Məsuliyyət haradan başlayır? Qan donorluğuna Fuad Əsgərovla baxış – müsahibə

Donating blood is a lifesaving resource for those who need it most, like accident & burn victims, heart surgery & organ transplant patients, and those battling cancer. ❤️If you can donate, find a blood donation center near you: aabb.org/for-donors-patients #NationalBloodDonorMonth

— CA Health & Human Services (@calhhs.bsky.social) 2026-01-29T18:46:04.968434133Z

Könüllü qan donorluğu bu gün səhiyyə sistemi üçün, eyni zamanda cəmiyyətin sosial məsuliyyət səviyyəsini göstərən mühüm göstəricilərdən biridir. Bu sahədə davamlı və effektiv nəticələr əldə etmək üçün ancaq çağırışlar kifayət etmir, insanların davranışlarına təsir edən dəyərlərin, anlayışların və öyrənmə proseslərinin formalaşdırılması da vacibdir. Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov ilə müsahibədə könüllülük mədəniyyətinin inkişafında qeyri-formal təhsilin rolu, gənclərin bu prosesə cəlb olunması və uzunmüddətli sosial təsirin necə qurulduğu barədə ətraflı danışdıq. Həmin müsahibəni təqdim edirik:

Aysu Məmmədova: Fuad müəllim, rəhbərlik etdiyiniz Qan Donorları Assosiasiyası artıq uzun illərdir cəmiyyətdə tanınan və etibarlı bir qurumdur. İlk olaraq istərdik ki, bu fəaliyyətin əsas fəlsəfəsi və yanaşması haqqında oxucularımıza ümumi baxış verəsiniz.

Fuad Əsgərov:

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0V0z" fill="none"/><path d="M21 3H3c-1.11 0-2 .89-2 2v12c0 1.1.89 2 2 2h5v2h8v-2h5c1.1 0 1.99-.9 1.99-2L23 5c0-1.11-.9-2-2-2zm0 14H3V5h18v12zm-5-6l-7 4V7z"/></svg> Youtube: Gənc Qan Donorlarının ilk Regional Forumu / Gəncə 2015

Qan Donorları Assosiasiyasının fəaliyyətinin mərkəzində insan dayanır. Bizim üçün əsas məsələ qan ehtiyacını qarşılamaq, cəmiyyətdə məsuliyyətli davranış modelini formalaşdırmaqdır. Könüllü qan donorluğu bir vərdiş, bir mədəniyyətdir və bu mədəniyyət yalnız çağırışlarla yox, öyrənmə və dərk etmə yolu ilə formalaşır. Bu baxımdan fəaliyyətimizi daha çox qeyri-formal təhsil yanaşması üzərində qurmuşuq. İnsan niyə qan verdiyini, bunun kimlərin həyatına toxunduğunu anladıqda, bu davranış davamlı olur.

Aysu Məmmədova: Siz tez-tez qeyri-formal təhsil yanaşmasına toxunursunuz. Səhiyyə və könüllülük sahəsində bu yanaşma niyə sizə daha effektiv görünür?

Fuad Əsgərov: Çünki qeyri-formal təhsil insanı passiv dinləyici mövqeyindən çıxarır. Bizim tədbirlərimizdə, maarifləndirmə görüşlərimizdə insanlar sadəcə məlumat almır, sual verir, müzakirə edir, öz həyat təcrübəsini bölüşür. Bu zaman bilik birbaşa davranışa çevrilir. Məsələn, irsi qan xəstəlikləri ilə bağlı mövzular çox həssasdır. Formal mühazirə şəklində verilən məlumat çox zaman təsirli olmur. Amma real hekayələr, canlı müzakirələr və icma daxilində aparılan söhbətlər insanlarda daha dərin düşüncə yaradır.

Aysu Məmmədova: Assosiasiyanın beynəlxalq əməkdaşlıqları da diqqət çəkir. Bu təcrübələr fəaliyyətinizə nə qatır?

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Gənclər üçün qan donorluğu məktəbi layihəsində görüş / Bakı-2024

Fuad Əsgərov: Beynəlxalq əməkdaşlıq bizim üçün ancaq elə status məsələsi deyil. Müxtəlif ölkələrin qan donorluğu və könüllülük modellərini öyrənirik, amma onları olduğu kimi tətbiq etmirik. Yerli kontekstə uyğunlaşdırırıq. Bu prosesin özü də qeyri-formal öyrənmədir. Könüllülərimiz beynəlxalq layihələrdə iştirak etdikcə, ünsiyyət, sosial məsuliyyət kimi bacarıqlar qazanırlar. Bu bacarıqlar isə təşkilat daxilində, onların şəxsi və peşəkar həyatında da özünü göstərir.

Aysu Məmmədova: 2019-cu ildə keçirilən Beynəlxalq Gənclər Forumu xüsusilə yadda qalan təşəbbüslərdən biri oldu. Bu forumun əsas özəlliyi nə idi?

