyrənmə bacarığı qalır. Ziqmund Baumanın təsvir etdiyi “axıcı dünya”da qeyri-formal təhsil insanı dəyişən şəraitə uyğunlaşmağa hazırlayır. Bizim görüşümüz də göstərdi ki, bu sahədə əsas kapital insan münasibətləridir. Açıq ünsiyyət, etibar və birgə düşünmə mədəniyyəti…

Bu yazını şəxsi müşahidə və təcrübələrim əsasında qələmə alıram. Bəzən ən dəyərli nəticələr sakit söhbətlərdən, bölüşülən fikirlərdən və ortaq düşüncədən doğur. Ziqmund Bauman müasir cəmiyyəti “axıcı modernlik” anlayışı ilə izah edən ən təsirli sosial mütəfəkkirlərdən biridir. Onun yanaşmasına görə, çağdaş dünyada sabit strukturlar, uzunmüddətli planlar və dəyişməz identikliklər getdikcə zəifləyir. İnsan daim dəyişən sosial, iqtisadi və mədəni şəraitə uyğunlaşmaq məcburiyyətində qalır. Bauman bu axıcılığın insan həyatında həm azadlıq, həm də dərin qeyri-müəyyənlik yaratdığını vurğulayır, fərd seçim azadlığı qazansa da, eyni zamanda davamlılıq və təhlükəsizlik hissini itirir. Bu kontekstdə o, təhsilin və sosial institutların əsas rolunun hazır biliklər ötürmək deyil, insanlara dəyişən şəraitdə düşünməyi, məsuliyyət götürməyi və mənalı seçimlər etməyi öyrətmək olduğunu qeyd edir. Baumanın fikirlərində insan münasibətləri, etik məsuliyyət və sosial bağlılıq xüsusi yer tutur və bu yanaşma müasir qeyri-formal təhsil mühitlərinin fəlsəfi əsasları ilə səsləşir.

Ülvi Məmmədov

Məqalənin müəllifi, FEA-nın həmtəsisçisi