Fuad Əsgərov:

Əsas fərq ondadır ki, bu forum klassik konfrans formatında təşkil olunmamışdı. Biz gənclərin aktiv iştirakına önəm verdik. Müzakirələr, qrup işləri, təcrübə paylaşımı və qeyri-formal sessiyalar vasitəsilə mövzulara yanaşıldı. Gənclər öz ölkələrindəki problemləri, həll yollarını müzakirə etdilər. Burada məqsəd məlumat ötürmək, gənclərin öz sözünü deməsinə imkan yaratmaq idi. Bu yanaşma onların məsuliyyət hissini xeyli artırdı.

Aysu Məmmədova: “Club-25” hərəkatı da gənclər arasında maraq doğurub. Bu təşəbbüs hansı ehtiyacdan yarandı?

Məktəbdən kənarda başlayan gələcək: “UNSCHOOLING” və bacarıq əsaslı təhsil modeli – MƏQALƏ – Forest Education Azerbaijan forestedu.az/unschooling-…

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-30T17:27:56.305Z

Fuad Əsgərov: Biz gördük ki, gənclər yalnız aksiyalarda iştirak etməklə kifayətlənmək istəmirlər. Onlar özlərini daha böyük bir şəbəkənin parçası kimi görmək istəyirlər. “Club-25” məhz bu ehtiyacdan yarandı. Burada gənclər həm donor, eyni zamanda təşəbbüskar, təşkilatçı və maarifləndirici rolunu da daşıyırlar. Bu proses onların özlərinə inamını artırır və sosial fəallığını gücləndirir.

Aysu Məmmədova: Son illərdə qohum nikahları ilə bağlı maarifləndirmə işləri də aparırsınız. Bu mövzuda hansı yanaşma daha təsirli olur?

Fuad Əsgərov: Bu mövzuda sərt və ittihamedici yanaşma heç vaxt nəticə vermir. Biz daha çox izah etməyə, səbəbləri göstərməyə çalışırıq. İnsanlara tibbi riskləri, real statistikaları və ailələrin yaşadığı çətinlikləri anlatmaq lazımdır. Qeyri-formal təhsil burada yenə ön plana çıxır. İnsanlar öz icmalarında, güvəndikləri mühitdə bu mövzuları müzakirə etdikdə dəyişiklik ehtimalı artır.

Aysu Məmmədova: Gənclərə və cəmiyyətə vermək istədiyiniz əsas mesaj nədir?

Fuad Əsgərov: İnsan qanını əvəz edə biləcək alternativ hələ də yoxdur. Bu sadə fakt cəmiyyət üçün böyük məsuliyyət yaradır. Könüllü qan donorluğu həm başqasının həyatını xilas etmək, həm də öz sağlamlığına diqqət etmək deməkdir. Mən istərdim ki, gənclər bu prosesi bir kampaniya kimi yox, həyat tərzi kimi qəbul etsinlər. Qeyri-formal təhsil mühitlərində qazandıqları bilik və dəyərləri gündəlik davranışlarına çevirsinlər. Çünki real dəyişiklik məhz oradan başlayır.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> COP-29 da Ekologiyanın insan orqanizmində rolu panelində çıxış / Bakı 2024

Aysu Məmmədova: Fuad müəllim, tez-tez vurğuladığınız bir məqam var: davranış dəyişikliyi. Sizcə, könüllülük və sosial məsuliyyət insanlarda necə davamlı vərdişə çevrilir?

Fuad Əsgərov: Davranış dəyişikliyi heç vaxt bir gündə baş vermir. İnsan sadəcə “doğru olan budur” deyə hərəkət etmir. O, gördüyü işin mənasını dərk etməlidir. Qeyri-formal təhsilin gücü də məhz buradadır. İnsanlara seçim imkanı verilir, onları düşünməyə, sual verməyə təşviq edirik. Könüllü bir dəfə qan verə bilər, amma bu davranışın arxasındakı dəyəri anladıqda, onu davam etdirir və başqalarına da ötürür. Bu artıq fərdi addımdan çıxıb sosial təsirə çevrilir.

Aysu Məmmədova: Bu prosesdə gənclərin rolu nə dərəcədə həlledicidir?

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Club-25 beynəlxalq gənclər hərəkatının Bakı üzvləri ilə görüş

Fuad Əsgərov: Gənclər bu işin əsas daşıyıcılarıdır. Çünki onlar daha açıq, daha çevik və dəyişikliklərə daha həssasdırlar. Biz gəncləri yalnız icraçı kimi görmürük, qərarvermə prosesinə də cəlb edirik. Onlar öz fikirlərini söylədikdə, təşəbbüs göstərdikdə məsuliyyət hissi də artır. Bu yanaşma formal təlimlərdə hər zaman mümkün olmur, amma qeyri-formal mühitlər bunu təmin edir. Gənc özünü bu prosesin bir hissəsi kimi hiss etdikdə, artıq nəzarətə ehtiyac qalmır.

Aysu Məmmədova: Assosiasiyanın regionlarda apardığı fəaliyyətlərdən də danışaq. Yerli icmalarda bu yanaşma necə qarşılanır?

Fuad Əsgərov: Regionlarda iş aparmaq xüsusi yanaşma tələb edir. Hər bölgənin öz sosial dinamikası, dəyərləri var. Biz hazır model aparıb tətbiq etmirik. Əksinə, əvvəlcə dinləyirik, icmanı tanıyırıq. Qeyri-formal təhsil burada da ön plana çıxır. İnsanlar öz mühitlərində, tanış simalarla ünsiyyətdə olduqda daha açıq olurlar. Bu zaman mövzular daha rahat müzakirə edilir, etimad formalaşır və nəticə daha davamlı olur.

Yaşadığı mühit uşağın böyüyüb “kim” olacağına necə təsir edir? – məqalə – Forest Education Azerbaijan forestedu.az/meqale-ekolo…

— Ulvi Mammadov (@ulvijamalsoy.bsky.social) 2026-01-30T12:05:18.785Z

Aysu Məmmədova: Sizcə, qeyri-formal təhsil sahəsində fəaliyyət göstərən təşkilatların əsas çətinliyi nədir?

Fuad Əsgərov: Ən böyük çətinlik nəticələrin dərhal görünməməsidir. Qeyri-formal təhsil uzunmüddətli prosesdir. Bu gün atılan addımın nəticəsi bəlkə də illər sonra ortaya çıxır. Amma bu nəticələr daha dayanıqlı olur. Digər məsələ isə resurslardır, həm insan resursu, həm də maddi imkanlar. Buna baxmayaraq, biz inanırıq ki, doğru yanaşma və əməkdaşlıqla bu çətinlikləri aşmaq mümkündür.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Afrikalı Uşaqlara Yardım Fondu ilə əməkdaşlıq memorandumunun imzalanma mərasimi / Bakı-2024

Aysu Məmmədova: Gələcək planlarınıza nəzər salsaq, Assosiasiya hansı istiqamətlərdə inkişaf etməyi hədəfləyir?

Fuad Əsgərov: Əsas hədəfimiz beynəlxalq əməkdaşlığı daha da genişləndirmək və qeyri-formal təhsil əsaslı layihələrin sayını artırmaqdır. Biz istəyirik ki, könüllülük təkcə aksiyalarla yox, sistemli öyrənmə prosesi ilə dəstəklənsin. Gənclər burada bilik, bacarıq və dəyər qazanmalıdır. Bu, həm səhiyyə sahəsinə, həm də ümumilikdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.

Aysu Məmmədova: Sonda bu müsahibəni oxuyan gənclərə nə demək istərdiniz?

Fuad Əsgərov: İstərdim ki, gənclər sosial problemlərə kənardan baxan müşahidəçi olmasınlar. Hər kəsin edə biləcəyi bir şey var. Qeyri-formal təhsil mühitləri insanlara öz potensialını kəşf etməyə imkan yaradır. Könüllü qan donorluğu isə bunun ən konkret nümunələrindən biridir. Bir addım bir insanın həyatını dəyişə bilər. Bu düşüncə ilə hərəkət etdikdə, cəmiyyət də dəyişir.

<svg xmlns="http://www.w3.org/2000/svg" height="24px" viewBox="0 0 24 24" width="24px" fill="#1f1f1f"><path d="M0 0h24v24H0z" fill="none"/><circle cx="12" cy="12" r="3.2"/><path d="M9 2L7.17 4H4c-1.1 0-2 .9-2 2v12c0 1.1.9 2 2 2h16c1.1 0 2-.9 2-2V6c0-1.1-.9-2-2-2h-3.17L15 2H9zm3 15c-2.76 0-5-2.24-5-5s2.24-5 5-5 5 2.24 5 5-2.24 5-5 5z"/></svg> Gənc Qan Donorlarının III Ümumrespublila Forumu / Bakı-2023

Aysu Məmmədova: Fuad müəllim, dəyərli fikirləriniz, təcrübənizi və baxışlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik. İnanırıq ki, bu müsahibə oxucular üçün həm maarifləndirici, həm də düşündürücü olacaq və könüllü qan donorluğuna, eləcə də qeyri-formal təhsilin cəmiyyətdəki roluna marağı daha da artıracaq. Fəaliyyətinizdə uğurlar arzulayırıq.

Fuad Əsgərov: Mən də sizə təşəkkür edirəm. Bu mövzuların gündəmdə saxlanılması və cəmiyyətə düzgün şəkildə çatdırılması çox vacibdir. Ümid edirəm ki, belə müzakirələr insanlarda daha çox düşüncə, məsuliyyət və təşəbbüskarlıq yaradacaq. Sizin kimi bu sahəyə həssas yanaşan təşkilatların nümayəndələri ilə əməkdaşlıq etmək bizim üçün də çox dəyərlidir. Forest Education-a və buradakı dostlarımıza uğurlar arzu edirəm!

Aysu Məmmədova

Məqalənin müəllifi, İctimaiyyətlə əlaqələr üzrə departamentin əməkdaşı